Məhkəmə qərarları › İş №2(102)-5203/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5203/2021

10.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5203/2021 10.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2 və İddiaçı3 Nəsimi Rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-2443/2021 saylı iş üzrə 6 iyul 2021-ci il tarixli qərardadından İddiaçı1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" KB ASC və “X1" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-nin xeyrinə kreditin təminatı olaraq yüklü edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 3, 35 saylı mənzil üzrə keçirilmiş hərracın yekunları barədə 15.03.2019-cu il tarixli 34/2 saylı protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yü klülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehlərin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.R.Mustafayeva) 21 oktyabr 2020-ci il tarixli, 2(006)-336/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 211 manatın iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(006)-336/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) 10 mart 2021-ci il tarixli 2(103)- 2443/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(006)-336/2020 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Qətnamədən narazı qalan İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2443/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam t əmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi) A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) 6 iyun 2021-ci il tarixli 2(103)2443/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli 2(103)-2443/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarının 95-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 14 mart 2021-ci il tarixdə, saat 12:28-də 2(103)-2443/2021-002 saylı 10.03.2021 tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə iddiaçıların nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. 14 may 2021-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən 1 ay 14 gün sonra, yəni 29 iyun 2021-ci il tarixdə kassasiya şikayəti məhkəməyə təqdim edilmişdir.

8. İddiaçı1 və vəkili Vəkil həmin qərardaddan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2443/2021 saylı mülki iş üzrə 6 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ona rəsmi qaydada çatd ırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin digər bildirişləri rəsmi qaydada qeydiyyatda olduğum ünvana göndərilsə də, lakin qətnaməni rəsmi qaydada almamışam. Qətnamənin nümayəndəmə elektron sistem vasitəsilə göndərilməsi ilə məhkəmə işini bitmiş hesab etmişdir. Vəkilim elektron sistem vasitəsilə qeyd olunan qətnaməni qəbul etməmişdir. Bu barədə sistemdən asanlıqla bilmək olar. Mən vəkillə müqaviləni apellyasiya instansiyası üçün bağlamışam. Bundan başqa iş üzrə məndən başqa digər şəxslər də apellyasiya şikayəti vermişlər və onlar da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2443/2021 saylı 10.03.2021-ci il tarixli qətnaməsini bu günə qədər rəsmi qaydada almamışlar. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına bax mayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 135.5 Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

12. Maddə 135.6 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmi n sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

13. Maddə 135.7 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır.

14. Maddə 405 Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

15. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

16. Maddə 416 Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

18. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. İş üzrə İddiaçı1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2443/2021 saylı iş üzrə 6 iyul 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normaların ı düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

22. İş materiallarının 95-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 14 mart 2021-ci il tarixdə, saat 12:28-də 2(103)-2443/2021-002 saylı 10.03.2021 tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə iddiaçıların nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. 14 may 2021-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən 1 ay 14 gün sonra, yəni 29 iyun 2021-ci il tarixdə kassasiya şikayəti prosessual müddət ötürülməklə məhkəməyə təqdim edilmişdir.

23. İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiy ası məhkəməsinin qətnaməsindən şikayətin vaxtında verilməməsini qətnamənin ona rəsmi qaydada göndərilməməsi, məhkəmə aktının onun apellyasiya instansiyası məhkəməsi üçün müqavilə bağladığı vəkili olmuş şəxsə göndərilməsi və beləliklə, qətnamə barədə tərəfin özünün məlumatlı olmaması ilə əlaqələndirmişdir.

24. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan 7 oktyabr 2020-ci il tarixdə 5 il müddətinə verilmiş etibarnamədən görünür ki, İddiaçı1 tərəfindən Vəkil iddiaçının adından məhkəmədə təmsil olunması ilə əlaqədar bir çox səlahiyyətlər, o cümlədən imza etmək, məhkəmə aktlarından şikayət vermək hüquqları verilmişdir. Məhkəmə aktının iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetində yerləşdirilərək rəsmi qaydada verildiyi dövrdə həmin etibarna mə qüvvədə olmuşdur.

25. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsinin iddiaçının nümayəndəsi və vəkili olan Vəkil təqdim olunması qətnamənin iddiaçıya rəsmi qaydada verilməsinə bərabər tutulmalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§17).

28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2443/2 021 saylı iş üzrə 6 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar