Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5031/2024 22.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi Bağırova (Abdullayeva) Afət Əsgər qızının iştirakı ilə, Ərizəçi Bağırova (Abdullayeva) Afət Əsgər qızının “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bağırova (Abdullayeva) Afət Əsgər qızı ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.2024cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X2 xx.xx.2024-cü il tarixdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “X8"-də vəfat etmişdir. Mərhumun ölüm haqqında tibbi şəhadətnaməsini almaq üçün etdiyi müraciətinə “X8”-dən bildirilmişdir ki, X1 şəxsiyyət vəsiqəsi təqdim olunmadığından, şəxsə ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bundan sonra mərhuma ölüm haqqında şəhadətnamənin verilməsi üçün onun qeydiyyatda olduğu ərazi üzrə müvafiq qaydada Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs müraciətinə xx.xx.2024-cü il tarixli, 3-16-5-8-40/2024 saylı cavab məktubu ilə imtina vermişdir. İmtina bununla əsaslandırılmışdır ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə verilməlidir. Hacıqabul rayonu, X11 nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 235 saylı arayışa əsasən X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Qubalı kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum həyat yoldaşının şəxsiyyət vəsiqəsinin itirilməsi səbəbindən xx.xx.2024-cü il tarixdə “X8”-də vəfat etməsinə baxmayaraq ölüm haqqında şəhadətnaməni əldə edə bilmir. Ona görə də həmin hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçi Bağırova (Abdullayeva) Afət Əsgər qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhumun vəziyyəti pisləşmiş və qan qaytarmışdır. Mərhum narkotik vasitə istifadəçisi olmuşdur. Həmin vaxt onu xəstəxanaya aparmışlar. Sonra yenidən vəziyyəti pisləşmiş və onu X6 aparmışlar. Mərhum orada vəfat etmişdir. Mərhumun cənazəsini o, qızı, oğlu və qaynı evə gətirmişlər. Mərhum Hacıqabul rayonunda qəbiristanlıqda dəfn edilmişdir. Mərhumun qəbir daşı yoxdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X8" PHŞ-i tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə saat 06:00-da vəfat etmişdir. İş materiallarında olan “X8" PHŞ-nin X3 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində ARİT İ şöbəsində rəhmətə getmişdir. Mərhumun şəxsiyyət vəsiqəsi ailə üzvləri tərəfindən təqdim olunmadığına görə X8 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarında olan Maraqlı şəxs X3 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs ərizəsinə cavab olaraq bildirir ki, xx.xx.2024-cü ildə vəfat etdiyini bildirdiyi xx.xx.1967-ci il təvəllüdlü X1 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Maraqlı şəxs, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Müraciətinə baxılmasının nəticəsindən onun subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının X11 İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 235 saylı arayışa əsasən X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Qubalı kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı 519976 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 (xx.xx.1967-ci il təvəllüdlü) və Ərizəçi xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 859 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Bağırov”, arvada “Bağırova” soyadı verilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, mərhumun qardaşıdır. Qardaşı qan qaytarmışdır. Həmin vaxt onu xəstəxanaya aparmışlar. Sonra, yenidən vəziyyəti pisləşmiş və onu X6 aparmışlar. Mərhum orada xx.xx.2024-cü il tarixdə səhər saatlarında vəfat etmişdir. Qardaşını Hacıqabulda dəfn etmişlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X2 ərizəçinin həyat yoldaşı olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin həyat yoldaşının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin əri xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Bağırova (Abdullayeva) Afət Əsgər qızına aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5031/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5031/2024
22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver