Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-509/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi Əliabbas qızının və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Əliabbas qızının “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əliabbas qızı ərizə ilə məhkəməyə müraciət edərək, valideyinləri, 1927- ci ildə Abşeron rayonunun Xızı kəndində anadan olmuş və xx.xx.1997-ci ildə ölmüş X14nun, anası - xx.xx.1929-cu ildə Abşeron rayonunun Xızı kəndində anadan olmuş, xx.xx.1988-ci ildə Bakı şəhərində ölmüş anası - X8 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X14nun xx.xx.1997-ci ildə Bakı şəhərində və X1 xx.xx.1988-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun valideynləri, atası - 1927-ci ildə Abşeron rayonunun Xızı kəndində doğulmuş X24 xx.xx.1997-ci ildə, anası - xx.xx.1929- cu ildə Abşeron rayonunun Xızı kəndində doğulmuş X13 xx.xx.1988-ci ildə Bakı şəhərində ölmüşdür. X5 əvvəllər xəstə olduğundan və onların gözləri qarşısında öz əcəli ilə dünyasını dəyişdiyindən, ölümü barədə heç kimə məlumat vermədən, ölüm haqqında şəhadətnamə almadan onu xx.xx.1988-ci ildə Yasamal rayonu Dağüstü 1 adlanan qəbristanlıqda dəfn etmişlər. X14 cəza çəkdiyi 1 saylı Cəzaçəkmə müəssisəsinndə vəfat etmişdir. Atasını da Yasamal rayonu ərazisində yerləşən Dağüstü 1 qəbristanlığında dəfn elmişlər. Anasının və atasının dünyasını dəyişmələri barədə ölüm şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmişlər. Lakin Maraqlı şəxs arxivində “avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində heç bir aktın mövcud olmaması səbəbindən müraciətləri təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. X1 və X14nun ölümünü təsdiq edən şəhadətnamə olmadığından, vərəsəliklə əlaqədar sənədləşmə işlərində müəyyən çətinliklərlə üzləşmişlər. Bu səbəbdən də məhkəməyə ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi Əliabbas qızı ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mərhum X14 xx.xx.1927-ci il tarixdə anadan olmuşdur. Mərhum atasının qəbir daşını mərhum qardaşları düzəltdirmişdir, buna görə də onun qəbir daşında hansı ayda və gündə vəfat etməsinin yazılmamasından xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi Əliabbas qızının nümayəndəsi və vəkili Nümayəndə ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, ərizəçi mərhumların yeganə vərəsəsidir. X7 və X8 ölüm faktının müəyyən edilməsi mirasla bağlı məsələlərin həll edilməsi üçün zəruridir. X7 xx.xx.1997-ci il tarixdə ölməsi 1 saylı Cəzaçəkmə Müəssisəsindən verilən arayışla təsdiq edilir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 1 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2022-ci il tarixli, 17/17821 saylı Arayışından görünür ki, Əliabbas Kərim oğlu, 1927-ci ildə Abşeron rayonunun Xızı kəndində anadan olmuş, xx.xx.1997-ci il tarixdə 1 saylı cəzaçəkmə müəssisəsində ölmüşdür. İş materiallarında olan АЗ seriyalı №310802 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. X5, X14dur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-1128/69 saylı Arayışında qeyd edilmişdir ki, X24 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-1128/69 saylı Arayışında qeyd edilmişdir ki, X24 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-inin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, X13 xx.xx.1958-ci ildən xx.xx.1988-ci ilədək vəfat edən günədək ünvan 1 ünvanında yaşamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-268-15/23 saylı Arayışında qeyd edilmişdir ki, X13 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X8 xx.xx.1929-cu ildə doğulduğu, xx.xx.1988-ci ildə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X18 1927-ci ildə doğulduğu, 1997-ci ildə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2024cü il tarixli, 19 nömrəli Arayışından görünür ki, X8 (xx.xx.1929-xx.xx.1988) qəbirdaşına əsasən Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Ərizəçinin X14 və X5nı tanıyırdı. Ərizəçinin anası onunla birlikdə yaşayırdı. Ərizəçinin anası atasından öncə vəfat etmişdir. Ərizəçinin anası 1988-ci ildə vəfat etmişdir. Ərizəçinin atası 1 saylı Cəzaçəkmə Müəssisəsində vəfat etmişdir. Mərhumların yas mərasimlərində iştirak etmişdir. Mərhumlar Yasamal rayonu Dağüstü 1 qəbiristanlığında dəfn edilmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Ərizəçinin X14 və X5nı tanıyırdı. Ərizəçinin X5 xəstəlikdən vəfat etmiş, X14 1 saylı Cəzaçəkmə Müəssisəsində vəfat etmişdir. Ərizəçinin anası atasından öncə vəfat etmişdir. mərhumların yas mərasimlərində iştirak etmişdir. Mərhumlar Yasamal rayonu Dağüstü 1 qəbiristanlığında dəfn edilmişlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X13 ərizəçinin anası olmuşdur. xx.xx.1988-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X2 1 qəbristanlığında dəfn olunmuşdur. X24 ərizəçinin atası olmuşdur. xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X9 1 qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumların qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin anasının və atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının və atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin anası xx.xx.1929-cu il təvəllüdlü X8 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində ölməsi və ərizəçinin atası xx.xx.1929-cu il təvəllüdlü X18 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1929-cu il təvəllüdlü X8 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində ölməsi faktı və xx.xx.1929-cu il təvəllüdlü X18 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-509/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-509/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver