Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4752/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci il təvəllüdlü X6 30 iyul 2022-ci il tarixində yaş və səhhəti ilə əlaqədar yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və hal-hazırda qeydiyyatda olduğu ünvan 1-da ailəsi ilə birlikdə yaşayır. Mərhum xx.xx.1947-ci il təvəllüdlü X10 ərizəçinin anasıdır. Ərizəçinin anası X10 30 iyul 2022-ci il tarixində yaş və səhhəti ilə əlaqədar yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilində vəfat etmişdir. Hətta həkim çağırsalar da, onlar gələnə kimi vəfat elmişdir. X1 30 iyul 2022-ci il tarixində qohum -qonşu və digər mərasim iştirakçılarının iştirakı ilə Yasamal rayonu ərazisində olan Köhnə qəbirstanlıqda dəfn edilmişdir. Hazırda müəyyən sənədlər var ki, onların alınması və ya düzəlməsi üçün mərhumun ölüm haqqında şəhadətnaməsi lazımdır. Lakin bugünə kimi onun ölüm haqqında şəhadətnaməsini ərizəçi ala bilməmişdir. Ərizəçi isə qısa bir müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 39 nömrəli şəhər poliklinikasına da rəsmi müraciət etmişdir. Lakin onlar da şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməyi bildirdilər. Bundan sonra ərizəçi anası X6 ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyatda olduğu ərazi üzrə maraqlı şəxs olan Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyi məsləhət görmüşdülər. Bütün bu səbəblərdən də ərizəçi mərhum anası X6 ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün qeydiyyatda olduğum ərazi üzrə Yasamal rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 16003799 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 07 may 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri Ə.Salamzadə küçəsi ev 5 inz.binada qeydiyyatdadır. İş materiallarında olan AZB 138823 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Atası X2, anası X9r. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə İdarəsi “39 nömrəli Şəhər Polinklinikası”nın xx.xx.2022-ci il tarixli 167 saylı məktubundan görünür ki, ərizəçinin anası - Yeni Yasamal, Kənar Dairə 22 ünvanında yaşamış və həmin ünvanda vəfat etmiş xx.xx.1947- ci il təvəllüdlü X10 39 saylı şəhər poliklinikasında qeydiyyatda olmamışdır. Poliklinikada mərhumun heç bir müraciəti qeydə alınmayıb. Təcili yardım gəldikdə (Həkimə qədər ölüm) -qeydiyyata alınmamışdır. Bu səbəblərdən xx.xx.1947-ci il təvəllüdlü X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci tarixli xx/xx-2605/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayonu Təcili və X5 Stansiyasının 4 saylı Bölməsinin 30 iyul 2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 30 iyul 2022-ci il tarixdə 05:20 radələrində ünvan 3 ünvanına X6 adına çağırış daxil olmuş, həkim N.Pənahova tərəfindən həkimə qədər ölüm (qadın cinsli meyid) aşkar olunduğu qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı, mərhum Maida Qəmbərova onun anasıdır. Anası 30 iyul 2022-ci il tarixində ünvan 1 ünvanında vəfat etmişdir. Təcili yardım çağırılsa da, həkim gələnə kimi o vəfat etmişdir. Yasamal qəbiristanlığında vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun ailə dostudur. Ərizəçinin anası vəfat etdikdə o da həmin evdə olmuşdur. Mərhum 30 iyul 2022ci il tarixində yaşadığı ünvanda vəfat etmişdir. Yasamal qəbiristanlığında vəfat etmişdir. Mərhumun dəfnində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1947-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixində Bakı şəhərində anadan olmuş X6 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4752/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4752/2022
21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver