Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3962/2025 21.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona borclu olduğu 4925 manat, mənəvi ziyana görə 1000 manat pulun və 79.25 manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Masallı rayonu Kosakül kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. Masallı şəhəri, Seybətin küçəsində yerləşən Nisa mebel salonunu işlədir. Əvvəllər tanımadığı cavabdehlər müştəri kimi salona daxil olaraq mebel çeşidlərinə baxmışlar. Cavabdeh2 bacısı üçün mebelləri bəyənmiş, Cavabdeh1 onun atası olduğunu, bəyəndikləri mebelləri götürmək istədiklərini, lakin pulunu toyun səhəri günü tam şəkildə bağlayacaqlarına söz verdiklərini bildirmişlər. O, cavabdehlərin yalanlarına inanıb istədikləri mebel və cehiz əşyalarını onlara nisyə alğı-satqı müqaviləsinə əsasən satmışdır. Cavabdehlərin ondan aldığı mebellər və cehiz əşyaları Şahanə yataq dəsti, Şahanə qonaq dəsti, künc divan, stol və 6 ədəd stul, mətbəx mebeli, mətbəx üçün stol və 4 ədəd stul, qaz üçün aspirator və mətbəx üçün qabyuyandan ibarətdir. Ümumilikdə götürdükləri əşyaların qiyməti 6400 manat etmiş, cavabdehlər ona söz vermişdir ki, toyun səhəri pulun hamısını bağlayacaqlar. Onlara inanıb cavabdehlərlə razılaşaraq əşyaları onlara vermişdir. Əşyaları götürməmişdən əvvəl ilkin ödəniş kimi 1250 manat pul ödəmişlər. Cavabdehlər əşyaları götürərkən 225 manat da ödəniş etmişlər, onların 4925 manat borcu qalmışdır. Yerdə qalan 4925 manat pulu isə onlara vaxt verməyini və tez bir zamanda bağlayacaqlarına söz verdiklərini bildirmişlər. Toydan bir ay keçməmiş Cavabdeh2 bacısı əri tərəfindən evdən qovulmuşdur. O, bu barədə cavabdehlərlə və oğlan evi ilə danışaraq, onlarda olan mebellərini götürmək istədiyini, yerdə qalan pulları isə haqq-hesab edərək ortaq məxrəcə gələ biləcəyini bildirmişdir. Oğlan evi etiraz etmədiyini, lakin mebelləri götürərkən cavabdehlərin də orada olmasını ondan xahiş etmişlər. Cavabdehlərdən dəfələrlə xahiş etsə də cavabdehlər onunla birlikdə oğlan evinə mebellərin götürülməsinə gəlməmişlər. O, bu barədə Masallı rayon polis şöbəsinə şikayət etsə də, polisdə işinə baxılmamışdır. Xəbəri və məlumatı olmadan Cavabdeh2 şikayətinə baxmayan polislərlə birlikdə oğlan evinə gedərək onun mülkiyyətində olan mebelləri və digər cehiz əşyalarını götürərək, Bakı şəhərində başqa adamlara satmışlar. Bu barədə Cavabdeh2 dəfələrlə xəbərdarlıq etsə də nəticəsi olmamışdır. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddia ərizəsinə etirazla müraciət edərək etirazında göstərmişdir ki, iddiaçı tərəfin iddia tələbində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi razılıq müqaviləsindən də göründüyü kimi atası Cavabdeh1 xx.xx.2025-ci il tarixdə cehiz əmlakları götürmüş, əmlakların ümumi dəyəri 6400 manat təşkil etmiş, beh olaraq 500 manat pul verilmişdir. 5900 manat məbləğində olan borc isə toydan sonra qaytarılmalı idi. O, Lamiyə X1 xahiş etmişdir ki, onun adına mebel dəsti götürsün və həmin mebelin ödənişini də özü edəcəkdir. Günay Məmmədovanın dövlət işi olmadığı üçün İddiaçı yalnız 1500 manat dəyərində mebel dəsti verə biləcəyini demişdir. Masallı rayonunda fəaliyyət göstərən Nisa mebel salonunun müdiri İddiaçı ilə telefonla danışıb razılığa gəlmişlər. Bu danışıqların hamısı sənədli, sübutlu şəkildə Günay Həsənovanın mobil telefonunda vardır. 1500 manat dəyərində mebeli götürə biləcəklərini bildirilsə də, artıq 5 aydan çoxdur ki, həmin mebel hələ də evə quraşdırılmamışdır. X12 aylıq ödənişləri İddiaçı artıqlaması ilə ödəyir. Günay Həsənovanın onunla heç bir əlaqəsi yoxdur. Onun evinə quraşdırılacaq 1500 manat dəyərində mebel onun atasının borcuna görə evinə quraşdırılmır. Lakin həmin pulun aylıq krediti əvvəldə də dediyi kimi ödənilir. X9 özbaşına iş görərək, onların etibarından sui-istifadə edərək, onları aldatmış, 1500 manat məbləğində pulu mənimsəmiş, həmin pulu əvvəlki borca çıxdığını deyərək, əlavə hər ay tərəfindən 150 manat məbləğində Embwood mağazasına kredit borcu ödənilmişdir. Bunlar azmış kimi pul tələbinə dair iddia ilə də məhkəməyə müraciət etmişdir. X4 mebel salonun rəhbəri hüquqi şəxsi kimi yox, öz adından məhkəməyə müraciət etmişdir. Buradan belə başa düşülür ki, Nisa Mebel salonu qanunsuz fəaliyyət göstərir. Açıq-aydın görünür ki, İddiaçı dələduzluq edərək, etibardan sui-istifadə edərək, onlardan ödədikləri pulları belə tələb edir. Onun bu işlə heç bir əlaqəsi olmadığı halda cavabdeh qismində məhkəməyə vermişdir. Hətta atası pulu ödəyə bilmədiyi üçün mebellərin geri qayatrılmasını istəsə də, İddiaçı buna imkan verməmişdir. Hətta etiraz ərizəni əlavə etdiyi X2 Pərvin Həsən oğlunun onun mebellərini quraşdırmaması və Günay xanıma bildirmişdir ki, Cavabdeh1 borcunu tam ödəsin, sonda sizin mebllərinizi quraşdıracağam deyir və buna görə də Günay Hüseynova öz mebellərini tələb etmək üçün ayrıca məhkəməyə müraciət edəcəkdir. İddiaçı iddiasında 1000 manat dəyərində mənəvi ziyan tələb etmişdir. Əslində mənəvi ziyan onlara dəymişdir. Günay xanımın onunla heç bir əlaqəsi yoxdur. Onun 1500 manat dəyərində olan nə mebellərini nə də ki, pulunu geri qaytarırlar. Bildirirlər ki, həmin 1500 manat dəyərində olan pul atasının götürdüyü kredit mebellərin borcuna ödənilir. Halbuki, 1500 manata görə o, hər ay 125 manat və daha çox kredit pulu ödəyir. Atası Cavabdeh1 xx.xx.2025-ci il tarixdə razılıq müqaviləsi bağlayaraq 6400 manat dəyərində mebelləri nisyə almışdır. Əvvəlcə 500 manat məbləğində beh vermiş, daha sonra mebellər quraşdırılan zaman 1260 manat ödəniş olunmuş, daha sonra 225 manat və müxtəlif vaxtlarda xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 100 manat məbləğində ödənişlər olunmuşdur. Atası Cavabdeh1 İddiaçı 4174 manat məbləğində borcu qalmışdır. O, İddiaçı ilə votsap yazışmalarında da qeyd etmişdir ki, onun bu işlə heç bir əlaqəsi yoxdur, pul haqq-hesabınızı, tələbinizi atamla edin. Lakin onun bu işlə heç bir əlaqəsi olmadığı halda ondan müştərək qaydada pulun ödənilməsi tələb olunur. Ona görə də qeyd etdiklərinə əsasən İddiaçı ona qarşı pul tələbinə etiraz edir. İddiaçı ona qarşı pul tələbi ilə bağlı iddia ərizəsinə dair tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək bildirmidir ki, iddia ərizəsinə etirazını bildirmişdir. Hazırda övladının xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nisyə alqı-satqı müqaviləsi və razılıq müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı 24 sentyabr 2025-ci il tarixdə ümumi dəyəri 6400 manat olan Şahanə yataq dəsti, Şahanə qonaq dəsti, künc divan, stol və 6 ədəd stul, mətbəx mebeli, mətbəx üçün stol və 4 ədəd stul, qaz üçün aspirator və mətbəx üçün qabyuyandan ibarət əşyaları qabaqcadan beh kimi 500 manat ödənilməsi şərti ilə Cavabdeh1 satmışdır. Qalan pulun 30 oktyabr 2025-ci il tarixədək ödənilməsi, həmçinin borcun ödənilmədiyi təqdirdə 01 noyabr 2025-ci il tarixində mebellərin sökülərək İddiaçı qaytarılması barədə razılığa gəlmişlər. Müqavilədə Cavabdeh1 alıcı kimi, Cavabdeh2 zamin kimi göstərilmiş və imzalarla təsdiq edilmişdir. Razılıq müqaviləsi isə Cavabdeh1 tərəfindən imzalanmışdır. Ödəniş qəbzindən görünür ki, X9 məhkəmədə iddia qaldırmaq üçün 79.25 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən təqdim edilmiş „WhatsApp“ ani mesajlaşma proqramın vasitəsilə iddiaçının Cavabdeh2 ilə yazışmalarının görüntülərindən məlum olur ki, yazışmaların məzmununda Lamiyə və digər cavabeh olan atasının mebelə görə borclarının olması, lakin borcun Lamiyəyə aid olmaması, borcun yaxın zamanda ödəniləcəyi məzmununda tərəflər arasında danışıqlar olmuşdur. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı 6400 manat olan Şahanə yataq dəsti, Şahanə qonaq dəsti, künc divan, stol və 6 ədəd stul, mətbəx mebeli, mətbəx üçün stol və 4 ədəd stul, qaz üçün aspirator və mətbəx üçün qabyuyandan ibarət əşyaları qabaqcadan beh kimi 500 manat ödənilməsi şərti ilə nisyə almışdır. Sonradan ödənilər etdikdən sonra 4925 manat borcu qalmışdır. Həmçinin nisyə alqı-satqı müqaviləsində Cavabdeh2 zamin kimi qeyd edilmiş və nisyə alğı-satqı müqaviləsinə imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 598.5. alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın. 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.4. Alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi Cavabdeh1 müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə nəzərə alır ki, nisyə alğı-satqı müqaviləsi üzrə zamin durmuş Cavabdeh2 Telma qızına münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Məhkəmə 1000 manat mənəvi ziyan tələbinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin faktiki hallarına əsasən cavabdehin pulu ödəməməkdən ibarət hərəkəti mövcud olmuş, lakin cavabdehlərin iddiaçıya mənəvi ziyan vurması sübuta yetmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi kimi başa düşülməlidir. Qeyd edilən səbəblərdən iddiaçının iddia ərizəsində göstərdiyi mənəvi ziyanla bağlı tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4925 manat pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 79.25 manat məbləğində pul vəsaitinin 69.25 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməli və onlardan müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4925 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 79.25 manat məbləğində pul vəsaitinin 69.25 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin və onlardan müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov