Məhkəmə qərarları › İş №2(004)-4928/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4928/2025

22.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4928/2025 22.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi və cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi və cavabdeh Maraqlı şəxs aralarında mövcud olan mübahisəni qarşılıqlı razılıq əsasında xx.xx.2025-ci il tarixində bağlanılmış barışıq sazişi ilə həll etmişlər. Sazişin şərtlərinə görə 1. Tərəflər saziş imzalandıqdan sonra aralarında olan AR Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixində nigahın bağlanması haqqında akt qeydləri kitabında 113 nömrə ilə qeydə alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. 2. İkinci tərəf övladları xx.xx.2017-ci il doğum tarixli X1 Birinci tərəfin himayəsində qalmasına etiraz etmir. 3. İkinci tərəf Birinci tərəfə xx.xx.2025-ci il tarixindən başlayaraq övladı yetkinlik yaşına çatanadək hər ayın 10-na qədər 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə alimentin məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. 4. Birinci tərəf İkinci tərəfə yuxarıda göstərilən övladı ilə ən azı bir gün əvvəl Birinci tərəfə məlumat vermək və uşağı Bakı şəhəri ərazisindən kənara çıxartmamaq şərti ilə sərbəst ünsiyyət qurmasına, görüşməsinə maneə olmayacağını öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/11/2025-00417 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən, “1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan AR Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə, Nigahın bağlanması haqqında akt qeydləri kitabında 113 nömrə ilə qeydə alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. 2. İkinci tərəf övladları xx.xx.2017-ci il doğum tarixli X1 Birinci tərəfin himayəsində qalmasına etiraz etmir. 3. İkinci tərəf Birinci tərəfə xx.xx.2025-ci il tarixindən başlayaraq övladı yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə alimentin məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. 4. Birinci tərəf, İkinci tərəfə yuxarıda göstərilən övladı ilə, ən azı bir gün əvvəl Birinci tərəfə məlumat vermək və uşağı Bakı şəhəri ərazisindən kənara çıxartmamaq şərti ilə sərbəst ünsiyyət qurmasına, görüşməsinə heç bir maneə yaratmayacağını öhdəsinə götürür.” Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/11/2025-00417 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi qanuni şəkildə bağlanmışdır və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025- 00813 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/11/2025-00417 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan AR Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə, Nigahın bağlanması haqqında akt qeydləri kitabında 113 nömrə ilə qeydə alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar.

2. İkinci tərəf övladları xx.xx.2017-ci il doğum tarixli X1 Birinci tərəfin himayəsində qalmasına etiraz etmir.

3. İkinci tərəf Birinci tərəfə xx.xx.2025-ci il tarixindən başlayaraq övladı yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə alimentin məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.

4. Birinci tərəf, İkinci tərəfə yuxarıda göstərilən övladı ilə, ən azı bir gün əvvəl Birinci tərəfə məlumat vermək və uşağı Bakı şəhəri ərazisindən kənara çıxartmamaq şərti ilə sərbəst ünsiyyət qurmasına, görüşməsinə heç bir maneə yaratmayacağını öhdəsinə götürür.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minirİddia təmin edilsin.

Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar