Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5005/2025 17.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ərizəçi X3 maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi rayon Qeydiyyat şöbəsi olmaqla şəxsin ölmüş hesab edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: ölmüş hesab edilmə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, ərizəçi X3 maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi rayon Qeydiyyat şöbəsi olmaqla şəxsin ölmüş hesab edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.10.202-ci il tarixli, 2(004)- 4803/2022 nömrəli qətnaməsinə əsasən Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı (oğlu) olması faktının müəyyən edilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5238/2024 nömrəli qətnaməsinə əsasən 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X16 tərəfindən reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X34 hüququ haqqında şəhadənamənin etibarsız hesab edilməsi və onun əsasında X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi qət edilmişdir.
Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) ərizə tələbi
3. Ərizəçi şəxsin ölmüş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun məhkəmə qaydasında ölmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizənin əsaslarına görə, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 55 nömrəli fərdi yaşayış evi Soltan nurulla qızının mülkiyyətində olmuşdur. Bu şəxs xx.xx.1942-ci ildə vəfat etmişdir. Bakı şəhəri asamal Rayon Məhkəməsinin 27.10.202-ci il tarixli 4803/2022 nömrəli qətnaməsinə əsasən Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı (oğlu) olması faktının müəyyən edilməsi qət edilmişdir. Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun arvadı X7r. X4 Ağabala Əliyeva ilə nikahdan olmayan övladı X23 xx.xx.1994-cü il tarixdə ölmüşdür. X13 anası X14 1996-cı il tarixdə ölmüşdür. AR Milli Arxiv İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 anası X1r. Bakı şəhəri 3 saylı ASAN xidməti tərəfindən verilmiş arayışdan da görünür ki, Ərizəçih qızının atası X10, anası X17r. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5238/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, X11 və Bakı şəhəri 3 saylı Asan Xidmət mərkəzinin notariat ofisinə qarşı (X20 və X21 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1856/2024 nömrəli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1856/2024 nömrəli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X16 tərəfindən reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X34 X15 etibarsız hesab edilmiş və onun əsasında cavabdeh X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış (mülkiyyət hüququ haqqında qeyd) ləğv edilmişdir. X11 mübahisəli əmlakdan ½ hissədə irs almaq hüququ verən xx.xx.2023-cü il tarixli X34 X15 etibarsızdır. Həmin şəhadətnamədə qeyd edilən əmlakın Soltan Nurulla qızından (X5) miras qaldığı göstərilmişdir. Halbuki, əmlakın onun mülkiyyətində qalması bu məzmunda şəhadətnamənin verilməsi üçün əsas ola bilməz. Artıq müəyyən edildiyi kimi, bu əmlak onun ölümündən sonra faktiki olaraq oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu tərəfindən qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, X2 Ağabala (Ağababa) Mirzə Murad oğlunun nəticəsidir (onun qızı Pikəxanımın oğlu olan Rafiqin qızıdır). iddiaçı isə Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun arvadı olmuş Balacaxanımın qızı Zivərin qızıdır. Bu baxımdan iddiaçı hazırki şəhadətnamənin mübahisələndirilməsi üçün subyektiv hüquqa malikdir. Hər bir halda, iddiaçı hazırki iddianı qaldırmaq üçün, cavabdehin mübahisələndirilən şəhadətnamənin alınması üçün müraciət edib, onu almaq qədər hüquqa malikdir. Hazırki iddianın qaldırılması üçün də Mülki Məcəllə ilə müəyyən edilmiş müddətləri ötürməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 55 saylı fərdi yaşayış evi Soltan Nurulla qızının (X19) mülkiyyətində olmuşdur. Bu şəxs xx.xx.1942-ci il tarixdə vəfat etmiş və bundan sonra ondan miras qalmış bu əmlak pay həmin vaxt qüvvədə olan qanunvericiliyin (1923-cü ildə qüvvəyə minmiş və 1965-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin) tələbinə uyğun olaraq faktiki olaraq onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu tərəfindən qəbul olunmuşdur. Bu şəxsin Soltan Nurulla (X19) qızının övladı (oğlu) olması faktı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(004)- 4803/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Bununla belə Soltan Nurulla (X19) qızından miras qalmış əmlakı həmin vaxt bu əmlakda yaşayan onun oğlu Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu faktiki olaraq qəbul etmiş və həmin ünvanda həyat yoldaşı Balacaxanım, onun başqa nikahdan olan qızı Zivər, habelə onunla birgə nikahdan doğulmuş Pikəxanım və Şəfiqə ilə birlikdə yaşamağa davam etmişdir. Ondan başqa Soltan Nurulla qızının (X9) hər hansı başqa vərəsəsinin olduğu müəyyən edilmir. Lakin bu şəxsin ölməsi (tarixi, yeri, şəraiti, səbəbi və sair) barədə nəinki hər hansı sənəd, ümumiyyətlə məlumat yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə də bununla bağlı hər hansı hal müəyyən edilməmişdir. Məhz bu şəxs barəsində zəruri məlumatların olmaması səbəbindən onun Soltan Nurulla (X19) qızının oğlu olması faktı həmin qətnamə ilə müəyyən edilmişdir. Onun məhkəmə tərəfindən ölmüş elan edilməsi də müəyyən edilmir. Bu baxımdan istər xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin, istərsə də hazırda qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından ona məxsus olan əmlaka, yəni hazırda mübahisələndirilən fərdi yaşayış evinə dair miras açılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5238/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır.
b) Ərizəyə qarşı etiraz
5. Ərizəyə qarşı etiraz məhkəməyə daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs ərizəçinin babasıdır. Təqribən 60-cı illərdə gedib və itkin düşmüşdür. Ərizəçinin nənəsi danışırdı ki, babası gedib və qayıtmayıb. Nə zaman doğulması ilə bağlı məlumat yoxdur. Sadəcə nikah haqqında şəhadətnamələri mövcuddur.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan SSRİ Mülki Məcəlləsi (1964-cü il): Maddə 21. Vətəndaşın ölmüş e`lan edilməsi Vətəndaşın daimi yaşadığı yerdə onun harada olması barədə üç il ərzində mə`lumat olmadıqda, habelə o, ölüm təhlükəsi olan və ya müəyyən bir bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən şəraitdə altı ay ərzində xəbərsiz itkin düşmüş olduqda o, məhkəmə qaydasında ölmüş e`lan edilə bilər; Hərbi əməliyyatla əlaqədar olaraq itkin düşən hərbi qulluqçu və ya sair vətəndaş hərbi əməliyyatların qurtardığı gündən ən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş e`lan edilə bilər; Məhkəmə tərəfindən ölmüş e`lan edilən vətəndaşın ölüm günü, onun ölmüş e`lan edilməsinə dair məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab olunur. Vətəndaşın ölüm təhlükəsi olan və ya müəyyən bir bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən şəraitdə ölmüş olduğu e`lan edildikdə, məhkəmə həmin vətəndaşın həlak olması güman edilən günü onun ölüm günü saya bilər.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
12. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir.
13. Ərizəçinin tələbi Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun məhkəmə qaydasında ölmüş hesab edilməsi barədədir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4802024 nömrəli qətnaməsindən görünür ki, Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı olması faktı müyyən edilmişdir.
15. Ərizəçinin bildirdiyinə görə, Ağabala (Ağababa) Əliyev onun nənəsinin əri olmuş, ərizəçinin anası isə bu nikahdan yox, digər nikahdan doğulmuşdur. Yəni, ərizəçi Ağabala (Ağababa) Əliyevin arvadı olmuş Balacaxanımın qızı Zivəri qızıdır. Bu baxımdan, hazırkı ərizənin təmin edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olduğu müəyyən edilmir.
16. MPM-in 313-cü maddəsinin tələblərinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
17. Ərizədə Ağabala (Ağababa) Əliyevin anası Əliyeva Soltan (Sultan) Nurulla qızından miras qalmış əmlaka dair bir sıra faktiki hallar sadalansa da ərizəçinin birbaşa mirasdan irs almaq niyyəti və s. şərh edilməmişdir.
18. Digər tərəfdən, istər 1964-ci il tarixli Mülki Məcəllədə, istərsə də 2000-ci il tarixli və hazırda qüvvədə olan Mülki Məcəllədə şəxsin daimi yaşadığı yerdə onun harada olması barədə məlumat olmaması (Məcəllələrdə müvafiq olaraq 3 il və 5 il ərzində) şəxsin ölmüş elan edilməsi üçün ilkin əsas olaraq təsbit edilmişdir. Hazırkı halda isə şəxsin daimi yaşayış yeri üzrə onun harada olması barədə məlumatların olmaması yönündə hər hansı sübut təqdim edilməmişdir.
19. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
20. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
22. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən ərizə təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçi X3 maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi rayon Qeydiyyat şöbəsi olmaqla şəxsin ölmüş hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə