Məhkəmə qərarları › İş №2(004)-5196/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5196/2020

30.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5196/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 səlahiyyətli nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun tanınması, müqavilələrin və aktın etibarsız hesab edilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi, dəymiş zərərin ödənilməsi və maneələrin ortadan qaldırılması tələbinə dair" mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı “mülkiyyət hüququnun tanınması, icra şöbəsinin əmlakın təhvil verilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, müqavilələrin və aktın etibarsız hesab edilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi, dəymiş zərərin ödənilməsi və maneələrin ortadan qaldırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, məhkəmədən, ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 və 45 saylı mənzillər, o cümlədən cavabdehlər Cavabdeh1 MTK tərəfindən X7 təhvil verilmiş 100 kv.m qeyri-yaşayış sahəsi barəsində mülkiyyət hüquqlarının tanınması, cavabdeh “xxxx” MTK ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə kooperativ xxxxnin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh2 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq ona təhvil verilməsi, cavabdeh “xxxx” MTK ilə Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixdə Kooperativ xxxx etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh3 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq ona təhvil verilməsi, Cavabdeh4 əmlakın təhvil verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh4 tərəfindən xx.xx.2019-cu il tarixində qəbul olunmuş ın etibarsız hesab edilməsi və onun sahiblik və istifadəsindən çıxarılmış ünvan 1 ünvanında yerləşən 100 kv/m qeyri yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsinin cavabdehlər Cavabdeh1 MTK-nın və Cavabdeh4 üzərinə öhdəlik kimi qoyulması, əmlaklardan istifadəyə maneələrin ortadan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, 100 kv.m qeyri-yaşayış sahəsindən qanunsuz olaraq məhrum olmağa görə dəymiş 50.000 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin Cavabdeh1 MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə aralarında 2009-cu il tarixdə ünvan 2 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m qeyri-yaşayış sahəsi barədə, həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahəsi barədə, həmin binada 44 saylı mənzil barəsində və həmin binada 45 saylı mənzil barədə 4 müqavilə bağlanmışdır. Həmin müqavilələr üzrə dəyərləri tərəfindən tam olaraq “xxxx" MMC-yə ödənilmiş və əmlaklar MMC tərəfindən ona təhvil verilmişdir. 2011-ci il tarixdə “xxxx" MMC-yə qarşı öz payçıları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirilmədiyinə görə cinayət işi başlanmışdır. Bununla əlaqədar "Cavabdeh1“ MTK genişmiqyaslı güzəştlər müqabilində dövlət orqanları ilə şərtləri razılaşdırılmaqla, “xxxx" MMC tərəfindən payçılara vurulmuş maddi zərərin ödənilməsinə, yəni tikintisi başa çatmamış binaları başa çatdırıb və yeni binalar tikib zərərçəkmişlərə verilməsinə zamin olmuşdur. 2012-ci il tarixdə "xxxx" MMC tərəfindən ona təhvil verilən ərazidən istifadə etmək istəyərkən "Cavabdeh1" MTK-nın nümayəndələri həmin əmlakların onlara məxsus olduğunu bildirərək mane olmuşlar. Bununla əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin əmlakların ona təhvil verilməsi barədə xx.xx.2013-cü il tarixli, 2(004)-516/13 saylı qətnamə qəbul edilmişdir. Qətnamə Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunaraq və xx.xx.2014-cü il tarixli Akt ilə rəsmiləşdirilərək qeyd olunan əmlaklar ona təhvil verilmişdir. Lakin bunlara baxmayaraq, onun 44 və 45 saylı mənzillər barəsində sahiblik və istifadə hüquqlarına “Cavabdeh1" MTK-nın səlahiyyətli şəxsləri tərəfindən fiziki təzyiqlər davam etdirilmişdir. Bununla əlaqədar xx.xx.2015-ci il tarixdə, Yasamal Rayon Məhkəməsinə müraciət edilərək, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən Yasamal İcra və Probasiya şöbəsi tərəfindən iddiaçıya təhvil verilmiş əmlaka sahiblik və istifadə və “Cavabdeh1" MTK və digər 3-cü şəxslər tərəfindən yaradılan maneələrin dayandırılması üçün öhdəliyin "Cavabdeh1" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman “Cavabdeh1" MTKnın nümayəndəsi tərəfindən Nəsimi Rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)- 516/13 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyi bildirilmişdir. Bununla əlaqədar işə Apeliyasiya Məhkəməsində və Ali Məhkəmədə baxilmış, Nəsimi Rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-516/13 saylı qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-226/17 saylı Qərar ilə qüvvədə saxlanılmışdır. Qərar qüvvəyə mindikdən sonra qeyd olunan əmlakların ona təhvil verilməsi barədə Yasasmal Rayon İcra və Probasiya şöbəsində icraat başlanılmış, ünvan 1 ünvanında 3 bloklu yaşayış binasında yerləşən 1000 kv.m. həmin ünvanda, i bloklu binada yerləşən 400 kv.m qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, lakin həmin ünvanda yerləşən 44 və 45 saylı mənzillərin ona təhvil verilməsi üzrə icra sənədi bu günədək təmin olmamışdır. Buna səbəb isə cavabdeh "Cavabdeh1” MTK-nın həmin əmlaklar barəsində onun mülkiyyət hüquqlarının olduğunu bilməsinə baxmayaraq əmlakları qanunsuz olaraq digər cavabdehlərə satmasıdır. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ.İsmayılov tərəfindən Nəsimi rayon məhkəməsinə müraciət edilərək, 2(006)- 516/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinin izah edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuş, məhkəmənin xx.xx.2020-ci il tarixli 8(006)-121/2020 saylı qərardadı ilə mənzillərə münasibətdə mübahisənin yeni bir iddia predmeti olduğu səbəb göstərilərək ərizə təmin olunmamışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə Cavabdeh4 icra məmuru R.Muradov Nəsimi Rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-516/13 saylı qətnaməsinin icrası olaraq Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən xx.xx.2020-ci il tarixli aktı ilə ona təhvil verilmiş və həmin tarixdən artıq onun sahiblik və istifadəsində olan 1400. kv.m qeyri-yaşayış sahəsini Cavabdeh1MTK-nın nümayəndələri ilə qanunsuz daxil olaraq, əmlakdan 100 kv.m-ni X7 təhvil vermiş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, 100 kv.m sahənin verilməsinə əsas olmuş məhkəmə aktında verilməli sahənin onun sahiblik və istifadəsində olan əmlak hesabına ödənilməsi deyil, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi və ona yaxın ərazilərdə mövcud olan sahələrdən ödənilməli olduğu göstərilmişdir. Cavabdehlər “Cavabdeh1" MTK və Cavabdeh4 təhvil verilmiş 100 kv.m sahənin artıq onun sahiblik və istifadəsində olduğunu bildikləri halda bu qanunsuz hərəkətlərə yol vermiş və onu mülkiyyətindən məhrum etməklə zərər vurmuşlar. Məhkəmə prosesinin gedişatında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2-ci hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq Cavabdeh4 inzibati orqan olduğunu, hazırki mübahisəyə iddia tələbinin mübahisə predmentinə və subyektib tərkibinə görə Yasamal rayon Məhkəməsində baxıla bilmədiyini göstərmiş, qeyd olunanlara əsasən, ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 və 45 saylı mənzillər, o cümlədən cavabdehlər Cavabdeh1 MTK tərəfindən X7 təhvil verilmiş 100 kv.m qeyri-yaşayış sahəsi barəsində mülkiyyət hüquqlarının tanınması, cavabdeh “xxxx” MTK ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə kooperativ xxxxnin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh2 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq ona təhvil verilməsi, cavabdeh “xxxx” MTK ilə Cavabdeh3 arasında xx.xx.2012ci il tarixdə Kooperativ xxxx etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh3 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq ona təhvil verilməsi, əmlaklardan istifadəyə maneələrin ortadan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, 100 kv.m qeyri-yaşayış sahəsindən qanunsuz olaraq məhrum olmağa görə dəymiş 50.000 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin Cavabdeh1 MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi Nümayəndə vəsatəti əsasında X10 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək, onların təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, “xxxx” MMC öz payçıları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyərək, heç bir sənədləşdirmə və layihəni başa çatdırmadan 2006, 2007 və sonrakı illərdə mənzilləri müxtəlif vətəndaşlara satmışdır. Ümumilikdə 317 mənzil 1500 adama satılmışdır. Vətəndaşların şikayətləri nəticəsində 2011-ci ildə “xxxx” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmış, “xxxx” MMC ləğv olunmuş, Cavabdeh1 MTK-nın tikinti ilə bağlı fəaliyyət dairəsi böyük olduğundan “xxxx” MMC tərəfindən tikintisi başa çatdırılmamış binaların başa çatdırılması və yeni binaların tikilməsi Cavabdeh1 MTK-ya həvalə olunmuş və onun mülkiyyətinə keçmişdir. “xxxx” MMC tərəfindən aldadılmış vətəndaşlar üçün 86000 kv. m sahə hesablanmışdır. Bununla bağlı Ali Məhkəmənin qərarı da vardır. Bu barədə MTK üzərinə götürdüyü öhdəliyi icra etmiş və aldadılmış vətəndaşları 317 mənzillə təmin etmişdir. Hesab edir ki, belə olan halda mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraatda olan hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, İddiaçı 2009-cu ildə “xxxx” MMC ilə müqavilə bağlamışdır. Lakin o, “xxxx” MMC ilə müqaviləni 2007-ci ildə, yəni iddiaçıdan daha qabaq bağlamışdır. Cavabdeh4ndən iddiaçının müqavilə üzrə sahəsindən 100kv.m ona ayrılmışdır. Həmçinin, müqaviləsində iddiaçının birinci mərtəbə kimi göstərdiyi ərazi qeyri-yaşayış sahəsi kimi göstərilmişdir, ora zirzəmi hesab olunur. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlər Cavabdeh2 və X3 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş siyahıdan görünür ki, MTK tərəfindən 1036 nəfərə ümumilikdə, 85.000 kv.m yaşayış sahəsi təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2019-cü il tarixli (qeydiyyat nömrəsi AT/112) İcazəsinə məxsus “X15” MMC-nin auditoru X19 tərəfindən Cavabdeh1Mənzil Tikinti Koperativi ilə bağlanmış AT-043 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən mübahisəli yaşayış sahələrinin dəqiqləşdirilməsi məqsədi ilə aparılmış auditin nəticələri barədə xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1Mənzil Tikinti Koperativi xx.xx.2001-ci ildə yaradılmışdır. xx.xx.2020-ci ildə “xxxx” MMC-nin ona qoşulması nəticəsində koperativ yenidən təşkil olunmuşdur və onun hüquqi varisidir. Bakı Şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları ilə Cavabdeh1 MTK arasında bağlanmış müqaviləyə (razılaşma) əsasən “xxxx” MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 saylı binanın yaxınlığında yerləşən 0,60 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 girişli, 1 ədəd 3 girişli binanın yarımçıq qalmış tikintisinin aparılması Cavabdeh1 MTK-ya həvalə olunmuşdur. “xxxx” MMC tərəfindən göstərilən binaların yalnız monolit dəmır-beton karkaslarının inşaası aparılmışdır. Nəticədə sözügedən yaşayış binalarında mənzil almaq üçün “xxxx” MMC-yə müraciət etmiş şəxslər MMC-nin rəhbərliyi tərəfindən aldadılmış və zərər çəkmişdir. ”xxxx” MMC tərəfindən göstərilən binaların layihəndirmə işləri başa çatdırilmamış və lahiyə sənədləri Baki Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyində qeydiyyatdan keçirilməmişdir. Araşdırma ilə müəyyən olunmuşdur ki, əvvəlki audit yoxlaması zamanı “xxxx” MMC tərəfindən tərtib olunmuş siyahıya əlavə edilmiş cədvəldə qeyd olunmuş 1036 ədəd müqavilədən, 133 müqavilə tələb edilmədiyindən, xx.xx.2018 ci il tarixli aktda və tərtib edilmiş cədvəldə həmin müqavilələr nəzərə alınmamışdır. “X15” MMC tərəfindən xx.xx.2018-ci il tarixli aktda və cədvəldə göstərilməmiş “xxxx” MMC-yə məxsys 11665 k.v.m yaşayış sahəsinin satışı üçün bağlanmış 133 ədəd müqavilə Cavabdeh1 MTK-nın arxivindən tapılmışdır. xx.xx.2018-ci il tarixli akt tərtib olunan zaman tələb edilməmiş 133 ədəd müqavilə üzrə 11665 kv.m yaşayış sahəsinin çox verilməsi ğöstərilmişdir. Audit yoxlamasına təqdim olunmuş müqavilələrə əsasən tərtib olunmuş müqayisə cədvəlində 133 ədəd müqaviləyə əsasən 11665 kv.m yaşayış sahəsinin “xxxx” MMC-dən mənzil almış vətəndaşlara verildiyi müəyyən olunmuşdur. Cavabdeh1 MTK-nin rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli arayışa əsasən Bakı şəhərində tikdikləri yaşayış binalarınin mənzillərinin sahələri lahiyələrdə müxtəlif ölçüdə nəzərdə tutulmuşdur.Göstərilən səbəbdən “xxxx” MMC-nin tikdiyi mənzillərin sahəsi ilə Cavabdeh1 MTK-nin tikdiyi mənzillər arasında ölçü (sahə) fərqi mövcuddur. Qeyd olunanlardan əlavə olaraq Audit yoxlaması zamanı məhkəmə tərəfindən təqdim olunmuş müqavilələrə əsasən “xxxx” MMC tərəfindən xx.xx.2006-ci il tarixdə X2 94 kv.m, 42300 manat məbləğində 23 saylı mənzil; xx.xx.2008-ci il tarixdə X8 117 kv.m, 51948 manat məbləğdə 21 saylı mənzil; xx.xx.2010-ci il tarixdə X4 112 kv.m, 37000 manat məbləğdə 52 saylı mənzil; xx.xx.2007-ci il tarixdə X6, 91 kv.m 57000 manat məbləğdə 12 saylı mənzilə müqavilələr yazılmışdır. Qeyd olunan şəxslərə Cavabdeh1 MTK ilə 16 dövlət orqanı arasında bağlanmış müqaviləyə (razılaşma) əsasən mənzil verilməsi nəzərdə tutulmamış, yəni kooperativ üzərinə götürdüyü 85.000 kv metr yaşayış sahəsi verməsinə dair öhdəliyi artıqlaması ilə siyahı əsasında tam icra etdiyi üçün mənzil alanların siyahısına onların adı, soyadı əlavə edilməmişdir. Cavabdeh1 MTK və ona yaxın hüquqi şəxslər “xxxx” MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85.000 kv. metr yaşayış sahəsi verilməsini üzərinə götürmüş və 85272.3 kv. metr yaşayış sahəsi verərək öhdəliyi tam icra etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-226/17 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh X11 və “xxxx” MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia tələblərinin qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli 3 bloklu yaşayış binasının 100 kv.m market qeyri yaşayış hissəsi, həmin ünvanda inşa edilən 1 bloklu 14 mərtəbəli binanın 400 kv.m qeyri-yaşayış hissəsi, bu binanın 6-cı mərtəbəsində yerləşən 2 ədəd 1 otaqlı sahəsi 62 kv.m olan 44 və 45 saylı mənzillərin üzərində iddiaçının sahiblik və istifadə hüququnun təmin edilməsi üçün həmin əmlakların ona təhvil verilməsi və həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməməsinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4396/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədindən görünür ki, tələbkar X5 “xxxx” MMC ilə bağladığı xx.xx.2008-ci ii tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamai rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsi ilə, xx.xx.2007-ci il tarixli müqavilə əsasında isə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın əraziçiə sahəsi 61 kv.metr olan mənzillə təmin edilməsi vəzifəsi borclular Cavabdeh1 MTK-nın və digərlərinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş əvvəlki redaksiyasına əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 452.1-ci maddəsinə görə isə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müvafiq “xxxx”lərə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi və ya ona yaxın ərazidə mənzilləri alıcıya verməyi, payçı (iddiaçı) isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. “xxxx” MMC-nin rəhbərliyinin dələduzluq hərəkətləri nəticəsində vətəndaşların pozulmuş mənzil hüquqlarının bərpa edilməsi üçün Cavabdeh1 MTK ilə digər aidiyyəti qurumlar arasında imzalanmış razılaşmaya əsasən Cavabdeh1 MTK özünə yaxın olan tikinti şirkətlərinin binalarından zərəçəkmiş şəxslərə 85000 kv.m mənzil sahəsi verməsini üzərinə götürmüşdür.Nəticə etibarilə Cavabdeh1 MTK tərəfindən 1036 nəfər vətəndaşa 85.000 kv.m yaşayış sahəsi təhvil verilmişdir. Göründüyü kimi, razılaşma əsasında Cavabdeh1 MTK tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilmişdir. Habelə, məhkəmə onu da qeyd edir ki, iddiaçının istinad etdiyi müvafiq “xxxx”lər cavabdeh MTK ilə deyil, “xxxx” MMC ilə bağlanılmışdır. Zərərçəkmiş alıcıların mənzil problemlərinin həll edilməsi məqsədilə Cavabdeh1 MTK üzərinə götürdüyü öhdəliyi tam olaraq, icra etmişdir. Qeyd edilən razılaşmadan savayı, iddiaçı ilə cavabdeh arasında öhdəliyin əmələ gəlməsinin digər əsasları mövcud olmamışdır. Halbuki, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Belə olduğu halda, məhkəmə hesab edir ki, “xxxx” MMC tərəfindən vurulmuş zərər nəticəsində Cavabdeh1 MTK-nın iddiaçı qarşısında öhdəliyinin yarandığını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız bilinib rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və X3 qarşı “mülkiyyət hüququnun tanınması, müqavilələrin və aktın etibarsız hesab edilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi, dəymiş zərərin ödənilməsi və maneələrin ortadan qaldırılması tələbinə dair" iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar