Məhkəmə qərarları › İş №2(004)-4892/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4892/2021

11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4892/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, Ərizəçi Rəhimov X7 iştirakı ilə, Ərizəçi Rəhimov X7 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rəhimov X13 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nın 15.11.2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Rəhimov X13 ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qızı X1 yaranmış xəstəliklə əlaqədar olaraq qəflətən vəfat etmişdir. Qızının ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında əhadətnamənin verilməsi barədə 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsə də, ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Məcbur qalıb bu faktı təsdiq etmək üçün məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyir ki, mərhum qızı X1 yaranmış xəstəlik nəticəsində qəflətən 15.11.2000-ci il tarixdə vəfat etmiş, həmin tarixdə təcili tibbi yardım çağırmışlar. Bakı şəhəri Təcili və X6 Stansiyasının həmin tarixdə qızının ölməsini təsdiq edərək bizə ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Onlar qohumları ilə birgə onu Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Binə qəsəbəsi qəbristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Binə qəsəbəsi qəbristanlığında yerləşir. Mərhum qızı rəhmətə getdikdən sonra hüquqi savadsızlığından onun ölüm faktını təsdiq edən şəhadətnaməni almamışdır. Hal-hazırda mərhum qızı X3 ölüm faktını təsdiq edən şəhadətnamənin alınmasını istəyir. Bunun üçün X3 ölüm faktının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında ərizəçi Rəhimov X13 ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun məzmununa uyğun izahat verdi və mərhum 16.10.1984-cü il təvəllüdlü X3 15.11.2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə məlumat verilmiş, lakin Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi Rəhimov X7 iş yoldaşıdır. Mərhum-ərizəçinin qızı epilepsiya xəstəsi idi. 2000-ci ilin noyabr ayında vəfat etdi. Dəfn mərasimində də iştirak etmişdir. Binə qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi Rəhimov X7 əmisi oğludur. X2 ərizəçinin qızıdır, uzun müddət idi ki, epilepsiya xəstəsi idi, 15.11.2000-ci il tarixdə vəfat etdi. Mərhum Binə qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş Xİİİ-JQ 459152 saylı 28.11.1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 oktyabr 1984-cü il tarixdə anadan olmuşdur. Atası Rəhimov X13, anası X5r. AR Ədliyyə Nazirliyi 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin Rəhimov X9 ünvanladığı 14.07.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ərizəçiyə Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı 14.07.2021-ci il tarixli arayışdan görünür ki, Rəhimov X13, 16.10.1984-cü il təvəllüdlü X4 ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 3i il tarixli arayışdan görünür ki, X4 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə 16.06.2021-ci ilədək yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 16.10.1984-cü il təvəllüdlü X3 15 noyabr 2000-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, ərizəçi Rəhimov X7 ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.10.1984-cü ildə Bakı şəhərində anadan olmuş X3 15 noyabr 2000-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar