Məhkəmə qərarları › İş №2(004)-5071/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5071/2024

02.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5071/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-2024-001111 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-2024-001111 nömrəli barışıq sazişinin 1-ci bəndindən görünür ki, “Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin sentyabr ayından etibarən hər ayın 01-15 tarixləri arasında hər uşaq üçün 335 (üç yüz otuz beş) manat olmaqla ümumilikdə 670 (altı yüz yetmiş) manat alimenti Ərizəçi (adına olan **********560091 nömrəli bank kartı vasitəsilə hesaba) ödəyəcək”. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin könüllü icrasından Maraqlı şəxs tərəfindən imtina edilməsi əsasları mövcuddur. Maraqlı şəxs tərəfindən bunun təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-2024-001111 nömrəli barışıq sazişi “Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin sentyabr ayından etibarən hər ayın 01-15 tarixləri arasında hər uşaq üçün 335 (üç yüz otuz beş) manat olmaqla ümumilikdə 670 (altı yüz yetmiş) manat alimenti Ərizəçi (adına olan **********560091 nömrəli bank kartı vasitəsilə hesaba) ödəyəcək.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-2024-001111 nömrəli barışıq sazişi “Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin sentyabr ayından etibarən hər ayın 01- 15 tarixləri arasında hər uşaq üçün 335 (üç yüz otuz beş) manat olmaqla ümumilikdə 670 (altı yüz yetmiş) manat alimenti Ərizəçi (adına olan **********560091 nömrəli bank kartı vasitəsilə hesaba) ödəyəcək.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar