Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4972/2025 17.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (arvadı) X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1912-ci il tarixdə anadan olmuş nənəsi X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (arvadı) X3 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən xx.xx.1947-ci il təvəllüdlü X7, xx.xx.1950-ci il təvəllüdlü X4 və xx.xx.1941-ci il təvəllüdlü X6 ərizədə qeyd olunan xüsusatları təsdiq etməklə X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində vəfat etməsini və Sabunçu rayonu, Pirşağı kənd qəbirstanlığında dəfn olunmasını məhkəməyə bildirmişlər. Həmin şəxslərin iştirakı ilə 61 saylı MKİS tərəfindən xx.xx.2025-ci il tarixdə akt tərtib edilmiş, həmi aktda da X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində vəfat etməsini və Sabunçu rayonu, Pirşağı kənd qəbirstanlığında dəfn olunması təsdiq edilmişdir. İş materiallarına X1 dəfn yerinin (qəbir) şəkili əlavə olunmuşdur. Ölüm faktının 1968-ci il tarixdə baş verməsi nəzərə alınmaqla müvafiq tibbi sənədlərin hazırda mövcud olmamasını məhkəmə ağlabatan hesab edir. İş materiallarına müvafiq orqanın imtina məktubu əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, xx.xx.1912-ci il tarixdə anadan olmuş X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi, iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə qərar qəbul edərkən X1 1912-ci il tarixdə anadan olmasını və həmin şəxsin yaşamış olsa hazırda 113 yaşlı olmalı olduğunu nəzərə alır ki, bu da ağlabatan deyildir, ortalama insan ömrü statistikasına uyğun gəlmir. Ərizəçinin tələb üzrə vərəsəlik hüquqi marağı nəzərə alınır. Şahidlərin anadan olduğu tarixlər məhkəmə tərəfindən xüsusilə diqqətə alınır. Yəni, şəxs vəfat edən zaman şahidlər yetişkin şəxslər olmaqla fakt barədə məlumat vermək iqtidarındadırlar. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1912-ci il tarixdə anadan olmuş X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qətnamə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas təşkil etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1912-ci il tarixdə anadan olmuş X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas təşkil etsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4972/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4972/2025
17.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver