Məhkəmə qərarları › İş №2(004)-4786/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4786/2022

26.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4786/2022 26.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızı Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “müharibə şəraitində ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “müharibə şəraitində ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, X3 və X2 İ Qarabağ müharibəsi zamanı Ağdam rayonu, Papravənd kəndinə erməni işğalçıları tərəfindən qrad düşməsi nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iş materiallarını və sənədləri araşdıraraq hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığına görə, iddia ərizəsinin icraata qəbul edililməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (004)-4397/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş xx.xx.1959-cu il təvəllüdlü X1, xx.xx.1974-cü il təvəllüdlü X3 və xx.xx.1975-ci il təvəllüdlü Sultanova (Həsənova) Maral Saday qızının 22 iyul 1992-ci il tarixdə Ağdam rayonunda ölmələri faktı müəyyən edilmişdir. Göründüyü kimi hazırda Ərizəçi X1, X3 və X2 İ Qarabağ müharibəsi zamanı Ağdam rayonu, Papravənd kəndinə erməni işğalçıları tərəfindən qrad düşməsi nəticəsində ölməsi faktının müəyyən edilməsini xahiş etsə də Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (004)-4397/2021 saylı qətnaməsi ilə xx.xx.1959-cu il təvəllüdlü X1, xx.xx.1974-cü il təvəllüdlü X3 və xx.xx.1975-ci il təvəllüdlü Sultanova (Həsənova) Maral Saday qızının 22 iyul 1992-ci il tarixdə Ağdam rayonunda ölmələri faktı müəyyən edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, hazırki ərizə üzrə yekun məhkəmə aktı qəbul edildiyindən ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “müharibə şəraitində ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar