Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4960/2024 30.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin oğlu X11 ölümünün qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, Ərizəçi xx.xx.1990-cı ildə X19 ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.1994-cü il tarixində Kürdəmir şəhərində oğlu X20 dünyaya gəlmişdir. Ərizəçinin oğlu X20 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. X20 xx.xx.1995-ci il tarixində Bakı şəhəri, Abşeron rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Həmin dövrdə ərizəçinin oğlunun vəfat etməsi səbəbindən ailənin başının yas mərasiminə qarışması və Ərizəçi şəhadətnamə alınması üzrə prosedur barədə məlumatlı olmaması səbəbindən vaxtında oğlu X20 barəsində ölüm haqqında şəhadətnamə əldə edə bilməmişdir. Ərizəçinin oğlunun vəfatının qeydə alınması məqsədilə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16818-15-846/24 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi qeyrimümkün olduğundan ölümün qeydə alınması qeyri-mümkündür. Eyni zamanda Bakı şəhəri Maraqlı şəxsndən əldə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1324-15/24 nömrəli arayışda da bildirilmişdir ki, X11 barəsində ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, vərəsəlik işinin başlanılması üçün vəfat etmiş Ərizəçi oğlu X11 ölümünün qeydə alınması məqsədilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1966-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. İş materiallarında olan Ağdam rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş V-ЖГ 358203 saylı, xx.xx.1990-cı il tarixli nikahın bağlanması haqqında şəhadərnamənin surətindən görünür ki, X19 ilə X12 arasında 19 aprel 1990-cı il tarixdə nikah bağlanmış və nikah 65 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin AA seriyalı, 130473 nömrəli, xx.xx.2006-cı il tarixli vəsiqəsinə əsasən X19 məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin AA seriyalı, 135608 nömrəli, xx.xx.2006-cı il tarixli vəsiqəsinə əsasən X7 məcburi köçkündür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 27 may 2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X19 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 03 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin 06 iyul 2024-cü il tarixli arayışına əsasən X19 26 fevral 1962-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1962-ci il tarixdə Ağdam rayon qeydiyyat şöbəsində 139 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası isə X13r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 17 avqust 2024-cü il tarixli arayışına əsasən X20 barəsində ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-846/2024 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinizin təmin edilməsi imkanı xaricindədir. Maraqlı şəxs ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan Kürdəmir Rayon Qeydiyyat Şöbəsinin 03 sentyabr 2024-cü il tarixli arayışına əsasən X20 10 iyun 1994-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1994-cü il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsində 167 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5, anası isə X4r. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 4079 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən X11 Xırdalan qəbirstanlığında hansı tarixdə dəfn olunması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Onlar 32 ildi bir binada qonşu kimi yaşayırlar. Ərizəçinin körpə uşağı rəhmətə gedəndə, onlar hüzr məclisinə gəlmişdirlər. Uşağın bir yaşı yox idi. O, ərizəçinin oğlu xx.xx.1994-cü ildə Kürdəmir şəhərində anadan olmuş X11 xx.xx.1995-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Quliyeva Hicran Əli qızı ifadəsində bildirmişdir ki, o, ərizəçinin 1993-cü ildən qonşusudur. Mərziyyə xanımın uşağı təxminən 10 aylıq olanda dedilər ki, deyəsən qrip olanda peyvənd vurulduğundan vəfat etdi. 1995-ci ilin aprel ayının 20-si idi. Hüzn mərasimində iştirak etmişdir. Xırdalan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində bildirmişdir ki, ərizəçinin baldızı, uşağın isə bibisidir. 20 aprel 1995-ci ildə uşaq vəfat etdi, qardaşı və atası aparaıb dəfn etdilər. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi qaynının həyat yoldaşıdır. Həm də qoşudurlar. Həmin gün səs-küy eşitmiş və evə gedəndə uşağın vəfat etdiyini görmüşlər. Xırdalan əbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində bildirmişdir ki, 1993-cü ildən ərizəçinin Yasamal rayonunda qonşusudur. 10 ayıq uşaq idi. Xəstələnmişdi, müalicə olunsa da rəhmətə getdi. Hüzr mərasimində işirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirmişdir ki, Mərziyə xanımın qaynıdır. 1995-ci ilin aprelin 20-də vəfat etdi. Dəqiq nədən vəfat etdiyini bilmir. Xırdalan qəbiristanlığında dəfn edildi. Körpə uşaq olduğundan baş daşı qoyulmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1994-cü ildə Kürdəmir şəhərində anadan olmuş X11 xx.xx.1995-ci il tarixində ölməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlu xx.xx.1994-cü ildə Kürdəmir şəhərində anadan olmuş X11 xx.xx.1995-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4960/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4960/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver