Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4911/2023 15.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi Əlişir oğlunun iştirakı ilə, Ərizəçi Əlişir oğlunun maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əlişir oğlu maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o Ərizəçi Əlişir oğlu 19 yanvar 1981-ci ildə Ağdam şəhərində anadan olmuşam və öz ailə üzvləri ilə birlikdə ünvan 3vanında yerləşən Bakı Dölət Rabitə və Nəqliyyat kollecinin yataqxanasın da məcburi köçkün kimi məskunlaşaraq yaşayır. Mərhum atası X8 oglu 24 may 1952-ci il tarixdə ünvan 2 ünvanında anadan olmuş, onunla birlikdə ünvan 3vanında yerləşən Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yataqxanasında yaşamışdır. Atasının yaşı ilə əlaqədar səhhətində problemləri olmuş, Ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkmiş və onun tərəfindən müalicə olunmuşdur. 18 avqust 2022-ci il tarixdə atası evdə olarkən qəflətən vəziyyəti pisləşmiş, onlar dərhal təcili tibbi yardıma müraciət etsə də, təcili tibbi yardım gələnə qədər atası ev şəraitində vəfat etmişdir. Atası onun və qohum-qonşuların iştirakı ilə 18 avqust 2022-ci il tarixdə Ağdam rayon Baharlı kəndində yerləşən qəbirstanlığında dəfn olunmuş, el adəti ilə yas mərasimləri keçirilmiş, ailənin yaxınları, qohum-qonşular keçirilən yas mərasimlərində iştirak etmişlər. Həmin ərəfələrdə başı yas mərasiminə qarışdığından və qanunları lazımi qaydada bilmədiyindən atası üçün ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda isə atanın ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə qeydiyyat şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsindən onlara imtina məktubu təqdim edilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Bundan sonra o Ağdam Rayon Məhkəməsinə müraciət etdi və həmin məhkəmənin 16 iyun 2023-cü il tarixli 2(013)-1789/2023 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. Ona aidiyyatı üzrə yaşayış yeri üzrə məhkəməyə müraciət etməyi izah etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, Elnurun iş yoldaşıdır, qohumluq əlaqəsi yoxdur. 15 ay olar Elnurun atası rəhmətə gedib. Bakıda rəhmətə getmiş, Ağdamda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, Elnur onun əmisi oğludur, rəhmətə gedən onun əmisidir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Ağdam, Baharlıda dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Əlişir oğlu ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 18 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/8-926-2023 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X2 ölümünün qeydə alınması mümkün deyildir. Həmçinin Ağdam rayon İHB-nın Xındırıstan kənd İnzibati ərazi dairəsinin aktından görünür ki, X1 rayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Baharlı kəndindəki qəbrstanlığında xx.xx.2022-ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1952-ci il təvəllüdlü ünvan 2 ünvanında anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü ünvan 2 ünvanında anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4911/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4911/2023
15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver