Məhkəmə qərarları › İş №2(004)-5073/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5073/2025

17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5073/2025 17.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu il tarixdə doğulan X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, anası X10 xx.xx.1939-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qeyd etmişdir ki, X1 xx.xx.2025-ci il tarixdə vəziyyəti pisləşdiyi üçün təcili tibbi yardım çağırmışlar. Təcili yardım çatanda anası artıq ölmüşdür. X2 xx.xx.2025-ci il tarixində Qaraçuxur qəsəbə qəbiristanlıqda dəfn etmişlər. Lakin hələ qəbirüstü abidəsini götürməmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün o, Qeydiyyat şöbəsinə müraciət etsə də onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Ölüm haqqında şəhadətnamənin olmaması ona bir çox sənəd işlərində problemlər yaradır. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. X1 ölüm faktı şahidlər və xx.xx.2025-ci il Təcili və X5 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsini təqdim etmişdir. Anasının ölüm faktını şahidlər Şahid, X3 və qəbirüstü fotoşəkili də təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1939-cu il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi arayış verilir ondan ötrü ki, anası mərhumə X10 xx.xx.2025-ci il tarixində vəfat edib və Qaraçuxur qəsəbə qəbirstanlığında dəfn edilmişdir. - “Bakı şəhəri Təcili və X5 Stansiyası” PHŞ Stansiya Şöbəsinin xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X6 adına Bakı şəhəri, Suraxanı rayonu, Zığ Qum adası, Ateis küçəsinə çağırış olmuş, qadın cinsli həkiməqədər ölüm aşkar edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən anası xx.xx.1939-cu il təvəllüdlü X6 müraciəti Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 30 nömrəli Ambulatoriya olduğundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 №-li qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.3-cü bəndinə əsasən “Ölüm haqqında şəhadətnamə” nin alınması məqsədilə 30 nömrəli Ambulatoriyaya müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 15/3246/25 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanı xaricindədir. Maraqlı şəxs ölüm faktınını müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Vəfat edən anası idi. O, vəfat etdiyi zaman yanında olmuşdur. O, 5 il idi onunla yaşayırdı. Xəstəliyi yox idi, yaşı ilə əlaqədar vəfat edib. Qaraçuxur qəbirstanlığında dəfn olunub. Ərizəçi anası xx.xx.1939-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun xalasıdır. Vəfat edən nənəsi idi. Qum adasında birlikdə yaşayırdılar. Həmin vaxt işdə idi, dərhal bilən kimi evə gəldi. Xəstəliyi yox idi. O, nənəsi xx.xx.1939-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktını təsdiq edir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi anası xx.xx.1939-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə və şahid ifadələri ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1939-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar