Məhkəmə qərarları › İş №2(004)-4649/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4649/2020

20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4649/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci ildə məhkəməyə müraciət edərək, onun atası - xx.xx.1958-ci ildə Yevlax rayonunda doğulmuş X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1958-ci ildə Yevlax rayonunda doğulmuş X2 onun doğma atasıdır. Atası ürək xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atası C.İbrahimovun Saray qəbirstanlığında dəfn etmişlər. Atasının xx.xx.2019-ci il tarixdə vəfat etməsinı Abşeron rayon X4 və X3 Stansiyasının ölüm haqqında xx.xx.2019-cu il tarixli xəbərdarlıq vərəqəsi, Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 391 nömrəli arayışı və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli 051Q-2058/75 nömrəli imtina məktubu ilə təsdiq edilir. Hazırda o, atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Yevlax şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İX-JQ seriyalı 441050 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, X2 Ərizəçi qızının doğma atasıdır. Abşeron rayon X4 və X3 Stansiyasının bölmənin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi xx.xx.2019-cu il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, təcili tibbi yardım briqadasının həkimləri xx.xx.2019-cu il tarixdə saat 05:00-da ünvan 2 mənzil 3 ünvana gəldikdə 1958-ci il təvəllüdlü X1 öldüyünü müəyyən etmişlər və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunduğunu və üzərində zorakılıq əlamətləri olmadığını qeyd etmişlər. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli 051Q-2058/75 nömrəli məktubu ilə atası X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Abşeron rayonu Saray Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 391 nömrəli arayışından müəyyən edilir ki, xx.xx.1958-ci ildə Yevlax rayonunda doğulmuş X2 xx.xx.2019-cu ildə vəfat etmiş və Abşeron rayon Saray qəsəbə qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığagötürmənin, nikahın, boşanmanın, ölümünqeydedilməfaktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1958-ci ildə Yevlax rayonunda doğulmuş X2 Ərizəçi doğma atasıdır. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Abşeron rayonu Saray qəsəbə qəbristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə Yevlax rayonunda doğulmuş X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar