Məhkəmə qərarları › İş №2(004)-481/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-481/2023

18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-481/2023 18.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə ərizə ilə məhkəməyə müraciət edərək 22 fevral 2022-ci il tarixində vəfat etmiş X4 ölüm faktının qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X10 ilə 29 fevral 1992-ci il tarixinə rəsmi nikaha daxil olaraq ailə hayatı qurmuşlar və birgə nikahdan üç övladları xx.xx.1992-ci il təvəllüdlü X11, xx.xx.1996-cı il təvəllüdlü Abdullayeva (Nəsibova) Nəsrin Ferhad qızı və xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuşlar. Ərizəçi mərhum əri X12 bizneslə məşğul olduğundan tez-tez ölkə xaricinə səfərlər edirmiş. Sonuncu dəfə təxminən 2022-ci ilin yanvar ayında Ukrayna Respublikasının Odessa şəhərində olmuş və qəfildən 26 fevral 2022-ci il tarixində ürək çatışmazlığından vəfat etmişdir. Həmin vaxt da Ukrayna ilə Rusiya arasında yaranmış münaqişəyə tesadüf etdiyindən Ərizəçi mərhum əri X6 aid sənədlər həmin naməlum səbəblərdən şəxsi sənədləri itmiş və bu səbəbdən onun cənazəsinin Bakıya getirilməsində çətinliklər yaranmışdır. 22 mart 2022-ci il tarixində Ərizəçi mərhum əri X12 Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. X2 ölüm haqqında şahadətnamə verilməsi ilə bağlı müraciət olunsa da imtina olunmuş və şəhadətnamə verilməsi məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi iddia ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunmasını, həmçinin iddianın tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikası Odessa şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X12 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikası Odessa şəhərində vəfat etmişdir. Həmin vaxt Ukrayna Respublikasında müharibə şəraiti olduğuna görə, onun nəşini bir az gec 3-4 gün sonra Bakı şəhərinə gətirmişlər. Bundan sonra ölüm haqqında sənəd alınmadığına görə qeydiyyat şöbəsi imtina cavabı verərək, ölüm faktının məhkəmə tərəfindən təsdiq edilməsini bildirmişdir. Göstərilənlərə əsasən, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 bildirmişdir ki, o, ailəlidir. 26 fevral 2022-ci il tarixdə atası X3 şəhərində idi, orada müharibə başlamışdı. Anası Ərizəçi ona zəng vuraraq bildirmişdir ki, atasının halı pisləşib, sonra isə zəng vuraraq bildirdilər ki, rəhmətə gedib. Onun nəşinin Bakı şəhərinə gəlməsi vaxt aldı, Odessa şəhərindən Moldova Respublikasına, oradan Ruminiya Respublikasına oradan İstanbul şəhərinə, sonra da Bakı şəhərinə gətirilmişdir. Atası “Qurd Qapısı” qəbrstanlığında dəfn edilib. Atası və əmisi əkiz qardaş olublar, əmisi atasından 07 ay sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 bildirmişdir ki, o, ailəlidir. X12 atasının əmisi oğludur. Odessa şəhərində müharibə şəraiti idi, onun ürəyi partlamış və vəfat etmişdir. Onu Yasamal rayonu ərazisində yerləşən qəbrstanlığında dəfn etdilər. O, 26 fevral 2022-ci il tarixdə rəhmətə getdi. Onun nəşi 4-5 günə Bakı şəhərinə gətirilmişdir. Onun əkiz qardaşı var idi, 07 ay sonra o da rəhmətə getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, X1 Kəmalə Əli qızı ilə rəsmi nikaha daxil olmuşdur. Vəfat etmiş X5 övladı X13 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Yasamal Rayon Qeydiyyat şğbəsinə müraciət etmiş və Bakı Şəhər Maraqlı şəxs tərəfindən X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda onun xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X5 ölümünün qeydiyyata alınması barədə daxil olmuş ərizəsinə baxıldığı, ölüm haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və ona ölüm faktının müəyyən olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X5 Ukrayna Respublikasının Odessa şəhərində xx.xx.2022-ci il tarixdə vəfat etməsi və həmin dövrdə Rusiya-Ukrayna münaqişəsinin başlanması səbəbindən vəfat etmiş şəxsin sənədlərinin itməsi müəyyən olunmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin olunmalı, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində ölməsi faktı müəyyən edilsin. X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar