Məhkəmə qərarları › İş №2(102)-2350/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2350/2024

02.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2350/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması əsasına görə qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3281/2024 nömr əli 6 may 2024-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK ilə 8 aprel 2011-ci il tarixdə bağlanmış 34 saylı müqavilə üzrə mülkiyyətçisi olduğu Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 11 M ünvanında yerləşən 85 kv.m-dən ibarət olan, 243 saylı mənzilin ona təhvil verilməsi, ona vurulmuş maddi ziyana görə cavabdehdən 2000 manat pulun tutulması, ailəsi ilə birlikdə bu illər ərzində keçirdiyi mənəvi iztirablara görə 5000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. B akı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2015-ci il tarixli, 2(010)2514/2015 nömrəli qətnaməsi ilə (hakim Samir Məmmədov) iddia qismən təmin edilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 11 M ünvanında yerləşən 85 kv.m-dən ibarət olan, 243 saylı mənzilin İddiaçı təhvil verilməsi, qalan hissədə isə iddia tələbinin rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qəbul edilən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını müəyyən etmədən apelyasiya şikayətini baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-3281/2024 nömrəli 6 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Xəyal Sarıyev) Maraqlı şəxs apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Şəxsin qəbul edilən qət namə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi, Maraqlı şəxs iş üzrə ərizəçi və ya maraqlı şəxs olmamış, habelə işdə iştirak etməyə cəlb edilməmişlər. Belə olan halda, Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Lakin birinci instansiya məhkəməsi qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədiyi halda, onun apellyasiya şikayətini apellyasiya instansiyasına göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 364.2-ci maddəs ində apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmənin qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlaması, bunun nəticəsinə dair qəbul etdiyi qərardaddan şikayət verilməsi imkanı da göstərilmişdir. Yəni birinci instansiya məhkəməsi bu məsələyə qiymət verməməklə işdə iştirak edən şəxslərin şikayət vermə imkanını da məhdudlaşdırmışdır.

6. MPM-in 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər.

7. Kollegiya hesab etmişdir ki, Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olduğunu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən və birinci instansiya məhkəməsi onun qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə müvafiq qərardad qəbul etmədiyindən, adı çəkilən şəxsin apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilərək apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş qeyd olunan məsələnin həlli üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Maraqlı şəxs kassasiya şikayəti verərək (Vəkil) qərardadın ləğv edilməsi və işin yenidən baxılmaq üçü n apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli 14 saylı müqavilə ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" massivi 1-ci giriş, 8-ci mərtəbədə yerləşən 32 saylı mənzil Maraqlı şəxs satılmış və mənzilin dəyəri olan 38.000 manat MTK-ya ödənilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-916/2019 nömrəli qərarı ilə Ə.Ələkbərovun həmin mənzilə mülkiyyət hüququ tanınmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2019-cu il tarixli,********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında formal alğı-satqı müqaviləsi olmuş və tərəflərin iradə ifadəsi alğı-satqıya yönəlməmişdir. İddiaçı bu günədək mübahisələndirilən mənzili qəbul etməmiş və müqavilə üzrə mənzilin pulunu ödəməmişdir. Həmin mənzilin pulu X1 tərəfındən ödənilmiş və sonradan Maraqlı şəxs mənzili Anar Qənbərovdan almışdır. İddiaçı "xxxx" MTK ilə 8 aprel 2011-ci il tarixdə 34 saylı müqavilə əsasında mübahisəli mənzili əyər almışdısa 2011-ci ildən sonra və 2015-ci ildə qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğu halda 2022-ci ilədək həmin mənzilə gəlməmişdir. İddiaçı yalnız 2022-ci ildə Suraxanı rayon məhkəməsinə "xxxx" MTK ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 14 saylı müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi və Maraqlı şəxs mənzildən çıxarılması barədə iddia qaldırmışdır. Həmin işin icraatı İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.02. 2019-cu il tarixli 2- 1(82)916/ 2019 nömrəli qərarının ləğv edilməsi barədə verdiyi ərizəyə baxılması ilə əlaqədar dayandırılmışdır. İşin icraatı təzələnəndən sonra işə baxılan zaman Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 15 may 2015-ci il tarixli qətnaməsindən xəbərdar olmuşdur. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, MPM-də nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birinci instansiya məhkəməsinin qətnaməsi birbaşa Maraqlı şəxs hüquqlarına toxunduğundan həmin qətnamə qanunsuz və əsassızdır.

10. O, mənzili aldıqdan sonra mənzili qəbul etmişdir. Mənzil boş və təmirsiz vəziyyətdə olmuşdur. Mənzili təmir etdirərək 2013-cü ildən köçərək orada yaşamaqdadır. Bu müddət ərzində həmin mənzildə fasiləsiz və etirazsız yaşamışdır. Məhkəmə mübahisəsi gedən zaman o, mənzili alaraq orada yaşamışdır. Onun mənzili alaraq orada yaşamağı tərəflərə məlum idi. Mənzilin onun hüquqları ilə yüklü olması məhkəməyə məlum olduğu üçün onu tərəf kimi prosesə cəlb etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şə xsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə

5. Məhkəmədə mülki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qoruna n mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə

50. Tərəflər 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər Maddə

306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.3. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: 306.3.1. mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ond an istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə; 306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə. Maddə

357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxı şında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 357.3. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur. Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə. Maddə

364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 364.1. Birinci instansiya məhkəməsi ape llyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə

366. Apellyasiyanın mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində ap ellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiyanın mümkün sayılmaması və mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə əsaslıd ır.

14. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi prosessual hallara görə, Maraqlı şəxs birinci instansiya məhkəməsində prosesin iştirakçısı olmamış, birinci instansiya məhkəməsi qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədən onun apellyasiya şikayətini apellyasiya instansiyasına göndərmişdir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

16. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsində nəzərdə tutulan apellyasiyanın mümkünlüyü üçün əsaslar dedikdə, apellyasiya şikayətinin MPM-nin 357-ci maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, apellyasiya şikayətinin MPM-nin 360-cı maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun olması, eyni zamanda MPM-nin 363.1-ci maddəsində müəyyən olunan halların mövcud olmaması başa düşülür.

17. Nəzərə alınmalıdır ki, apellyasiya icraatının başlanması üçün qanunla dəqiq prosessual əsaslar müəyyən olunmuşdur. Buna görə də apellyasiya şikayəti və ya protesti daxil olduqda, qanunla müəyyən olunmuş prosessual əsasların olması dəqiq müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 366-cı maddəsinin tələbinə uyğun olaraq şikayətin mümkünlüyünü yoxlamış və müəyyən etmişdir ki, mülki iş üzrə icraatda Ə.Əsgərov tərəf kimi iştirak etməmişdir.

18. Baxılan kassasiya şikayəti üzrə düzgün nəticəyə gəlmək üçün araşdırılmalı olan hal, işdə iştirak etməyə cəlb edilməyən şəxsin birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməsinin mümkünlüyü və mümkün olduğu halda bunun prosessual şərtləri və qaydasının nədən ibarət olmasıdır.

19. Bununla bağlı ilk növbədə qeyd olunnmalıdır ki, Mülki proses ümumi yurisdiksiyalı məhkəmələrdə həyata keçirilən, şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsinə yönəlmiş hərəkətlərin məcmusudur. Mülki məhkəmə icraatında mülki prosesin hər bir iştirakçısının prosessual hərəkəti onun prosessual hüquq və vəzifələrinin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.

20. Mülki Prosessual M əcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).

21. MPM-nin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təm in etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.

22. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Mülki prosessual qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkl əri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir.

23. Mülki prosesdə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən biri də, birinci instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir.

24. MPM-nin 357.1-ci maddəsinə əsasən, bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir.

25. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qəra rı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar).

26. İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu ba xımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir.

27. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır.

28. Bununla yanaşı birinci instansiya məhkəməsi həmin dəlilləri yoxlamalı, çıxarılmış qətnamənin həqiqətən də onun qanunla qorunan hüquq və mənafelərinə toxunub toxunmadığını təsbit etməli, müsbət cavab alındığı halda apelyasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə əməl olunmasını da ar şdırıb müvafiq qərardad çıxarmalıdır. Nəzərə alınmalıdır ki, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.

29. Kassasiya kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3281/2024 nömrəli 6 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar