Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4838/2023 21.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında qalması, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs1 hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində, Ərizəçi saxlanması üçün birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək Maraqlı şəxs1 hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində pulun tutularaq Ərizəçi ödənilməsi barədə MŞB/13/2023-000923 nömrəli barışıq sazişinin təsdiq edilməsi və həm uşağın, həm ərizəçinin saxlanılması üçün tutulaln alimentin xx.xx.2023-cü il tarixdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi və Maraqlı şəxs1 arasında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət edilmişdir. Müraciət əsasında MŞB/13/2023-000923 nömrəli mediasiya işi açılmış və baxılması üçün Bakı 13 saylı Mediasiya Təşkilatının X1 həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı müəyyən razılaşma olmuş və bu barədə Ərizəçi və Maraqlı şəxs1 arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuşdur. X8 imzalanmasına baxmayaraq Maraqlı şəxs1 tərəfindən Sazişin şərtləri icra olunmamışdır. Belə ki, o, üzərinə götürdüyü aliment öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdə ərizəçi tərəfindən nikahın pozulması üçün Yasamal rayon Məhkəməsinə müraciət edilməsinə baxmayaraq, Maraqlı şəxs1 nə birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün 220 manatı, nə də ki, ərizəçinin saxlanılması üçün 180 manatı ödəmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təsdiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahat verərək bildirir ki, hazıradək aliment ödəməmiş X8 təsdiqi ilə bağlı ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəfdən Ərizəçi ilə ikinci tərəfdən Maraqlı şəxs1 arasında mediasiya prosesinin nəticəsi olaraq 13 saylı Mediasiya təşkilatında bağlanmış və mediator X5 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/13/2023- 000923 barışıq sazişindən görünür ki, 1.1 Tərəflər, 17 May 2021-ci il tarixdə aralarında bağlanmış (nikah şəhadətnaməsi AZ-İİ № 442082, 1015 nömrə ilə qeydiyyata alınmış) nikahın pozulmasına, həmçinin məhkəmədə barışıq üçün vaxt verilməməsinə dair razılığa gəlirlər. 1.2. İkinci tərəf Maraqlı şəxs1 birgə nikahlarından doğulmuş - xx.xx.2021-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında (himayəsində) qalmasına razıdır, buna etiraz etmir. 1.3. İkinci tərəf Maraqlı şəxs1 birgə nikahlarından doğulmuş - xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün birinci tərəf Ərizəçi məhkəməyə nikahın pozulması üçün müraciət etdiyi tarixdən etibarən hər ayın 1-5 aralığında 220 (iki yüz iyirmi) manat məbləğində alimenti xanımın şəxsi kart hesabına ödəməyi öhdəsinə götürür. 1.4. İkinci tərəf Maraqlı şəxs1 birgə nikahlarından doğulmuş - xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına qədər anası Ərizəçi saxlanması üçün 180 (bir yüz səksən) manat aylıq sabit pul məbləğini xanımın şəxsi kart hesabına ödəməyi öhdəsinə götürür. 2. Tərəflər razılaşır ki, Maraqlı şəxs1 birgə nikahlarından doğulmuş - xx.xx.2021-ci il təvəllüdlü X6 ilə tərəflərin razılığına əsasən həftədə 1 dəfə 1 saat yarım olmaqla qeyd olunan vaxt keçmədən uşağı anası Ərizəçi qaytarmaq şərtilə ünsiyyətdə olacaqdır. 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 4. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. 5. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
6. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. 7. Tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. 8. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 11. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır. 13. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 14. Əgər tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı tərəflər şahid qismində iştirak edə bilməzlər. 16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 16.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 16.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 16.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 16.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 18. Tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 20. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. 22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. 24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. 25. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3697/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, Ərizəçi və Maraqlı şəxs1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 1015 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin barışıq sazişi məzmununda birgə nikahdan olan uşağın nikah pozulduqdan sonra hansı valideynin yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi və uşağın digər valideyni ilə ünsiyyətdə olması qaydası da müəyyən edilmişdir. Hazırkı halda isə işin hallarından müəyyən olunur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, lakin aralarında barışıq sazişi olduğundan və bununla bağlı mübahisə olmadığından birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması və hansı məbləğdə alimentin tutulması məsələsi həmin qətnamə ilə həll edilməmişdir. Qeyd olunanlardan, həmçinin ərizənin məzmunundan müəyyən olunur ki, hazırda tərəflər arasındakı mübahisə birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması ilə bağlı deyil, mübahisə yalnız ananın yanında qalması razılaşdırılmış uşağın və ona 3 yaşınadək qulluq edən ananın özünün saxlanılması üçün alimentin tutulması hissəsində mövcuddur. Məhkəmə tərəflər arasında birgə nikahdan olan uşağın hansı valideynin himayəsinə verilməsi, uşağın digər valideyni ilə ünsiyyətdə olmasına dair mübahisə olmamasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin mübahisəsiz olan halları ilə bağlı hissədə təsdiq edilməsinə zərurət yoxdur. Belə ki, uşağın digər valideyni - atası ilə ünsiyyətdə olması hazırkı iş üzrə ərizəçinin deyil, maraqlı şəxsin maraqlarına uyğundur. Maraqlı şəxs isə uşaqla ünsiyyətdə olmasına və barışıq sazişinin bu hissədə icra edilməsinə dair hər hansı maneənin olmasını bildirməmiş və mübahisələndirməmişdir. Qeyd olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bundan başqa ərizəçinin digər tələbi isə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulacaq alimentin xx.xx.2023-cü il tarixdən hesablanmasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı ərizə xüsusi icraat qaydasında verilmişdir və barışıq sazişinin təsdiq olunmasını özündə ehtiva edir, bu halda barışıq sazişinə əsasən ödəniləcək məbləğin hansı tarixdən hesablanmasına dair mübahisəyə hazırkı ərizə əsasında xüsusi icraat qaydasında baxıla bilməz. Belə ki, ödəniləcək alimentin hesablanması qaydası tərəflər arasında barışıq sazişinə əsasən müəyyən edilmiş qaydada hesablanmalı olan və icra mərhələsində icra məmuru tərəfindən həll edilməli olan məsələdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi alimentin ödənilməsi hissədə icra etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişi üzrə öhdəliyini qəbul etdiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsinə etiraz etməmişdir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesinin nəticəsi olaraq 13 saylı Mediasiya təşkilatında bağlanmış və mediator X5 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000923 barışıq sazişi həmin məzmunda, yəni Maraqlı şəxs1 birgə nikahlarından doğulmuş - xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi məhkəməyə nikahın pozulması üçün müraciət etdiyi tarixdən etibarən hər ayın 1-5 aralığında 220 (iki yüz iyirmi) manat məbləğində alimenti Ərizəçi şəxsi kart hesabına ödəməsi, həmçinin xx.xx.2021-ci il təvəllüdlü X6 3 yaşına çatana qədər anası Ərizəçi saxlanması üçün 180 (bir yüz səksən) manat aylıq sabit pul məbləğini Ərizəçi şəxsi kart hesabına ödəməyi öhdəsinə götürməsi hissəsində təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilsin. Barışıq sazişinin alimentin tutulması hissəsində şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1)İkinci tərəf - Maraqlı şəxs1 birgə nikahlarından doğulmuş - xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün birinci tərəf Ərizəçi məhkəməyə nikahın pozulması üçün müraciət etdiyi tarixdən etibarən hər ayın 1-5 aralığında 220 (iki yüz iyirmi) manat məbləğində alimenti Ərizəçi şəxsi kart hesabına ödəməyi öhdəsinə götürür. 2)İkinci tərəf - Maraqlı şəxs1 birgə nikahlarından doğulmuş - xx.xx.2021-ci il təvəllüdlü X6 3 yaşına çatana qədər anası Ərizəçi saxlanması üçün 180 (bir yüz səksən) manat aylıq sabit pul məbləğini Ərizəçi şəxsi kart hesabına ödəməyi öhdəsinə götürür.” Ərizə qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Əkbərli