Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5177/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəlllüdlü X2 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatında bildirir ki, o, ərizəçinin oğlu xx.xx.1994-cü il təvəllüdlü X4 pandemiya dövründə xx.xx.2020ci ildə qəfil vəfat etmişdir. Ailəsi tərəfindən təcili tibbi yardım çağırılmış, lakin sərtləşdirilmiş karantin dövrünə düşdüyündən təcili tibbi yardım maşını xeyli gec gəlmiş, gəldikdə mərhumun ölümünü təsdiq edən ölüm haqqında xəbərdarlıq vərəqəsini onlara vermişdir. Mərhum Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Dəfndə ailə üzvləri, qohum və qonşular iştirak etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə şifahi müraciət etmiş, lakin bu barədə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AR Bakı şəhər Yasamal rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 04 №-li arayışına əsasən xx.xx.2020-ci il tarixdə xx.xx.1994-cü il təvəllüdlü X4 yaşadığı ünvan 1 ünvanında ölmüşdür. İş materiallarında olan Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0556 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, Yasamal rayonu, 1-ci Alatava, ev 140 ünvanına X2 adına çağırış daxil olmuş, 1994-cü il təvəllüdlü X2 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 14 saylı arayışa əsasən müəyyən olunur ki, X4 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 3 saylı şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli 176 nömrəli məktubunda qeyd olunur ki, X4 xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmişdir. Bu səbəbdən X3 ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1994-cü il təvəlllüdlü X2 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəlllüdlü X2 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5177/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5177/2020
27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver