Məhkəmə qərarları › İş №2(004)-5171/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5171/2025

28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5171/2025 28.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 25 iyul 2025-ci il tarixdə ölümün qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixdə dünyasını dəyişmişdir və bu səbəbdən də təcili tibbi yardıma zəng olunaraq dəvət olunmuşdular. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 "Bakı Baş Səhiyyə Mərkəzi” X7 33 nömrəli poliklinikasının 26 iyul 2025-ci il tarixli, 18-1-1- 28/2-Q-34-xx-xx/2025 nömrəli arayışa əsasən, xx.xx.2025-ci il tarixdə 3 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 1 ünvanında yaşamış xx.xx.1949-cu il təvəllüdlü Qaibov X3 rayonu, N.Nərimanov 33/33 m., 1 ünvanında vəfat etmişdir. Vəfat etmiş Şəxsin 33 №-li Şəhər Poliklinikasında xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 №-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 №-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, Maraqlı şəxs2 25 iyul 2025-ci il tarixində həkimə qədər ölümü aşkar olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Səbail Rayon Qeydiyyat Şöbəsinin məktubundan görünür ki, Maraqlı şəxs2 ölüm haqqında şəhadətnamənin alınması barədə xx.xx.2025-ci il tarixli müraciətə baxılmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nm 8.5-ci bəndinə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində Ərizəçi onun qardaşı oğlu olduğunu, qardaşı Maraqlı şəxs2 25 iyul səhər saatlarında vəfat etdiyini, qardaşının ölümünün qəflətən baş verdiyini, onun heç bir xəstəliyinin olmadığını, həkimin dediyinə görə beyninə qan sızdığından vəfat etdiyini, öləndə Adilin anası və Adilin qızının orda olduğunu, qardaşını həmin gün Qurd qapısı qəbirsanlığınında dəfn etdiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində Ərizəçi onun atası olduğunu, səhər saat 05:30 radələrində mətbəxdən səs gəldiyini, gedib baxdıqda babası Maraqlı şəxs2 yıxıldığını gördüyünü, nənəsinə xəbər verdiyini və təcili yardım çağırıdıqlarını, təcili yardım gələnə qədər babasının vəfat etdiyini, dəfndə iştirak etmədiyini, babasını həmin gün dəfn etdiklərini bildirdi. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş AZ-T 053394 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1978-ci il tarixində Bakı şəhərində doğulmuşdur və bu barədə xx.xx.1978-ci il tarixində doğum haqqında akt qeydləri kitabında 1883 nömrəsi ilə qeyd olunmuşdur. Atası Maraqlı şəxs2, anası X1. İş materiallarında olan ие 125818 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxs2 xx.xx.1949-cu il tarixində Varaşılov şəhərində anadan olmuş və bu barədə xx.xx.1949-cu il tarixində doğum haqqında akt qeydləri kitabında 78 nömrəsi ilə qeyd olunmuş, atası Qaibov Həmidulla, anası Balaeva Marinadır İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Bakı Baş Səhiyyə Mərkəzi” X7 33 nömrəli Şəhər Poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1-128/2-Q-34-xx-xx/2025 nömrəli arayışına əsasən xx.xx.2025-ci il tarixdə 3 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 1 ünvanında yaşamış xx.xx.1949-cu il təvəllüdlü Qaibov X3 rayonu, N.ünvan 4 ünvanında vəfat etmiş, vəfat etmiş şəxsin 33 № li Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında hec bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 № zərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 949/15 nömrəli müraciətə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixində saat 05:55-də Yasamal rayonu, N.ünvan 6 ünvanında Maraqlı şəxs2 həkimə qədər ölümü qeydə alınmış və kişi cinsi meyit aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2025-ci il tarixli 3-52-13-18/2-Q-137-42-139/2025 nömrəli arayışına əsasən Ərizəçi atası Maraqlı şəxs2, 25 iyul 2025-ci il tarixində, Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirsanlığında, dəfn xərcləri Ərizəçi tərəfindən ödənilməklə dəfn edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, Maraqlı şəxs2 aid məzar daşının üzərində doğum tarixi 1949-ci il, ölüm tarixi 2025-ci il qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə doğulmuş Maraqlı şəxs2 oğludur. Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1949-cu il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar