Məhkəmə qərarları › İş №2(004)-4803/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4803/2020

18.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4803/2020 18.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərə əməl etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9.1-ci bəndində qeyd edilir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Bununla bağlı məhkəmə hesab edir ki, ərizəçi hüquqi əhəmiyyətli fakta bağlı pretenziya qaydalarına riayət etməmişdir və həmin sənədlərin başqa qaydada alına bilməməsinə dair sənəd əlavə etməmişdir. Belə ki, ərizəçi ərizəyə Maraqlı şəxs müvafiq imtina barədə arayışını əlavə etsə də, ambulator-poliklinik tibb müəssisinin və patolojianatomik müayinə aparan dövlət tibb müəssisəsinin ölüm faktının təsdiq edilməsindən imtina barədə arayışlarını ərizəyə əlavə etməmişdir. Buna görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar