Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4995/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci ildə məhkəməyə müraciət edərək, onun atası - xx.xx.1950-ci ildə İmişli şəhərində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1950-ci ildə İmişli şəhərində doğulmuş X4 onun doğma atasıdır. Atası uzun müddət ürək və böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkmişdir və xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. BŞT və TTYS 5 saylı bölməsinin həkim briqadısı evə gələrək atasının ölməsini təsdiq edən xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Atasını İmişli şəhər qəbristanlığında dəfn etmişlər. Ölüm səbəbi barədə həkim arayışı (şəhadətnamə) almaq üçün Nəsimi rayonu 3-cü mkr-da yerləşən 20 nömrəli poliklinikaya müraciət etmiş, lakin mərhum atası ev şəraitində, eləcə də ambulator qaydada müxtəlif özəl klinikalarda müalicə aldığından həmin ərazi üzrə poliklinakada qeydiyyatda olmamış və bu səbəbdən ambulator kartada xəstəlik tarixindən çıxarış olmamış və müvafiq arayışın alınması mümkün olmamışdır. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. BŞT və X3 Stansiyasının 5 nömrəli bölməsinin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, təcili tibbi yardım briqadasının həkimləri xx.xx.2020-ci il tarixdə saat 09:02-də Bakı şəhəri 3-cü mikrorayon H.B.Əliyev küçəsi 2 nömrəli evin 19 nömrəli mənzilinə gəldikdə 70 yaşlı X1 öldüyünü müəyyən etmişlər, kişi cinsli meyit aşkar olunduğunu qeyd etmişlər. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığagötürmənin, nikahın, boşanmanın, ölümünqeydedilməfaktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1950-ci ildə İmişli şəhərində doğulmuş X4 Ərizəçi doğma atasıdır. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ərizəçi atası X2 İmişli şəhər qəbristanlığında dəfn etmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci ildə İmişli şəhərində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4995/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4995/2020
05.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver