Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4965/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, hərracın yekunları barədə protokolun ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, hərracın yekunları barədə protokolun ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ünvanda yerləşən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli ekspert rəyinin ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ünvanda yerləşən torpaq sahəsinə dair Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 94 nömrəli protokolun ləğv edilməsi, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekuları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən, ona əlavə edilmiş sənədlərdən və “AZEMİS”-dən xx.xx.2023-cü il tarixli “vergi ödəyicilərinin məlumatları” çıxarışından müəyyən edilir ki, Cavabdeh3 MMC (VÖEN 2********) - hüquqi şəxs kimi - AZ1149, ünvan 2 ünvanda xx.xx.2013-cü il tarixdə uçota alınmışdır. İddia ərizəsindən, ona əlavə edilmiş sənədlərdən və “AZEMİS”-dən xx.xx.2023-cü il tarixli “vergi ödəyicilərinin məlumatları” çıxarışından müəyyən edilir ki, Cavabdeh1 MMC (VÖEN **********) - hüquqi şəxs kimi - AZ1106, ünvan 3 ünvanda xx.xx.2016-cı il tarixdə uçota alınmışdır. “AZEMİS”-dən xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən edilir ki, cavabdeh Mehtiyev X1 rayonu Zevin kəndində rəsmi qeydiyyata alınmışdır. İddia ərizəsində onun ünvanı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X2 göstərilmişdir. Göründüyü kimi, İddiaçı hazırkı iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla verdiyinə görə, iddia ərizəsi ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə cavabdehlərdən birinin ünvanı üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 114, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, hərracın yekunları barədə protokolun ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli GPP ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4965/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4965/2023
22.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver