Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4607/2025 10.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İİ-ЖГ seriyalı 464801 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X18 arasında xx.xx.1981-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 3486 nömrə ilə qeydiyyat aparılmışdır.
2. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilən xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
3. Azərbaycan Resoublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən 1948-ci ilə dair Xızı rayonu üzrə ölüm haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməməi səbəbindən, Yəhyəyiv (Yəhyəyev) Zərbəəli Zərbəəli oğlunun vəfatı barədə axtarışın aparılması imkanı yoxdur.
4. Milli Arxiv İdarəsinin Xızı rayon İcra Hakimiyyəti Xızı rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Xızı rayon Əmbizlər kəndi üzrə 1948-ci ilə dair ölümün qeydə alınması kitabı Xızı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən 1948-ci ildə vəfat etmiş X5 ölüm şəhadətnaməsinin qeydə alınması barədə məlumatların təqdim olunması mümkün olmamışdır.
5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən 1938-ci ilə dair Xızı rayonu Əmbizlər kəndi üzrə ölüm haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən X14 vəfatı barədə axtarışın aparılması imkanı xaricindədir.
6. Milli Arxiv İdarəsinin Xızı rayon İcra Hakimiyyəti Xızı rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Xızı rayonunda doğulmuş xx.xx.1938-ci il təvəllüdlü X3 doğumunun qeydə alınması haqqında məlumatlar Xızı rayon Dövlət arxivində aşkar edilmişdir. Bu barədə Xızı rayon Qeydiyyat şöbəsinin Xızı rayon Dövlət Axrivində mühafizə edilən Qasımkənd və Əmbizlər kəndi üzrə 1935-1943-cı illərə dair doğumun qeydə alınması kitabında xx.xx.1938-ci ildə 17 nömrə ilə qeydiyyat aparılmışdır. X1 (milliyyəti - azərbaycanlı, daimi yaşadığı yer – Əmbizlər), anası X19 (milliyyəti – azərbaycanlı, daimi yaşadığı yer – Əmbizlər).
7. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X10 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyət aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir.
Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) ərizə tələbi
8. Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizə və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci ildə doğulmuş və xx.xx.2021-ci ildə vəfat etmiş X6 atası X5 1991-ci ildə, anası X14 1938-ci ildə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Ərizənin əsaslarına görə, ərizəçinin atası X11 xx.xx.2021-ci ildə vəfat edib. Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovıy küçəsi, 115 nömrəli ev tam mülkiyyət hüququ ilə, evin altındakı 0.03221 ha torpaq sahəsi isə birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adma qeydiyyata alınıb. X6 xx.xx.2021-ci ildə ölümü ilə miras açılıb. Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-DA/2-A-679-6-782/2025 nömrəli arayışına görə arxiv fondunda mühafizə edilən 1935-1940-cı illərə dair Xızı rayonu Əmbizlər icra nümayəndəliyi üzrə doğum haqqında qeydiyyat kitablarında xx.xx.1938-ci ildə doğulan X2 atası X12 və anası X24 olub. Xızı rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arayışına görə xx.xx.1938-ci il təvəllüdlü X3 atası X10 və anası X25 olub. Ərizəçinin atasının valideynlərinin (babasının və ata nənəsinin) kim olması arxiv sənədləri ilə müəyyən olunsa da lakin onların ölümü haqqında şəhadətnamələr yoxdur və arxivdə də aşkar olunmayıb. Ərizəçinin babası Zərbəəli 1991-ci ildə vəfat edib və Xırdalan qəbiristanlığında dəfn olunub. Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli 3-16-5/8-1166-15/25 №-li arayışından görünür ki. X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və ölüm haqqında akt qeydləri aşkar edilməyib. Ərizəçinin nənəsi Axxamm isə atasının dediyinə görə ərizəçinin bibisi doğularkən doğuş zamanı vəfat edib və harda dəfn olunduğu barədə məlumat yoxdur.
b) ərizəyə qarşı etiraz
10. Ərizəyə qarşı etiraz məhkəməyə daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
11. Ərizəçinin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
13. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, 150 nömrəli məktəbdə müəllim işləyir. Ərizəçi onun bacısıdır. 6 uşaq olublar, 3 qız, 3 oğlan, 2 qardaşı ölüb. Atası 5 ildir ki, ölüb. 2020-ci ildə pandemiya vaxtı ölüb. Atasının atası, yəni babası 1991-ci ildə ölüb. Atasının anasını yəni nənəsini isə bilmir, məlumatı olmayıb. Adı Axxanım olub bacısına qoyulub adı. Qəbrinin harda olduğunu da bilmirlər. Atası anasız böyüyüb, o da tanımayıb.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarı: “1. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilsin. ... 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.” Məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir.
18. Ərizəçinin tələbi babası X5 1991-ci ildə, X14 1938-ci ildə ölməsi faktının müəyyən olunması barədədir.
19. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.
20. Hüquqi əhəmiyyətli fakt olan ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün isə ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir.
21. Hazırkı işin halları baxımından isə ölüm faktının müəyyən edilməsi xahiş edilən hər iki şəxsə münasibətdə onların hansı vaxt, hansı şəraitə ölmələrini təsdiq edən müvafiq sübutlar təqdim edilməmişdir.
22. MPM-in 80-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
23. Yəni, məhkəmə ərizəçinin tələbini təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə müvafiq hüquqi qiymət verərək ərizənin təmin olunubolunmaması nəticəsinə gəlməlidir.
24. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
25. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
27. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən ərizə təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçi maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə