Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4811/2022 18.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1935-ci il təvəllüdlü X1 23 iyul 2022-ci il tarixində yaş və səhhəti ilə əlaqədar yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci il tarixində Xocavənd rayonunda anadan olmuş və hal-hazırda məcburi köçkün kimi ünvan 1-də ailəsi ilə birlikdə yaşayır. Mərhum XX.XX.1935-ci il təvəllüdlü X5 onun anasıdır. Mərhum anası X5 23 iyul 2022-ci il tarixində yaş və səhhəti ilə əlaqədar yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə vəfat etmişdir. Hətta həkim çağırsalar da, onlar gələnə kimi vəfat etmişdir. Mərhum anası X2 23 iyul 2022-ci il tarixində qohum-qonşu və digər mərasim iştirakçılarının iştirakı ilə Yasamal rayonu qəbirstanlığında dəfn etmişdir. Lakin bugünə kimi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Halbuki, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan müəyyən işləri apara bilmir, adına olan əmlakı vərəsəliklə adıma sənədləşdirə bilmir. O isə qısa bir müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 39 nömrəli şəhər poloklinikasınada rəsmi müraciət etmişdir. Lakin onlarda şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməyini bildirmişlər. Bundan sonra o, mərhum anası X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün faktiki yaşadığı ərazi üzrə maraqlı şəxs olan Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Bütün bu səbəblərdən də o, mərhum anası X1 ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün faktiki yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Təcili və X4 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 3 ünvanında xx.xx.2022-ci il tarixində X3 məxsus qadın cinsindən meyid aşkar edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 39 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli, 160 nömrəli məktubdan görünür ki, X5 poliklinikada qeydiyyatında olmadığından və ölüm diaqnozu məlum olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-2676/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKTD Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2022-ci il tarixli, 64 nömrəli arayışından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 həqiqətən də xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1935-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4811/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4811/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver