Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5180/2023 04.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə xüsusi icraat qaydasında “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X5 xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2023-cü il tarixdə mədə-bağırsaq qanaxması səbəbindən dünyasını dəyişmişdir. Bakı şəhəri X11 tərəfindən X3 ölməsi barədə arayış verilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. X3 ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdəndən tərəfindən xx.xx.2023-cü il tarixdə qardaşının ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə xx.xx.2023-cü il tarixli, 3-16-5/8-33xx/xx/2023 saylı məktubla cavab verilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün xahişlərinin təmin edilməsinin imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməkləri məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, qardaşı X3 ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Qeydiyyat şöbəsi ölüm kağızını verməkdən imtina etdiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Dəfnində iştirak etmişdir. Şəxsiyyət vəsiqəsi olmadığına görə ölüm kağızını ala bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, mərhum X5 ilə bir məhlədə yaşamışlar. xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Dəfn mərasimində iştirak etməsə də, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, mərhum X5 onun dayısı oğludur. Dayısı oğlu olan ərizəçi xx.xx.2023-cü il tarixdə ona zəng edərək qardaşı X3 vəfat etdiyini bildirmişdir. Mədəsində qanaxması var idi. Rəhmətə getməmişdən 1 gün əvvəl qızı ilə birlikdə ona qan köçürülməsi üçün xəstəxanada qan vermişlər. Dəfn mərasimində də iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-3363/15/23 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X3 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan “X11” X10 Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində saat 00:40da ARİT İ şöbəsində vəfat etmişdir. Mərhumun şəxsiyyət vəsiqəsi qohumları tərəfindən təqdim olunmadığına görə X11 ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X1 görünür ki, X5 xx.xx.2023-cü il tarixdə yeni Xocasən qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5180/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5180/2023
04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver