Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1767/2025 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi (qəyyumu) X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3515/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat maddi və 2500 manat məbləğində mənəvi ziyanın, həmçinin ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi “BMW 318” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15:30-da Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə üzü Nəsimi heykəli istiqamətində yolun sağdan ikinci hərəkət zolağında hərəkətdə olarkən Turan restoranın yaxınlığında sərnişinlər üçün nəzərdə tutulmuş yerdə dayanmış 5 nömrəli sərnişin avtobusunun qarşısından çıxaraq yolu qarşı tərəfə keçmək istəyərkən onu vuraraq bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəzərə çatdırır ki, ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh heç bir ehtiyaclarını ödəməmişdir, Halbuki müvafiq sənədlərdə ağır zərər vurduqda sol qol sınıq, sol bud canaq isə bazu oynağında deformasiya olduğu qeyd olunmuş, xx.xx.2022-ci ildə ona spinal anesteziya altında bud çanaq oynağının total endoprotezləşməsi əməliyyatı icra edilmişdir. O, ömür boyu “volker” ilə gəzmək məcburiyyətindədir. Cavabdeh onun sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Hazırda onu heç bir yerdə işə götürmürlər və ləng olduğu üçün işlək qüvvəsi yararlı deyildir. Cavabdeh ona heç bir kömək etməmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun sol qolu qırılmışdır və bu hadisədən sonra o, heç bir yerdə işləyə bilmir. Əlavə olaraq bildirir ki, onun valideynləri vəfat etmiş və himayəsində iki uşaq vardır. O, səhhətində olan problemlərə görə həkimlərə pul xərcləyir. Əvvəllər o, mənzil kommunal istismar sahəsində işləmiş və 500 manat maaş almış, indi isə işləyə bilmir. O, endoprotezin qiyməti olaraq 4500 manat borcun və mənəvi ziyana görə 2500 manat pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3515/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellaysiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3515/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin qismən təmin olunaraq cavabdehdən 7090 manat əvəzinə 4500 (dörd min beş yüz) manat məbləğində müalicə xərclərinin ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 bildirdi ki, iddia ərizəsi verilərkən qəyyum təyin edilməmişdir. O, iddiaçının yeni qəyyum təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 3515/2025 nömrəli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(060)- 4182/2018 nömrəli qətnaməsindən görünür ki, X5 ərizə ilə müraciət edərək, xx.xx.1977ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə təmin edilmiş, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İşə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2026-cı il tarixli, 97 nömrəli sərəncamından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 248 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı ilə Cəfərova (hazırki soyadı Rzalı) Ruhiyyə Çərkəz qızı üzərində qəyyum təyin edilmiş atası X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.1977-ci il təvəllüdlü İddiaçı üzərində keçmiş həyat yoldaşı xx.xx.1977-ci il təvəllüdlü X4 qəyyum təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərkən fəaliyyət qabiliyyəti olmayan şəxs olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hal aydınlaşdırılmamış və fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilən iddiaya mahiyyəti üzrə baxılmaqla mülki prosessual qanunvericiliyin tələbi pozulmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.2-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.2-ci maddəsinə əsasən ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığı üçün ödənilmiş dövlət rüsumları da geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən “Asan ödəniş” sistemi vasitəsi ilə iddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hesabına 90 (doxsan) manat (mədaxil qəbzi **********86), apellyasiya şikayətinin verilməsi üçün isə xx.xx.2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına 45 (qırx beş) manat (mədaxil qəbzi **********65) pul ödənilmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları da geri qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.2, 384, 387 və 402-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3515/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, **********86 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 90 (doxsan) manat və xx.xx.2025-ci il tarixli **********65 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu məbləği İddiaçı qaytarılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1767/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1767/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver