Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4872/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 14.07.2021-ci ildə məhkəməyə müraciət edərək, onun əri - 12.07.1954-cü ildə İsmayıllı rayonu Sumaqallı kəndində doğulmuş X4 12.02.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Bakı şəhəri Maraqlı şəxs qismində göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, 12.07.1954-cü ildə İsmayıllı rayonu Sumaqallı kəndində doğulmuş X8 onun əridir. X8 12.02.2020-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanda vəfat etmişdir və 13.02.2020-ci il tarixdə İsmayıllı rayonu Sumaqallı kənd qəbiristanlığında dəfn edilmişdir. O, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İsmayıllı rayonu Qalıncaq kənd soveti tərəfindən 24.09.2003-cü il tarixdə təkrar verilmiş nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 və X1 10.10.1979-cu ildə 14 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Nikah bağlanandan sonra arvada Zeynalova soyadı verilmişdir. Abşeron rayon X7 və X6 Stansiyasının 12.02.2020-ci il tarixli 8 nömrəli arayışından müəyyən edilir ki, 12.02.2020-ci il tarixdə saat 18:35-də ünvan 2 ünvanda yaşayan 12.07.1954-cü il təvəllüdlü X4 meyitinin ilkin müayinəsi zamanı həkimə qədər ölüm müəyyən olunmuş və üzərində gözlə görülə bilən zorakılıq əlamətləri aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs 06.07.2021-ci il tarixli 05Q-2205/75 nömrəli məktubu ilə həyat yoldaşı X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. İsmayıllı rayonu Sumaqallı Bələdiyyəsinin 27.02.2020-ci il tarixli 07 nömrəli arayışından müəyyən edilir ki, 12.07.1954-cü ildə İsmayıllı rayonu Sumaqallı kəndində doğulmuş X8 13.02.2020-ci il tarixdə İsmayıllı rayonu Sumaqallı kənd qəbristanlığında dəfn olunmuşdur. Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasının verdiyi 05.07.2021-ci il tarixli 244 nömrəli məlumatından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Salamzadə küçəsi 1055-ci məhəllədə qeydiyyatda olan X8 uzun illərdir poliklinikaya müraciət etməmişdir. Mərhumun hansı xəstəlikdən vəfat etməsi barədə məlumat olmadığdından ölüm haqqında tibbi şəhəadətnamə verilməsi mümkün deyildir. Belə ki, ölüm haqqında tibbi şəhadətnamə üç gün ərzində verilməlidir. Mərhumun qohumları tibbi şəhadətnamə almaq üçün gec müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 12.07.1954-cü ildə İsmayıllı rayonu Sumaqallı kəndində doğulmuş X8 Ərizəçi əridir. X8 12.02.2020-ci il tarixdə vəfat etmişdir. X2 rayonu Sumaqallı kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12.07.1954-cü ildə İsmayıllı rayonu Sumaqallı kəndində doğulmuş X4 12.02.2020-ci il tarixdə Xırdalan şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4872/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4872/2021
24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver