Məhkəmə qərarları › İş №2(004)-499/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-499/2025

01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-499/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən istehsal olunan təkminləşmiş qoşaqol zil-bəm kamançaların istehsalının dayandırılması, həmin kamançaların kompensasiya ödənilmədən işlədiyi labaratoriyadan çıxarılması, həmin qoşaqol zil-bəm kamançaların hazırlanmasında istidafə olunan material və avadanlıqların cavabdehdən götürülərək iddiaçının xeyrinə müsadirə olunması,10.000 manat mənəvi zərərin cavabdeh tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən istehsal olunan təkminləşmiş qoşaqol zil-bəm kamançaların istehsalının dayandırılması, həmin kamançaların kompensasiya ödənilmədən işlədiyi labaratoriyadan çıxarılması, həmin qoşaqol zil-bəm kamançaların hazırlanmasında istidafə olunan material və avadanlıqların cavabdehdən götürülərək iddiaçının xeyrinə müsadirə olunması,10.000 manat mənəvi zərərin cavabdeh tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə hesab edir ki, aşağıdakı hüquq normalarına əsaslanmaqla mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh şəxsin yaşayış ünvanı Səbail rayonu ərazisi olduğundan mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Hazırki iddia tələbi ilə bağlı mübahisəyə mülki prosessual qanunvericilikdə iddiaçının seçməsinə görə aidiyyət yaxud müstəsna aidiyyat qaydalarının şamil edilməsinə əsas yoxdur. İddia tələbinə ümumi qaydaya uyğun olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən cavabdehin yaşadığı yerin məhkəməsində baxılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci və 45ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən istehsal olunan təkminləşmiş qoşaqol zil-bəm kamançaların istehsalının dayandırılması, həmin kamançaların kompensasiya ödənilmədən işlədiyi labaratoriyadan çıxarılması, həmin qoşaqol zil-bəm kamançaların hazırlanmasında istidafə olunan material və avadanlıqların cavabdehdən götürülərək iddiaçının xeyrinə müsadirə olunması,10.000 manat mənəvi zərərin cavabdeh tutulması” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar