Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-404/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X7 və X9 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının iştirakı ilə, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada onlara nisyə satılmış mebelə görə borclu olduğu 4925 manat, mənəvi ziyana görə 1000 manat pulun və 79.25 manat ödədiyi dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Masallı şəhəri, Seybətin küçəsində yerləşən Nisa mebel salonunu işlədir. Əvvəllər tanımadığı cavabdehlər müştəri kimi salona gələrək mebel çeşidlərinə baxmışlar. Cavabdeh cavabdeh1 bacısı üçün mebelləri bəyənmiş, cavabdeh cavabdeh2 onun atası olduğunu, bəyəndikləri mebelləri götürmək istədiklərini, lakin pulunu toyun səhəri günü tam şəkildə ödəyəcəyini bildirmişdir. O, cavabdehlərə inanıb istədikləri mebel və cehiz əşyalarını onlara nisyə alğı-satqı müqaviləsinə əsasən satmışdır. Cavabdehlərin ondan aldığı mebellər və cehiz əşyaları “Şahanə yataq dəsti”, “Şahanə qonaq dəsti”, künc divan, stol və 6 ədəd stul, mətbəx mebeli, mətbəx üçün stol və 4 ədəd stul, qaz üçün aspirator və mətbəx üçün qabyuyandan ibarətdir. Cavabdehlərin götürdükləri əşyaların dəyəri cəmi 6400 manat təşkil edir. Cavabdehlər toyun səhəri borcu bağlayacaqlarına söz vermişlər. Onlara inanıb cavabdehlərlə razılaşaraq əşyaları onlara vermişdir. Əşyaları götürməmişdən əvvəl ilkin ödəniş kimi 1250 manat pul ödəmişlər. Cavabdehlər əşyaları götürərkən 225 manat da ödəniş etmişlər, onların 4925 manat borcu qalmışdır. Toydan bir ay keçməmiş cavabdeh1 bacısı əri tərəfindən evdən qovulmuşdur. O, bu barədə cavabdehlərlə və oğlan evi ilə danışaraq, onlarda olan mebellərini götürmək istədiyini, yerdə qalan pulları isə haqq-hesab edərək ortaq məxrəcə gələ biləcəyini bildirmişdir. Oğlan evi etiraz etmədiyini, lakin mebelləri götürərkən cavabdehlərin də orada olmasını ondan xahiş etmişlər. Cavabdehlərdən dəfələrlə xahiş etsə də cavabdehlər onunla birlikdə oğlan evinə mebellərin götürülməsinə gəlməmişlər. O, bu barədə Masallı rayon polis şöbəsinə şikayət etsə də polisdə işinə baxılmamışdır. Xəbəri və məlumatı olmadan cavabdeh1 şikayətinə baxmayan polislərlə birlikdə oğlan evinə gedərək onun mülkiyyətində olan mebelləri və digər cehiz əşyalarını götürərək, Bakı şəhərində başqa adamlara satmışlar. Bu barədə cavabdeh1 dəfələrlə xəbərdarlıq etsə də nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh1 iddianı qəbul etməmiş, etirazla müraciət edərək etirazında göstərmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi razılıq müqaviləsindən də göründüyü kimi atası cavabdeh2 ##.##.2025-ci il tarixdə cehiz əmlakları götürmüş, əmlakların ümumi dəyəri 6400 manat təşkil etmiş, beh olaraq 500 manat pul verilmişdir. 5900 manat məbləğində olan borc isə toydan sonra qaytarılmalı idi. O, cavabdeh1 X4 xahiş etmişdir ki, onun adına mebel dəsti götürsün və həmin mebelin ödənişini də özü edəcəkdir. Günay Məmmədovanın dövlət işi olmadığı üçün İddiaçı yalnız 1500 manat dəyərində mebel dəsti verə biləcəyini demişdir. Masallı rayonunda fəaliyyət göstərən Nisa mebel salonunun müdiri İddiaçı ilə telefonla danışıb razılığa gəlmişlər. Bu danışıqların hamısı sənədli, sübutlu şəkildə Günay Həsənovanın mobil telefonunda vardır. 1500 manat dəyərində mebeli götürə biləcəklərini bildirilsə də, artıq 5 aydan çoxdur ki, həmin mebel hələ də evə quraşdırılmamışdır. X1 aylıq ödənişləri İddiaçı artıqlaması ilə ödəyir. Günay Həsənovanın onunla heç bir əlaqəsi yoxdur. Onun evinə quraşdırılacaq 1500 manat dəyərində mebel onun atasının borcuna görə evinə quraşdırılmır. Lakin həmin pulun aylıq krediti əvvəldə də dediyi kimi ödənilir. X2 özbaşına iş görərək, onların etibarından sui-istifadə edərək, onları aldatmış, 1500 manat məbləğində pulu mənimsəmiş, həmin pulu əvvəlki borca çıxdığını deyərək, əlavə hər ay tərəfindən 150 manat məbləğində Embawood mağazasına kredit borcu ödənilmişdir. Bunlar azmış kimi pul tələbinə dair iddia ilə də məhkəməyə müraciət etmişdir. X2 mebel salonun rəhbəri hüquqi şəxsi kimi yox, öz adından məhkəməyə müraciət etmişdir. Buradan belə başa düşülür ki, Nisa Mebel salonu qanunsuz fəaliyyət göstərir. Açıq-aydın görünür ki, İddiaçı dələduzluq edərək, etibardan sui-istifadə edərək, onlardan ödədikləri pulları belə tələb edir. Onun bu işlə heç bir əlaqəsi olmadığı halda cavabdeh qismində məhkəməyə vermişdir. Atası pulu ödəyə bilmədiyi üçün mebellərin geri qaytarılmasını istəsə də, İddiaçı buna imkan verməmişdir. İddiaçı tələbində 1000 manat dəyərində mənəvi ziyan tələb etmişdir. Əslində mənəvi ziyan onlara dəymişdir. Günay xanımın onunla heç bir əlaqəsi yoxdur. Onun 1500 manat dəyərində olan nə mebellərini nə də ki, pulunu geri qaytarırlar. Bildirirlər ki, həmin 1500 manat dəyərində olan pul atasının götürdüyü kredit mebellərin borcuna ödənilir. Halbuki, 1500 manata görə o, hər ay 125 manat və daha çox kredit pulu ödəyir. Atası cavabdeh2 ##.##.2025-ci il tarixdə razılıq müqaviləsi bağlayaraq 6400 manat dəyərində mebelləri nisyə almışdır. Əvvəlcə 500 manat məbləğində beh vermiş, daha sonra mebellər quraşdırılan zaman 1260 manat ödəniş olunmuş, daha sonra 225 manat və müxtəlif vaxtlarda ##.##.2025-ci il tarixdə 150 manat, ##.##.2025-ci il tarixdə 100 manat məbləğində ödənişlər olunmuşdur. Atası cavabdeh2 İddiaçı 4174 manat məbləğində borcu qalmışdır. Onun bu işlə heç bir əlaqəsi olmadığı halda ondan müştərək qaydada pulun ödənilməsi tələb olunur. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh2 iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 4925 manat pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 79.25 manat məbləğində pul vəsaitinin 69.25 manat hissəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 aid edilməsi və onlardan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi razılıq müqaviləsindən də göründüyü kimi atası cavabdeh2 ##.##.2025-ci il tarixdə cehiz əmlakı götürmüş, əmlakın ümumi dəyəri 6400 manat təşkil etmiş, beh olaraq 500 manat pul verilmişdir. 5 900 manat məbləğində olan borc isə toydan sonra qaytarılmalı idi. Daha sonra, o, X4 xahiş etdi ki, onun adına mebel dəsti götürsün və həmin mebelin ödənişini də o edəcəkdir. Günay Məmmədovanın dövlət işi olmadığı üçün 1500 manat dəyərində mebel dəsti verə biləcəyini dedilər. Masallı rayonunda fəaliyyət göstərən “Nisa” mebel salonunun müdiri İddiaçı ilə telefonla danışıb razılığa gəldi. 1500 manat dəyərində mebeli götürə biləcəyini bildirilsə də, artıq 5 aydan çoxdur ki, həmin mebel hələ də evə quraşdırılmamışdır. Günay Həsənova aylıq ödənişləri İddiaçı artıqlaması ilə ödəyir. Günay Həsənovun onunla heç bir əlaqəsi yoxdur. Onun evinə quraşdırılacaq 1500 manat dəyərində mebel onun atasının borcuna görə evinə quraşdırılmır. Lakin həmin pulun aylıq krediti əvvəldə də dediyi kimi ödənilir. X2 onları aldatmış, 1500 manat məbləğində pulu mənimsəmiş, həmin pulu əvvəlki borca çıxdığını deyərək, əlavə hər ay onun tərəfindən 150 manat məbləğində Embawood mağazasına kredit borcu ödənilmişdir. X2 mebel salonun rəhbəri hüquqi şəxsi kimi yox, öz adından məhkəməyə müraciət etmişdir. Buradan belə başa düşülür ki, Nisa Mebel salonu qanunsuz fəaliyyət göstərir. İ z a h a t l a r, p r o s e s s u a l m ə s ə l ə l ə r Apellyasiya baxışında iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, qeyd olunan mebeli cavabdeh1 və cavabdeh2 satmışdır. Aralarında razılaşma olmuşdur ki, toy etdikdən sonra mebelin pulunu verəcəkdilər. Lakin toydan sonra cavabdehlər imkanlarının olmadığını bildirdilər. cavabdeh1 həmin vaxt boşandı və həmin mebeli başqa bir şəxsə satmışdır. Bununla əlaqədar o polisə müraciət etdi. Mebeli alan şəxslər də ona mebeli cavabdeh1 aldığını bildirdi və o da məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Cavabdeh cavabdeh1 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq övladının xəstə olmasını, hazırda səhhətində ciddi problemlər olduğunu, iki azyaşlı və xəstə qız övladlarını qoymağa yeri olmadığı üçün üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh2 məhkəmə iclasında iştirak etməməsi ilə bağlı hər-hansı məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Qətnaməni cavabdeh cavabdeh1 özünə aid və iddianın təmin edilməsinə dair hissədə mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. İşin hallarından görünür ki, iddiaçı cavabdehlərdən müştərək qaydada onlara nisyə satılmış mebelə görə borclu qaldıqları 4925 manat, habelə mənəvi ziyana görə 1000 manat pul tələb etmişdir. Mübahisələndirilən hissədə iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601, 600.2, 600.4, 472-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən: 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən: 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin hallarından görünür ki, satıcı İddiaçı ilə alıcı cavabdeh2 və zamin cavabdeh1 arasında mebellərin nisyə alqı-satqı üzrə sadə yazılı müqavilə və yazılı razılaşma imzalanmışdır. Sadə yazılı razılaşmaya görə, İddiaçı ## ######## 2025-ci il tarixdə ümumi dəyəri 6400 manat olan Şahanə yataq dəsti, Şahanə qonaq dəsti, künc divan, stol və 6 ədəd stul, mətbəx mebeli, mətbəx üçün stol və 4 ədəd stul, qaz üçün aspirator və mətbəx üçün qabyuyandan ibarət əşyaları qabaqcadan beh kimi 500 manat ödənilməsi şərti ilə cavabdeh2 satmışdır. Qalan pulun ## ####### 2025-ci il tarixədək ödənilməsi, həmçinin borcun ödənilmədiyi təqdirdə ## ###### 2025-ci il tarixində mebellərin sökülərək İddiaçı qaytarılması barədə razılığa gəlmişlər. Müqavilədə cavabdeh2 alıcı kimi, cavabdeh1 zamin kimi göstərilmiş və imzalarla təsdiq edilmişdir. Razılıq müqaviləsi isə cavabdeh2 tərəfindən imzalanmışdır. Nisyə alqı-satqı müqaviləsi və razılıq müqaviləsinin mövcudluğunu və şərtlərini tərəflər mübahisələndirməmişlər. İddiaçı tələbində göstərmişdir ki, cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, borcunu razılaşmada nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərin 4925 manat borcu qalmışdır. Məhkəmə hesab etmişdir ki, nisyə alğı-satqı müqaviləsi üzrə zamin durmuş cavabdeh1 münasibətdə də iddia tələbi əsaslıdır. Cavabdeh tərəf iddiaya etirazında və apellyasiya şikayətində borcun ödənilməsi ilə bağlı hər-hansı arqument irəli sürməmiş, konkret dəlil təqdim etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır, ona görə də qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-404/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-404/2026
02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver