Məhkəmə qərarları › İş №2(004)-4695/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4695/2021

06.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4695/2021 06.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1929-cu il təvəllüdlü X1 15.06.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X4 15.06.2019-cu il tarixdə 90 yaşında vəfat etmiş və qohumlarının iştirakı ilə o, Bakı şəhəri Yasamal rayonu Qurd qapısı qəbristanlığında dəfn edilmişdir. Anası X1 ölüm faktını müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Belə ki, 15 iyun 2019-cu il tarixdə Təcili və X5 Stansiyasının 8 saylı bölməsinin tibbi yardım briqadası həkim gələnə qədər ölüm faktının qeydə alınmasını müəyyən etmiş və ölüm faktını təsdiq edən Ölüm haqqında Xəbərdarlıq vərəqəsini onlara təqdim etmişdir. Bundan başqa, anası X1 15.06.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu Qurd qapısı qəbirstanlığında dəfn edilməsi Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 02 iyul 2019-cu il tarixli arayışı ilə təsdiq edilmişdir. Onu da qeyd edir ki, ölüm faktının qeydə alınması üçün Bakı şəhəri 3 saylı Asan Xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün X1 ölümünün qeydə alınması imkan xaricindədir. Vərəsəlik hüququndan istifadə olunması, əmlaka dair sənədlərin alınması, mülkiyət münasibətlərin həll olunması və digər məqsədlər üçün mərhum anam X1 ölüm haqqında şəhadətnaməsinin məhkəmə qaydasında alınmasına zərurət varanmşdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, ərizəçi onun rəfiqəsinin anası, mərhum X4 isə nənəsidir. O, daima rəfiqəsigildə olmuş və mərhum çox görmüşdür. X4 2019-cu ilin iyun ayında rəhmətə getmişdir. Onun ras mərasimində şəxsən iştirak etmişdir. O, X1 15.06.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edir. İş materiallarında olan Təcili və X5 Stansiyasının 15.06.2019-cu il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Yasamal, Faiq Qarayev 1, mən 13 ünvanında 15.06.2019-cu il tarixində X2 məxsus meyid aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə X9 X10 Şəxsin 1 nömrəli poliklinika şöbəsinin 02.08.2021-ci il tarixli, 472 nömrəli məktubdan görünür ki, mərhumə X4 müvafiq poliklinikanın xidməti ərazisində yaşamadığına görə ona tibbi ambulator karta tərtib olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25.06.2019-cu il tarixli, 1042/05-75 nömrəli məktubdan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 02.07.2019-cu il tarixli, 135 nömrəli arayışından görünür ki, X4 15.06.2019-cu il tarixdə Qurd qapısı qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 həqiqətən də 15.06.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1929-cu il təvəllüdlü X1 15.06.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar