Məhkəmə qərarları › İş №2(004)-501/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-501/2024

26.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-501/2024 26.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri, xx.xx.1978-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt tərəfindən təcili yardım çağırılmışdır və BŞT və TTYS-nin 17 saylı Bölməsi tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. X2 xx.xx.2023-cü il tarixdə Zərdab rayon Gəlmə kənd qəbristanlığında dəfn edilmişdir. Bu barədə Zərdab rayon Gəlmə Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilmişdir. 3 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş cavabda X1 poliklinikaya müraciət etməməsi və ölüm səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmaması göstərilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göründüyü kimi məlum səbəblərdən həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. X1 həqiqətən xx.xx.2023-cü il tarixdə vəfat etməsini və dəfn edilməsini məhkəmədə şahidlər təsdiq edə bilər. X1 ölüm faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Ölüm faktının təsdiq edilməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. İşə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əri xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mərhum əri X8 15 iyul 2023-cü il tarixdə işdən evə gəlmiş, hamama girmiş, sonra çıxıb bir az uşaqla oynamışdır. Sonra dedimişdir ki, mədəsi ağrıyır və divana uzanıb yatır. Ondan sonra o, eşitdi ki, əri xırıldayır. O, tez onun əmisi və bibisi oğlanlarına zəng etmiş və onları evə çağırmişdır, onlar gələndə hələ bədənində istilik var idi. Bundan sonra təcili tibbi yardım çağırmışlar, lakin onlar gələndə ərinin artıq keçindiyini bildirmişlər. Onun heç vaxt heç bir xəstəliyi olmamiş, həmişə mədəsindən şikayətlənmişdir. Həkimlər onun ürək tutmasından vəfat etdiyini bildirmişlər. Onu Zərdab rayonunda dəfn etmişlər. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, mərhum onun dayısı oğludur. Ərizəçi onun dayısı oğlunun həyat yoldaşıdır. O, axşam işdən gəlib yeməyini yeyib dincəlirdi. Birdən ərizəçi onu yığıb, Coşqunun özünü pis hiss etdiyini bildirmiş, tez özünü onlara çatdırmağını xahiş etmişdir. Bundan sonra o, Turalı yığıb bu barədə məlumat vermiş və Coşqunun evinə getmişdir. O, ora çatanda artıq Coşqun rəhmətə getmişdir. Coşqun Zərdab rayonunda dəfn olunmuşdur. O, X3 15 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, mərhum onun dayısı oğludur. Ərizəçi onun dayısı oğlunun həyat yoldaşıdır. 15 iyul 2023-cü il tarixdə gəlin bacı ona yığıb bildirmişdir ki, yoldaşının vəziyyəti pisdi, tez onlara gəlsin. O, Coşqunun evinə gələndə, onun bədəni hələ isti idi. Bundan sonra onlar təcili tibbi yardımı çağırmışlar, lakin təcili tibbi yardım gələnə kimi o, artıq keçinmişdir. Coşqun Zərdab rayonunda dəfn olunmuşdur. O, X3 15 iyul 2023cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs AZ-İ №496240 saylı, 02 iyun 2009-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X8 ilə X4 arasında 02 iyun 2009-cu il tarixdə 559 saylı qeyd ilə nikah bağlanmışdır. Nikahdan sonra ərə Alıyev, arvada Alıyeva adı verilmişdir. - Təcili və X7 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X8 xx.xx.2023-cü il tarixdə saat 20:57 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DESK yolu, İ mədən, İV korpus ünvanında vəfat etmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X15 3 №-li Şəhər Poliklinikasının Ərizəçi ünvanladığı PHŞ-6-1-1/2-A-105-xxxx/2023 saylı, 29 iyul 2023-cü il tarixli cavab məktubuna əsasən əri X3 poliklinikaya müraciəti qeydə alınmadığından və ölüm səbəbi məlum olmadığından poliklinika tərəfindən mərhumun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Zərdab rayonu Gəlmə Bələdiyyəsinin 09 saylı, 17 iyul 2023-cü il tarixli arayışına əsasən X8 xx.xx.2023-cü il tarixində vəfat etmiş və xx.xx.2023-cü il tarixində Zərdab rayonu, Gəlmə kənd qəbirstanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 3/16-5/8-3215/15/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni tərəflərindən şöbəyə təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X8 həqiqətən də xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar