Məhkəmə qərarları › İş №2(004)-4958/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4958/2024

20.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4958/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/13/2023-01466 nömrəli barışıq sazişinin şərtinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/13/2023-01466 nömrəli barışıq sazişinin 3-cü bəndindən görünür ki, “Tərəflər razılaşır ki, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Maraqlı şəxs 2023-cü ilin oktyabr ayının 25-dən başlayaraq hər ayın 25-i 500 (beş yüz) manat məbləğində alimenti Ərizəçi ödəyəcək”. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin könüllü icrasından Maraqlı şəxs tərəfindən imtina edilməsi əsasları mövcuddur. Maraqlı şəxs tərəfindən bunun təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Lakin, məhkəmə qeyd edir ki, ərizəçinin hazırki tələbi üzrə (ərizənin nəticə hissəsi) vəsaitin Bank of Baku ASC-də hesaba köçürülməsi qeyd edilsə də, məhkəmə sazişin şərtini yalnız sazişdə müəyyən edilmiş qaydada müəyyən edə bilər, saziş şərtindən kənara çıxa bilməz. Çünki, müqavilə azadlığının şərtləri çərçivəsində müqavilə tərəfləri yalnız üzərlərinə götürdükləri öhdəlik həddində məsuliyyət daşıyırlar. Müqavilədən kənar öhdəliyin tərəfin üzərinə qoyulması yolverilməzdir. Bu hal, mübahisə üzrə optimallığın təmin edilməsi məqsədinə yönəldikdə də tətbiq edilməlidir. “Hüquqi müəyyənlik” prinsipinin şərtlərinə əməl edilməlidir. Odur ki, ərizə həmin hissədə təmin edilə bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024cü il tarixli MŞB/13/2023-01466 nömrəli barışıq sazişi “Tərəflər razılaşır ki, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Maraqlı şəxs 2023-cü ilin oktyabr ayının 25-dən başlayaraq hər ayın 25-i 500 (beş yüz) manat məbləğində alimenti Ərizəçi ödəyəcək.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/13/2023-01466 nömrəli barışıq sazişi “Tərəflər razılaşır ki, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Maraqlı şəxs 2023-cü ilin oktyabr ayının 25-dən başlayaraq hər ayın 25-i 500 (beş yüz) manat məbləğində alimenti Ərizəçi ödəyəcək.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar