Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4781/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nizamnovna maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il tarixdə Goranboy rayonu, Zeynallı kəndində anadan olmuş X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X9 xx.xx.1959-cu ildə Goranboy rayonu, Zeynallı kəndində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatda idi. Atası 2007-ci ildə dünyasını dəyişmişdir. Bakı şəhəri Təcili və X8 Stansiyası tərəfindən anası X3 ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. X3 ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdəndən tərəfindən xx.xx.2024-cü il tarixdə anasının ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 15/2303/2024 saylı məktubla cavab verilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün xahişi təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməklərini məsləhət görmüşlər. Həmçinin Bakı Şəhəri Maraqlı şəxs tərəfindən ona ünvanlanmış imtina məktubunda qeyd edildiyi kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümü qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilən səbəblərə görə X3 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsinə əsas yaratmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi Nizamnovna ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə verərək, işin çoxluğu ilə əlaqədar olaraq nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşı, X1 isə qaynanasıdır. X1 Bakı şəhəri, Yasamal rayonunda onların evində rəhmətə getmiş, Abşeron rayonu, Xırdalan şəhərində dəfn olunmuş və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı, X1 isə onun anasıdır. Anası xx.xx.2020-ci tarixində bacısının evində rəhmətə getmiş, Abşeron rayonu, Xırdalan şəhərində dəfn olunmuş və o, dəfndə iştirak etmişdir. İş materiallarında olan İV-EP 298730 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.1984-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 103 nömrə ilə qeyd edilmişdir. X2, anası X5r. İş materiallarında olan İ-ИЕ 620754 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.1959-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. X4, anası X14r. İş materiallarında olan AZE seriyalı 13477404 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X9 xx.xx.1959-cu il tarixdə Azərbaycan, Goranboy rayonu, Zeynallı kəndində doğulmuşdur. İş materiallarında olan Bakı şəhər Təcili və X8 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixində saat 11:55-də A.Abbasov küçəsi, ev 11, mən.9 ünvanında tibbi yardım briqadası tərəfindən X3 öldüyü (həkimə qədər ölüm) təsdiq edilmişdir. İş materiallarında olan Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, XB-267 nömrəli arayışa əsasən X9 xx.xx.2020-ci tarixində Xırdalan Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3/16-5/8-15- 2303/24 nömrəli məktubuna əsasən X3 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş Ərizəçi ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi Nizamnovnaya ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün X3 ölümünün qeydə alınmasının imkanları xaricində olduğunu bildirərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X6 aid məzar daşının üzərində xx.xx.2020-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi Nizamnovna xx.xx.1959-cu il tarixdə doğulmuş X3 qızıdır. X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində evdə vəfat etmiş və Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-4781/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4781/2024
06.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver