Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4840/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı 1975-ci il təvəllüdlü X4 ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1975-ci il təvəllüdlü X6 iddiaçının qardaşıdır. O 1992-1993-cü illərdə Azərbaycan Respublikası torpaqlarının suverinliyi uğrunda Qarabağda gedən döyüşlərdə iştirak etmiş və minaya düşərək mərmi qəlpələri ilə yaralanmışdır. Bu səbəbdən dövlət tərəfindən ona “müharibə əlili” statusu verilmişdir. Döyüşdə aldığı travma nəticəsində uzun sürən xəstəliklər nəticəsində xx xxxxx 2020-ci il tarixdə qəflətən halı ağırlaşmış və təcili yardım gələnə qədər vəfat etmişdir. O uzun illər xəstəlikdən əziyyət çəkirdi. Bu barədə ərazi üzrə Yasamal rayon 39 saylı şəhər poliklinikasında xəstəlik kitabçasında həkimlər tərəfindən qeydlər aparılmışdır. İddiaçı həmin poliklinikaya qardaşının ağır xəstə olması barədə məlumatı verməsinə baxmayaraq sahə üzrə baxan həkim tərəfindən heç bir yoxlamalar aparılmamışdır. Sonuncu dəfə sahə üzrə baxan həkim onun qardaşından analizlər götürmüş və bir neçə günə cavab verəcəyini bildirmişdir. Qardaşı öldükdən sonra onda koronavirus tapıldığını bildirmişlər. Lakin buna baxmayaraq həmin poliklinika ölüm haqqında tibb şəhadətnaməsi verilməsinə etiraz etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi ərizəni qəbul edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qohumudur. Yusifin qardaşı X6 xx xxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Vəfat etdikdən sonra Binəqədi rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Stasionar X3 TQS-027 saylı çıxarışdan görünür ki, 1975-ci il təvəllüdlü X6 “pereferik damar” xəstəliyi diaqnozu ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Təcili və X1 Stasiyasının 4 saylı bölməsinin xx xxxxx 2020-ci il tarixli arayışına əsasən, xx.xx.2020-ci il tarixdə saat 10:09 radələrində ünvan 1 ünvanına X4 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin təcili tibbi yardım briqadası yerinə yetirmiş və 1975ci il təvəllüdlü X4 vəfat etməsi qeydə alınmışdır. Azərbyacan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi nümayəndəsi X2 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 05/75-922/16 saylı məktubdan görünür ki, ona X4 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 1975-ci il təvəllüdlü X4 xx xxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı tədqiq olunmuş sübutlarla tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X4 xx xxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4840/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4840/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver