Məhkəmə qərarları › İş №2(004)-4724/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4724/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4724/2024 14.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə dair mülki iş (açar sözlər: ölüm faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə kəskin ürək-damar çatışmazlığı, kəskin miokard infarktdan ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası X7 xx.xx.1956-cı ildə anadan olub, xx.xx.2024-cü ildə vəfat edib. xx.xx.2024-cü il tarixdə saat 04:39-da 17 saylıX19 stansiyası vasitəsilə anası X12 Acil şöbəsinə gətirilmişdir. Saat 06:40-da bioloji ölüm baş vermişdir. Ölüm hadisəsi barədə Nəsimi RPİ-nin 20-ci PB-yə məlumat verilmişdir. Anasının meyidinin təşrih üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyinə göndərilməli olduğu bildirildi, lakin o, təşrihdən imtina etdiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün zəruri olan ölüm haqqında tibbi arayış verilməmişdir. Daha sonra anasını Masallı rayonu ərazisində yerləşən Xoşçobanlı kənd qəbirstanlığında dəfn etmişlər. Hazırda anasının ölüm haqqında şəhadətnaməsi olmadığından kommunal sayğaclarla bağlı problemlərdə, vərəsəlik hüquqlarının icrası və digər mülki-hüquqi məsələlərdə sənədləşdirmə işlərini həyata keçirə bilmirlər. Buna görə də məhkəmə qaydasında anasının ölüm faktının müəyyən edilməsi zəruridir.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İİİ Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. “X16” PHŞ-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1956-cı il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir, ona kəskin ürək-damar çatışmazlığı, kəskin miokard infarktı diaqozu qoyulmuşdur.

8. Masallı Rayon İca Hakimiyyətinin başçısının Təklə kənd inzibati əradi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 667 №-li arayışına əsasən X7 xx.xx.2024-cü ildə vəfat etmiş və Masallı rayon Xoşçobanlı kənd qəbirstanlığında dəfn olunmuşdur.

9. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2976/2 nömrəli məktuba əsasən müəyyən edilir ki, X4 ölümünü təsdiq edən sənəd olmadığından ölümünün qeydiyyata alınması mümkün olmamışdır.

10. “X16” X18 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-2/2-Ə- 400-42-196/2024 nömrəli məktuba əsasən müəyyən edilir ki, 1956-cı il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə saat 04:39-da 17 saylı X19 stansiyası tərəfindən X12 Acil şöbəsinə gətirilmişdir. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstədə xx.xx.2024-cü il tarixdə saat 06:40-da bioloji ölüm baş vermişdir.Ölüm hadisəsi barədə Nəsimi RPİ-nin 20-ci PB-yə məlumat verilmişdir. S.Əliyevanın oğlu X8 anasının meyidinin təşrih üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyinə göndərilməli olduğunu bildirdi, lakin mərhumun oğlu A.Əliyev təşrihdən imtina etdi, belə olan təqdirdə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etməli olduğu bildirildi, A.Əliyev razılığını bildirdi. xx.xx.2024-cü il tarixdə saat 07:43-də S.Əliyevanın meyidi oğlu tərəfindən evə aparılmışdır. Bu səbəbdən X16 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir.

11. 02.10.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1984-cü il tarixdə Türkmənistanda anadan olmuşdur. X3, anası X5r.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşıdır. X21 19 may 2024-cü il tarixində səhər saat 04:00-05:00 aralığında X19 vasitəsilə xəstəxanaya aparılmış, 1-2 saat sonra vəfat etmişdir. Polislər meyidin yarılmalı olduğunu bildirdilər, lakin icazə vermədiklərindən onlara ölüm haqqında şəhadətnamə verilməmişdir. Anası həmin gün Masallı rayonu Xoşçobanlı kəndində dəfn olunmuşdur.

13. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, X2 onun qonşusu olmuşdur. Əliyeva Sevil 19 may 2024-cü il tarixində vəfat etmişdir. Həmin gün Əliyev Anar ona zəng edərək anasının vəziyyətinin pis olduğunu bildirmiş, o, saat 07:00 radələrində xəstəxanaya getmişdir. X22 vəfat etmiş və Masallı rayonu Xoşçobanlı kəndində dəfn olunmuşdur.

14. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

15. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

16. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi anası xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində xəstəxana şəraitində ölməsi faktı müəyyən edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

20. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

22. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V Nəticə:

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində xəstəxana şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar