Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4796/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Yasamal rayon qeydiyyat şöbəsi cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1932-ci ildə Siyəzən rayonunun Dərəzarat kəndində anadan olmuş X3 xx.xx.1989-cu ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X9 1932-ci ildə Siyəzən rayonu, Dərəzarat kəndində anadan olmuşdur. xx.xx.1989-cu ildə o, Mərdəkanda bağ evində vəfat etmişdir. Anası şəkər xəstəliyindən əziyyyət çəkirdi, onu Bakı şəhəri, Yasamal rayonu ərazisindəki “Qurd Qapısı” deyilən qəbirstanlıqda el adəti üzrə dəfn etmişlər, X2 1997-ci ildə vəfat etmiş və onu da anasının yanında dəfn etmişlər. Anası vəfat edərkən onlar onun ölümü barədə Qeydiyyat Şöbəsinə müraciət etməyin zərurətini bilməmiş, ona görə də bu barədə şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümü haqqında şəhadətnamə almaq üçün müraciət etdikdə orada rəsmi qaydada ərizəçiyə məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir. Hazırda bəzi hüquqi məsələləri həll etmək üçün ananın ölüm haqqında şəhadətnaməsi zəruri hesab olunur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Ərizəçi bildirmişdir ki, məhkəmə baxışına iş üzrə şahidləri özü dəvət edəcəkdir. Daha sonra Ərizəçi məhkəməyə ərizə verərək, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində Ərizəçi onun bacısı olduğunu, anası X3 06 avqust 1989-cu il tarixdə Mərdəkanda vəfat etdiyini, anasının şəkər xəstəliyi və yüksək təzyiqdən əziyyət çəkdiyini, anası vəfat edəndə əmisi arvadının yanında olduğunu, ona anasının vəziyyətinin pis olduğu ilə bağlı zəng gəldiyini, o gələnə qədər anasının vəfat etdiyini, anasının xəstəxanaya aparılarkən yolda vəfat etdiyini, anasının Qurd Qapısı qəbirstanlığında dəfn olunduğunu, dəfndə iştirak etmədiyini, dəfndən sonra anasının qəbri üstünə getdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində Ərizəçi onun baldızı olduğunu, onun anası X3 06 avqust 1989-cu il tarixdə Mərdəkanda vəfat etdiyini, onun şəkər xəstəliyi və yüksək təzyiqdən əziyyət çəkdiyini, xəstəxanaya aparılarkən yolda vəfat etdiyini, Qurd Qapısı qəbirstanlığında dəfn olunduğunu bildirdi. İş materiallarında olan АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Ərizəçi xx.xx.1969-cu il tarixində Bakı şəhərində anadan olmuş və bu barədə xx.xx.1969-cu il tarixində doğum haqqında akt qeydləri kitabında 858 nömrəsi ilə qeyd olunmuşdur. X2, anası X4r. İş materiallarında olan lll-ЖГ 553854 nömrəli SSRİ vətəndaşlığının pasportunun notarial qaydada təsdiq olunmuş surətinə əsasən X9 1932-ci ildə Siyəzən rayonu, Dərəzarat kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən X5 verilmiş xx.xx.2025-ci il tarixli, 3-52-13-18/2-M-121-42-123/2025 nömrəli arayışa əsasən anası X9 1989-cu ilin avqust ayında vəfat etmiş və Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstalığında, 5914 nömrəli yerdə dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “X20” Publik Hüquqi X1 ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1-15/2-M-149-xxxx/2025 nömrəli arayışına əsasən bildirilmişdir ki, 1932-ci ildə Siyəzən rayonu, Darazaran kəndində anadan olmuş X3 ölümü haqqında hər hansı məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 78 nömrəli müraciətə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-32106 nömrəli müraciətə cavab məktubuna əsasən, 1932-ci il təvəllüdlü X3 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-38-33/2- 4221/25 müraciətə cavab məktubuna əsasən 1932-ci il təvəllüdlü X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, X7 aid məzar daşının üzərində doğum tarixi 1932-ci il, ölüm tarixi 1989-cu il qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi 1932-ci ildə doğulmuş X3 qızıdır. X9 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.1989-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Qurd qapısı” qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, 1932-ci il təvəllüdlü X3 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1932-ci il təvəllüdlü X3 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-4796/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4796/2025
02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver