Məhkəmə qərarları › İş №2(004)-4921/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4921/2025

22.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4921/2025 22.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi Sultanlı Razianın Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Sultanlı Razianın Maraqlı şəxs1 və 2 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Sultanlı Razia Maraqlı şəxs1 və 2 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Sultanlı Razia məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. O, bildirmişdir ki, saziş bağlandıqdan ilk 4-5 ay ərzində aliment ödənişini bank ərizəçinin kartına göndərmiş, daha sonraki ödənişləri ilə ona əlbəəl ödəmişdir. Əlbəəl ödənişlər barədə hər hansı sübut təqdim edə bilmir. İş materiallarında olan barışıq sazişinin şərtlərindən görünür ki, “1.Nikahın davam etdirilməsi şərtləri müzakirə edilsə də nikahın davam etdirilməsi mümkün olmadı, birinci tərəf Sabirabad rayon Qeydiyyat şöbəsində 185 nömrəli akt qeydi ilə tərtib edilmiş nikahın pozulmasını istəyir və buna görə qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq. 2. Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 birinci tərəfin yanında qalsın. 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ikinci tərəf uşaqlar yetkinlik yaşına çatan qədər hər uşağa hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti birinci tərəfə ödəyəcək. Aliment 01 mart 2023-cü il manat tarixdən hesablansın. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək aliment məbləği həmin ayın ilk 30-a qədər ödəniləcək. Aliment məlbəği birinci tərəfin müvafiq bank hesabına ödənilsin”. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsaəsən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki hüquq münasibətlərinin subyektləri öhdəliklərini hüquqi baxımdan vicdanla həyata keçirtməyə borcludurlar. Hüquqdan sui-istifadə etmək qadağandır. Barışıq sazişinin könüllü icrasından Maraqlı şəxs1 tərəfindən imtina edilməsi əsasları mövcuddur. Maraqlı şəxs1 tərəfindən aliment öhdəlikləri icra edilmir. Maraqlı şəxs tərəfindən bunun təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Hazırki mərhələdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi əsas götürülməklə sözügedən sazişin prosessual baxımdan etibarsızlığı xüsusatları müəyyən edilmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçi Sultanlı Raziə ilə Maraqlı şəxs1 arasında mediasiya prosesində bağlanmış 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi “1.Nikahın davam etdirilməsi şərtləri müzakirə edilsə də nikahın davam etdirilməsi mümkün olmadı, birinci tərəf Sabirabad rayon Qeydiyyat şöbəsində 185 nömrəli akt qeydi ilə tərtib edilmiş nikahın pozulmasını istəyir və buna görə qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq. 2. Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 birinci tərəfin yanında qalsın. 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ikinci tərəf uşaqlar yetkinlik yaşına çatan qədər hər uşağa hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti birinci tərəfə ödəyəcək. Aliment 01 mart 2023-cü il manat tarixdən hesablansın. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək aliment məbləği həmin ayın ilk 30-a qədər ödəniləcək. Aliment məlbəği birinci tərəfin müvafiq bank hesabına ödənilsin.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Sultanlı Razianın Maraqlı şəxs1 və 2 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi Sultanlı Razia ilə maraqlı şəxs qismində Maraqlı şəxs1 arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi “1.Nikahın davam etdirilməsi şərtləri müzakirə edilsə də nikahın davam etdirilməsi mümkün olmadı, birinci tərəf Sabirabad rayon Qeydiyyat şöbəsində 185 nömrəli akt qeydi ilə tərtib edilmiş nikahın pozulmasını istəyir və buna görə qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq. 2. Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 birinci tərəfin yanında qalsın. 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ikinci tərəf uşaqlar yetkinlik yaşına çatan qədər hər uşağa hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti birinci tərəfə ödəyəcək. Aliment 01 mart 2023-cü il manat tarixdən hesablansın. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək aliment məbləği həmin ayın ilk 30-a qədər ödəniləcək. Aliment məlbəği birinci tərəfin müvafiq bank hesabına ödənilsin.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar