Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5138/2025 28.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1948-ci il təvəllüdlü atası Maraqlı şəxs2 xx.xx.2016-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası Maraqlı şəxs2 xx.xx.1948-ci ildə anadan olub, xx.xx.2016-cı ildə yaşadığı mənzildə vəfat etmişdir. Atası Binəqədi kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və Maraqlı şəxs2 ölüm akt qeydi aşkar edilməyib. Bu səbəbdən qurumdan onlara ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Hazırda atasının ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, atası ilə anası 1982-ci il tarixindən boşanmadan ayrı yaşayıblar. O atası ilə birgə yaşamamışdır. Əvvəllər atasının səhhətində problem yox idi. 21 may 2016-cı il tarixində qardaşı və əmisi atasını xəstəxanaya gətiriblər. Atası daxili qanaxmadan Bakı sağlamlıq Mərkəzində vəfat etmişdir. Atasının ikinci ailəsi yox idi. Hazırda anasını evə qeydiyyata salmaq niyyətindədir. Ona atasının ölümü haqqında şəhadətnamə lazımdır. Hazırda anası pensiya ala bilmir. Məhkəmə iclasında şahid qismində dindilirən X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun böyük qardaşı - mərhum Maraqlı şəxs2 oğludur. Onlar ailədə 6 uşaq olublar. Qardaşının ölüm tarixini dəqiq xatırlamır. Beyin qanaxmasından xəstəxanada vəfat etmişdir. Lakin onlara ölüm kağızı verməmişdilər. Qardaşını Binəqədi qəbiristanlığında dəfn ediblər. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindilirən X4 ifadəsində bildirmişdir ki, İsmixan onun atası, ərizəçi Ceyhun isə qardaşıdır. Atası təxminən 5 il öncə vəfat etmişdir. Bildiyinə görə daxili qanaxmadan vəfat etmişdir. O, atası və anası ilə bir evdə yaşamamışdır. Bir qardaşı da var idi, yaxın günlərdə vəfat edib. Atasının yas mərasimində iştirak etsə də, dəfndə iştirak etməmişdir. Atası Binəqədi qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 02/M-781 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə Binəqədi qəsəbəsinin Kənd qəbristanlığında Maraqlı şəxs2 dəfni icra olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs1 3-16-5/8-15/3269/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X7 Şəxsi məhkəmənin sorğusuna 3-28-25/2-815/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, məktubda qeyd edilən vətəndaş Maraqlı şəxs2 19.05.-xx.xx.2016-cı il tarixlərində Bakı Sağlamlıq Mərkəzinin İntensiv terapiya şöbəsində “Beyin qan dövranının kəskin pozulması. Essensial hipertenziya” diaqnozu ilə konservativ yatışda olmuşdur. Məktuba əsasən Maraqlı şəxs2 aid xəstəlik tarixinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X1 Tibbi kartasından görünür ki, Maraqlı şəxs2 “Beyin qan dövranının kəskin pozulması. Essensial hipertenziya” diaqnozu qoyulmuşdur. O, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərində Bakı Sağlamlıq Mərkəzinin İntensiv terapiya şöbəsində yatışda olmuşdur. Qəbul otağı həkiminin qeydlərindən görünür ki, xəstə daxil olarkən vəziyyəti ağır, huşu alaqaranlıq olmuş, şikayətini deyə bilməmişdir. Bakı Sağlamlıq Mərkəzi Şüa-Diaqnostika şöbəsinin xx.xx.2016-cı il tarixli baş beyin nativ KT müayinəsinin nəticəsindən görünür ki, xəstə Maraqlı şəxs2 “sağ serebral hemisferdə ring down artefaktına bağlı görünüm” qeyd edilmişdir. Bu səbəbdən dolayı klinik göstəriş varsa, 12 saat sonra kontrol müayinə məsləhətdir. Bu ring down artefaktı yalançı patoloji kimi izlənim verir. Həkimlər tərəfindən gündəlikdə aparılmış xx.xx.2016-cı il tarixli qeydlərdən xəstə Maraqlı şəxs2 vəziyyəti ağır olmuş, huşu əsasən özündə olmamış, ürək tonları korlanmış, rəngi avazımış, ağciyələrdə sərt tənəffüs olmuşdur. xx.xx.2016-cı il tarixdə saat 07:00-da xəstənin qohumları gəlmiş və onu aparmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası xx.xx.1948-ci təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, lakin ölümü haqqında şəhadətnamə əldə edilməmişdir. Ərizəçi ölümün qeydə alınması üçün Maraqlı şəxs1nə müraciət etsə də, bundan imtina edilmişdir. Ərizəçiyə ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmişdir. Hazırda ərizəçi xx.xx.2016-cı il tarixdə vəfat edən atası Maraqlı şəxs2 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X7 Şəxsi tərəfindən təqdim edilmiş xəstəlik vərəqəsi və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən olunur ki, ərizəçinin atası - xx xxxx 1948-ci il tarixdə Füzuli rayonunda anadan olmuş Maraqlı şəxs2 21 may 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş və Binəqədi qəsəbəsinin Kənd qəbristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, xx xxxx 1948-ci il tarixdə Füzuli rayonunda anadan olmuş Maraqlı şəxs2 21 may 2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1948-ci il tarixdə Füzuli rayonunda anadan olmuş Maraqlı şəxs2 21 may 2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5138/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5138/2025
28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver