Məhkəmə qərarları › İş №2(004)-5137/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5137/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5137/2024 31.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X7, X1 iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1936-ci il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1936-ci il təvəllüdlü anası X15 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yaşadığı mənzildə vəfat etmişdir. Həmin vaxt təcili tibbi yardım gələnə qədər artıq anası vəfat etmişdir. Anası vəfat etdikdən sonra anasını Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn ediblər. Anasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etdikdə, həmin şöbə anasının ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Belə ki, həmin şöbədən ölüm haqqında tibbi arayış olmadığından faktla bağlı məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhum açıq havada gəzməsi üçün evdən çıxacağını bildirdikdən sonra həyətə düşmüş və ərizəçi anasının həyətə düşməsini izləmək üçün pəncərədən baxdıqda onun yerə yıxıldığını görmüş və dərhal yanına yaxınlaşmışdır. Yaxınlaşanda anasının vəziyyətinin kəskin pişləşdiyini və köməklik edilməsi üçün qonşuları çağırmışdır. Eyni zamanda, təcili tibbi yardıma zəng edilmiş və təcili tibbi yardımın həkim heyəti gəldikdə anası artıq can verirdi və həkim heyəti müdaxilə edənə qədər anası artıq vəfat etmişdir. Maraqlı şəxs nümayəndəsi X12 məhkəmə iclasında iştirak edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin ərizəçi X2 mərhum anası X13 ölümünün qeydə alınması ilə bağlı müraciətinin icrasından imtina edilməsinə dair imtina məktubunun məzmununa uyğun izahat verərək ərizinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X5 Stansiyasının 20 saylı bölməsi tərəfindən təqdim edilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:28-də ünvan 1 ünvanında çağırış olmuşdur. Çağırış yerinə gələn briqada ünvanda həkimə qədər ölmüş qadın cinsli meyit aşkar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin X4 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1, 8.2 və 8.3-cü bəndlərinə əsasən “Ölüm barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qedyiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır”. Həmin Qaydanın 8.5-ci bəndində göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 194.2-ci maddəsininə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır”. Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə ərizəçi tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar əsasında anasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. İş materiallarında olan xx.xx.1970-ci il tarixli, AZ seriyalı ******* nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Atası olaraq X9, anası olaraq X15 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1990-ci il tarixli, V-JQ seriyalı 352210 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 və X10 xx.xx.19909-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan AA5365255 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görününr ki, X15 xx.xx.1936-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan foto şəkildə mərhum X13 dəfn edildiyi qəbirstanlıqdaki məzarı əks olunmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, mərhumun qonşusudur. Ərizəçi X2 kömək çağırışını eşidərək hadisə yerinə gəlmişdir. Gəldikdə mərhumun vəziyyətinin ağırlaşdığını görmüşdür. Təcili tibbi yardımın çağırıldığını və təcili tibbi yardımın həkim heyəti gəlsə də, mərhuma hər hansı müdaxilə edilənə qədər mərhumun vəfat etdiyini bildirmişdir. Mərhum yaşadıqlarını binanın həyətində xx.xx.2024-cü il tarixdə axşam saatlarında vəfat etmişdir. Hamilə olduğu üçün dəfndə iştirak edə bilməsə də, yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X15 ərizəçinin anası olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin anasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin anası xx.xx.1936-ci il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar