Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4758/2022 05.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X24 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Səyfəl qızı xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. X3 xx.xx.2005-ci il tarixdə dünyasını dəyişmişdir. Onun ölümü xx.xx.2007-ci il tarixdə 647 saylı akt ilə Maraqlı şəxs tərəfindən qeydə alınmışdır. X1 xx.xx.1935-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda idi. Nənəsi yanvar ayında insult keçirdi. xx.xx.2019-cu ildə dünyasını dəyişmişdir. Təcili və X13 çağırılmışdır. Lakin nənəsinin şəxsiyyət vəsiqəsini təqdim etmədikləri üçün Təcili və X13 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilməmişdir. Ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. Nənəsinin ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən də tərəfindən xx.xx.2020-ci il tarixdə nənəsinin ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etdi. Ərizəçinin müraciətinə xx.xx.2020-ci il tarixli, 05/Q-335/15 saylı məktubla verilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyimiz üçün xahişimizin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişdilər. Tövsiyə olunaraq məhkəməyə müraciət etməyimizi məsləhət görmüşlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, ərizəçinin həyat yoldaşıdır. Yoldaşının nənəsi 22 fevral 2019-cu ildə evdə rəhmətə getdi, X32 gəldi. Lakin mərhumun şəxsiyyət vəsiqəsi yox idi, 2 ay sonra tapıldı. Mərhum rəhmətə gedən zaman evdə o, yoldaşı, qayını və qayınanası olub. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, ərizəçi onun xalasının nəvəsidir. Mərhumun təzyiqi var idi, insult keçirmişdi. Evdə rəhmətə getdi, X32 gələndən sonra mərhumun şəxsiyyət vəsiqəsi tapılmadığı üçün arayış verilmədi. Mərhum rəhmətə gedən vaxtı qonşular, ailə üzvləri orada idi. 22 fevral 2019-cu ildə rəhmətə getmişdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan X11 məxsus ölüm haqqında tibbi şəhadətnamənin verə bilməmək səbəbi barədə rəsmi imtinaya əsasən ölüm xx.xx.2019-cu il tarixdə baş verib (ölüm haqqında tibbi şəhadətnamə üçün ölüm halı baş verdikdə 3 gün müddətində müraciət edilməlidir), şəxsiyyət vəsiqəsinin olmaması və təqdim edilməməsi, faktiki ünvan üzrə ərazi poliklinikasına müraciət etməməsi və ambulator kartanın olmaması, ölümə səbəb ola biləcək xəstəliklər barədə tibbi sənədlərin olmaması və təqdim edilməməsi ölüm haqqında tibbi şəhadətnamənin verilməməsinin səbəbləri kimi göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/76-335/15 nömrəli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X8 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.1989-cu il tarixli, 957 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. X6, anası X12r. İş materiallarında olan 13 iyun 2008-ci il tarixli, AZ-l 287391 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X18 12 oktyabr 2005-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.1959-cu il tarixli, 2216 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1959-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. X7, anası X5r. İş materiallarında olan X2 xx.xx.2022-ci tarixli, 59 saylı sorğusuna Təcili və X13 şöbəsinin cavab məktubuna əsasən X32 briqadasının tərkibinə xx.xx.2019-cu il tarixdə, saat 14:28-də ünvan 3 ünvanına çağırış edilmiş və 1935-ci il təvəllüdlü X8 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçia ünvanlanmış xx.xx.2022-ci il tarixli, 050-2501/15 nömrəli məktubdan görünür ki, vəfat etmiş vətəndaş X8 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan qəbirüstündə çəkilmiş fotoşəkillərdən görünür ki, X9 xx.xx.1935-ci ildə anadan olduğu və xx.xx.2019-cu il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan Xızı Rayonu Şorabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X16 xx.xx.2019-cu ildə vəfat etmiş, Xızı rayonu Şorabad qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1935-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1935-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4758/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4758/2022
05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver