Məhkəmə qərarları › İş №2(004)-5155/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5155/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5155/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 43650 ABŞ dolları məbləğində pulun və onun bir mislinin və 10000 manat mənəvi ziyanın, ümumilikdə, 87300 ABŞ dolları və 10000 manat mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2017-ci ildən etibarən iddiaçıdan müxtəlif çeşiddə 132000 ABŞ dolları məbləğində qızıl-zinət əşyaları almış və iddiaçıya olan borcunu qaytarmadığı üçün ondan istintaq orqanlarına şikayətçi olmuşdur. İddiaçının şikayət ərizələri əsasında ibtidai istintaqda cinayət işinin başlanılması barədə qərar qəbul edilmişdir. Aparılmış ibtidai istintaq zamanı cavabdeh iddiaçıya olan borcu etiraf etməklə bu borc məbləğindən 50000 ABŞ dolları məbləğində ödədiyi üçün iddiaçı 38350 ABŞ dolları məbləğində pulu təmənnasız olaraq cavabdehə bağışlamışdır. Qalan 43650 ABŞ dolları məbləğində pulun iddiaçıya ödənilməsinə dair cavabdehlə aralarında notarial qaydada öhdəlik müqaviləsi bağlanılmışdır. Öhdəlik müqaviləsi 25 iyul 2019-cu il tarixdə bağlanılmaqla cavabdeh bu məbləği 24 iyul 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin iradəsi ilə bağlanan bu müqavilə cavabdehin barəsində olan cinayət işinin icraatına xitam verilməsinə səbəb olmuşdur. Lakin, cavabdeh öz hərəkətlərinə davam edərək qeyd edilən pul məbləğini ödəməməklə müqavilənin icrasına laqeyd yanaşma nümayiş etdirmişdir. İddiaçının dəfələrlə ondan pulun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh kobud danışıq üslubu ilə iddiaçını təhqir edərək nəinki pulu ödəmək, hətta iddiaçıya hörmətsizlik göstərmişdir. Cavabdehin bu hərəkətləri iddiaçıya maddi, mənəvi və fiziki iztirablar yetirib. Belə ki, iddiaçı da həmin pul məbləğinə görə başqası qarşısında öhdəçilik daşıyır. Bu qədər məsuliyyətsizlik və laqeydlik nümayiş etdirən cavabdehin hərəkətlərinə görə hər dəfə əsəb stres yaşayaraq səhhətində ciddi problemlər yaşanıb və hazırda da yaşanmaqda davam edir. İddiaçı ikinci qrup əlildir, səhhətindəki problemlərə görə dəfələrlə həkim müayinə və müalicələrində olmuşdur. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, İddiaçı Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 25 iyul 2019-cu il tarixdə öhdəlik müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmişdir. Müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “Cavabdeh və İddiaçı Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaq şöbəsinin icraatında olan İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə aşağıdakı şərtlər əsasənda cinayət işinin barışıqla yekunlaşdırmaq razılığına gəldilər.” İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı cinayət işində yuxarıda qeyd edilən hallar mövcud olmadığından Cavabdeh ilə barışmaqla cinayət işinə xitam verilməsi mümkün deyildir. Bu səbəbdən müqavilənin birinci bəndi həm qanunsuzdur, həm də qanunvericiliyin tələbləri baxımdan icrası qeyri mümkündür. Bu bənddə İddiaçı icra edə bilməyəcəyi öhdəliyi üzərinə götürmüşdür və faktiki olaraq cavabdehə yalan vəd vermişdir. Müqavilədə qeyd olunmuşdur ki, “İddiaçı ərizəsində göstərdiyi 132000(yüz otuz iki min) ABŞ dolları məbləğində puldan Cavabdeh tərəfindən ona 50.000 (əlli min) ABŞ dolları məbləği ödənildikdən sonra qalan 82.000 (səksən iki min) ABŞ dolları puldan 38.350 (otuz səkkiz min üç yüz əlli) ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən Cavabdeh təmənnasız olaraq bağışlanılır və həmin İddiaçı tərəfindən tələb etməyəcəyi barədə öz üzərinə öhdəlik götürür. Çopurova X6 Zeynalovaya 43.650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulu 2 (iki) il müddətində depozit hesabı vasitəsi ilə həmin günün kurs üzrə dolların manata olan məzənnəsi ilə 24.07.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürür. İddiaçı Cavabdeh 132000 (yüz otuz iki min) ABŞ dolları məbləğində pulun verməsini təsdiq edən sənədlər mövcud deyildir. Öhdəlik müqaviləsinin 5ci bəndində qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh tərəfindən müqavilə bağlamlanadək 50000 (əlli min) ABŞ dolları nağd şəkildə ödənildiyi və 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulun isə 24.07.2021 -ci il tarixədək ödəməyi öz öhdəsinə götürdüyü üçün Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin icraatında olan İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə ibtidai istintaqı aparılan cinayət işi olmaması barədə aidiyyatı orqanlara ərizə verməyi öz öhdəsinə götürür. Öhdəlik müqaviləsi 25 iyul 2019-cu il tarixdə 11:03 radələrində notariat kontorunda qeydiyyata alınmışdır. Həmin tarixdə 11:06 radələrində isə İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə məhkəmə istintaqı aparılan cinayət işi üzrə Cavabdeh ilə barışması, onun tərəfindən vurulmuş maddi ziyan ödənilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə vermişdir. İlk növbədə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi barədə cinayət işi olmamışdır. İddiaçının ərizəsi borcun ona tam ödənilməsini təqdim edilməsini təsdiq edir. Ümumilikdə notarius tərəfindən aidiyyatı orqanlara özündə yalan məlumatı əks etdirən ərizənin təqdim edəcəyi barədə şərtin müqaviləyə əlavə edilməsi qanuna ziddir. Öhdəlik müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, Cavabdeh 24.07.2021-ci il tarixdək İddiaçı vennəli olduğu 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulu ona vaxtında qaytannayacağı təqdirdə İddiaçı Cavabdeh 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulu və onun bir mislini tələb etmək hüququ vardır və bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Tərəflər arasında bu məzmunda müqavilə 25 iyul 2019-cu il tarixdə bağlanmışdır və icra vaxtı 24 iyul 2021 -ci il tarixədək müəyyən edilmişdir. Məlum olduğu kimi 2020-ci il mart ayından “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikasında xtisusi karantin rejimi təyin edilmişdir. Xüsusi karantin rejiminin tətbiqi edilməsi ilə bağlı sərhədlər bağlanılmış, vətəndaşların xarici ölkələrə gediş-gəlişi məhdudlaşdırılmışdır. Cavabdehin əsas gəlir mənbəyi xarici ölkələrdən gətirilmiş malların alış-verişindən əldə etdiyi gəlirdir. Bu müddət ərzində heç bir ölkədən mal gətirmədiyindən ticarət fəaliyyəti dayanmışdır və iddiaçının pulunu ödəmək imkanı olmamışdır. İddiaçı isə yaranmış vəziyyətdən sui-istifadə edərək, 43650 ABŞ dolları məbləğində pulun və onun bir mislinin ona ödənilməsini tələb edir. Cavabdeh eyni zamanda onkoloji xəstəlikdən əziyyət çəkir və hazırda onun müalicəsi davam edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 25 iyul 2019-cu il tarixli öhdəlik müqaviləsinə əsasən, Cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin, Ağır Cinayətlərin İstintaqı şöbəsinin icraatında olan İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı onun ərizəsində göstərdiyi 132000 ABŞ dolları borcdan 50000 ABŞ dolları məbləğində pul ödəmişdir. İddiaçı ərizəsində göstərdiyi 132000 ABŞ dolları məbləğində puldan Cavabdeh tərəfindən ona 50000 ABŞ dolları məbləği ödənildikdən sonra qalan 82000 ABŞ dolları puldan 38350 ABŞ dolları məbləğində pulun İddiaçı tərəfindən Cavabdeh təmənnasız olaraq bağışlanılması və həmin məbləğin İddiaçı tərəfindən tələb edilməməsini öz öhdəsinə götürməsi, Cavabdeh İddiaçı 43650 ABŞ dolları məbləğində pulu iki il müddətində depozit hesabı vasitəsi ilə həmin günün kurs üzrə dolların manata olan məzənnəsi ilə 24.07.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürməsi, İddiaçı Cavabdeh tərəfindən müqavilə bağlanılanadək 50000 ABŞ dolları nəğd şəkildə ödənildiyi və 43650 ABŞ dolları məbləğində pulun isə 24.07.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürdüyü üçün Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin, Ağır Cinayətlərin İstintaqı şöbəsinin icraatında olan İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə ibtidai istintaqı aparılan cinayət işi olmaması barədə aidiyyatı orqanlara ərizə verməyi öz öhdəsinə götürməsi barədə razılıq əldə edilmişdir. Müqaviləyə əsasən Cavabdeh 24.07.2021-ci il tarixədək İddiaçı verməli olduğu 43650 ABŞ dolları məbləğində pulu ona vaxtında qaytarmayacağı təqdirdə İddiaçı Cavabdeh 43650 ABŞ dolları məbləğində pulu və onun bir mislini tələb etmək hüququ vardır və bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 25 iyul 2019cu il tarixli, notarial qaydada təsdiq olunmuş **********791 saylı ərizənin surətinə əsasən, İddiaçı Cavabdeh ilə barışdığını, onun tərəfindən vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir. Qeyd etmişdir ki, Cavabdeh barəsində heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən X2 ünvanlanmış 10.07.2021-ci il tarixli, ***-**** saylı cavab məktubuna əlavə edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən, əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilməsi, İddiaçı cinayət prosesində zərərçəkmiş şəxs qismində qalması üçün əsaslar aradan qalxdığından onun cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında öhdəlik müqaviləsinə əsasən notarial qaydada razılaşma əldə edilmişdir. Müqaviləyə əsasən cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul vəsaitini 24.07.2021-ci il tarixinədək iddiaçıya geri ödəməyi, ödəmədiyi təqdirdə iddiaçının bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu barədə razılaşma əldə edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən aidiyyatı orqanlara ərizə ilə müraciət edilmiş, ibtidai istintaqı aparılan işin cinayət işi olmaması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 25 iyul 2019-cu il tarixli öhdəlik müqaviləsinə əsasən, Çopurova X4 Mehribana 43650 ABŞ dolları məbləğində pulu iki il müddətində depozit hesabı vasitəsi ilə həmin günün kurs üzrə dolların manata olan məzənnəsi ilə 24.07.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh 24.07.2021-ci il tarixədək İddiaçı verməli olduğu 43650 ABŞ dolları məbləğində pulu ona vaxtında qaytarmayacağı təqdirdə İddiaçı Cavabdeh 43650 ABŞ dolları məbləğində pulu və onun bir mislini tələb etmək hüququ vardır və bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 43650 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 4365 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə İddiaçı 10000 (on min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 43650 ABŞ dolları məbləğində pul və cərimə borcu üzrə 4365 ABŞ dolları məbləğində pul, cəmi 48015 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və cərimə borcu üzrə 4365 (dörd min üç yüz altmış beş) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), cəmi 48015 (qırx səkkiz min on beş) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar