Məhkəmə qərarları › İş №2(004)-5239/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5239/2023

12.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5239/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilməmiş əmək haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilməmiş əmək haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməyən əmək haqqının əvəzi kimi 1681.22 manat, həmçinin vurulmuş zərərin əvəzi kimi 1000 manat məblğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin şərtlərinə əsasən, cavabdeh tərəfindən ona 1681,22 AZN məbləğdə əsas əmək haqqı, həmçinin də aylıq əlavə (bonus və sair) ödənişlər edilməli idi. İşlədiyi müddət ərzində onunla əmək münasibətləri dialoqu qurulsa da, işlərini icra etsə də, cavabdeh tərəfindən onun əmək haqqısı ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən ona 1681,22 AZN məbləğdə əmək haqqı ödənilməlidir. Dəfələrlə şifahi və yazılı şəkildə cavabdehə müraciət etsə də, onlar tərəfindən müraciətlərinə əhəmiyyət verilməmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək Müfəttişliyi tərəfindən şirkətin məlumatları götürülmüş və daha sonra ona bildirilmişdir ki, şirkət müraciətlərinə cavab vermədiyi üçün onun bu pozuntusuna görə cərimə edə bilmirlər. Həmçinin ona bildirilmişdir ki, mediasiya prosesindən keçdikdən sonra aidiyyəti üzrə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bundan sonra o, qanunvericiliyin tələblərinə əsasən bu işlər üzrə ilkin olaraq mediasiya qaydasında həll yoluna cəhd etmişdir. Bu da uğursuz nəticələndi və cavabdehlə əlaqə yaradıla bilinmədiyinə görə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda hesab edir ki, cavabdehdən ona ödənilməyən 1681,22 AZN qədər əmək haqqı və vurulmuş zərərin əvəzi kimi 1000 manat tutularaq ona ödənilməsi zəruridir. Qeyd edir ki, mediasiyada tərəfindən 50 manat rüsum ödənilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən cavabdeh ilə arasında bağlanılmış 16 yanvar 2023-cü il tarixli əmək müqaviləsi əsasında onun bütün iş dövrü üçün ona ödənilməli olan, lakin bugünədək ödənilməyən ümumilikdə 1994.78 manat məbləğdə əmək haqqı məbləğinin, yəni işlədiyi günlərin sayına uyğun şəkildə hesablanmış əmək haqqı məbləğinin yəni, əmək müqaviləsinə əsasən 500 manat müəyyən olunmuş taarif maaşı, tarif maaşına edilən əlavələr:- iş yerinin 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşməsi ilə əlaqədar əmək haqqına artımın (əmsalın) 1.1 məbləğində, yəni 50 manat (500*1.1-500=50) olması (əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “22” avqust 2002-ci il tarixli, 137 №-li qərarı və onun 1 nömrəli əlavəsi), Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarının 1,2 məbləğində, yəni 100 manat (500*1.2-500=100) əlavə (əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “22” avqust 2002-ci il tarixli, 137 nömrəli qərarı və onun 1 nömrəli əlavəsi), taarif maaşına edilən əlavələrlə birlikdə ümumilikdə 650 manat təşkil edən əmək haqqı məbləğinin, bunların nəzərə alınaraq yanvar ayı üzrə işlədiyi iş günlərinə görə (11 gün ) 397,22 manat, fevral ayı üzrə (20 gün) 650,00 manat, mart ayı üzrə (3 gün) 114,71 manat əmək haqqı, ümumilikdə 1161,93 manat əmək haqqı məbləğinin, iş günləri olmasa da, işəgötürən tərəfindən işə cəlb olunduğu iş vaxtından artıq işlədiyi günlərə görə müvafiq olaraq yanvar ayı üzrə (5 gün) 361,11 manat, fevral ayı üzrə (8 gün) 520 manat, mart ayı üzrə (1 gün) 76,47 manat, ümumilikdə 957,58 manat hesablanmış əmək haqqı məbləğinin, istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə (6 gün) 104,58 manat məbləğin kompensasiya edilməsi, ümumilikdə 2224,09 manat hesablanmış əmək haqqı məbləği və Dövlət Sosial Müdafiə Fonduna 173,71 manat, işsizlikdən sığorta üzrə 11,12 manat, icbari tibbi sığorta 44,48 manat tutularaq ödənildikdən sonra ona ödənilməli olan cəmi məbləğ 1994.78 manat əmək haqqı məbləğinin və mediasiya prosesində ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 2054.78 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında bağlanılmış 16 yanvar 2023-cü il tarixli əmək müqaviləsi əsas əmək funksiyalarını icra etdiyi iş vaxtı üzrə əmək haqqının və əmək haqqının ödənilməməsi nəticəsində ona dəymiş zərərin ödənilməsi tələbinə dair 06” oktyabr 2023-cü il tarixli iddia ərizəsi ilə tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət olunmuşdur. Etdiyi iddia ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olduğu üçün icraata qəbul olunmuş, ilk məhkəmə hazırlıq iclası xx.xx.2023cü il tarixinə təyin olunmuşdur. Həmin məhkəmə iclasının gedişində təqdim etdiyi iddia ərizəsinin iddia tələbi hissəsində dəqiqləşdirmənin aparılmasına ehtiyac olduğu müəyyən olunmuşdur. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməyən 1994.78 manat əmək haqqı və mediasiya prosesində ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 2054.78 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında bağlanılmış 16 yanvar 2023-cü il tarixli əmək müqaviləsi əsas əmək funksiyalarını icra etdiyi iş vaxtı üzrə əmək haqqının və əmək haqqının ödənilməməsi nəticəsində ona dəymiş zərərin ödənilməsi tələbinə dair 06” oktyabr 2023-cü il tarixli iddia ərizəsi ilə tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət olunmuşdur. Etdiyi iddia ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olduğu üçün icraata qəbul olunmuş, ilk məhkəmə hazırlıq iclası xx.xx.2023cü il tarixinə təyin olunmuşdur. Həmin məhkəmə iclasının gedişində təqdim etdiyi iddia ərizəsinin iddia tələbi hissəsində dəqiqləşdirmənin aparılmasına ehtiyac olduğu müəyyən olunmuşdur. Cavabdehndən cavabdeh ilə arasında bağlanılmış 16 yanvar 2023-cü il tarixli əmək müqaviləsi əsasında onun bütün iş dövrü üçün ona ödənilməli olan, lakin bugünədək ödənilməyən ümumilikdə 1994.78 manat məbləğdə əmək haqqı məbləğinin, yəni işlədiyi günlərin sayına uyğun şəkildə hesablanmış əmək haqqı məbləğinin yəni, əmək müqaviləsinə əsasən 500 manat müəyyən olunmuş taarif maaşı, tarif maaşına edilən əlavələr:- iş yerinin 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşməsi ilə əlaqədar əmək haqqına artımın (əmsalın) 1.1 məbləğində, yəni 50 manat (500*1.1-500=50) olması (əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “22” avqust 2002-ci il tarixli, 137 №-li qərarı və onun 1 nömrəli əlavəsi), Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarının 1,2 məbləğində, yəni 100 manat (500*1.2-500=100) əlavə (əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “22” avqust 2002-ci il tarixli, 137 nömrəli qərarı və onun 1 nömrəli əlavəsi), taarif maaşına edilən əlavələrlə birlikdə ümumilikdə 650 manat təşkil edən əmək haqqı məbləğinin, bunların nəzərə alınaraq yanvar ayı üzrə işlədiyi iş günlərinə görə (11 gün ) 397,22 manat, fevral ayı üzrə (20 gün) 650,00 manat, mart ayı üzrə (3 gün) 114,71 manat əmək haqqı, ümumilikdə 1161,93 manat əmək haqqı təşkil edir. İş günləri olmasa da, işəgötürən tərəfindən işə cəlb olunduğu iş vaxtından artıq işlədiyi günlərə görə müvafiq olaraq yanvar ayı üzrə (5 gün) 361,11 manat, fevral ayı üzrə (8 gün) 520 manat, mart ayı üzrə (1 gün) 76,47 manat, ümumilikdə 957,58 manat təşkil edir. Həmçinin, istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə (6 gün) 104,58 manat məbləğin kompensasiya edilməlidir. Bütün bunların cəmi 2224,09 manat əmək haqqı məbləği təşkil edir və Dövlət Sosial Müdafiə Fonduna 173,71 manat, işsizlikdən sığorta üzrə 11,12 manat, icbari tibbi sığorta 44,48 manat tutularaq ödənildikdən sonra ona ödənilməli olan cəmi yekun məbləğ 1994.78 manat əmək haqqı məbləği təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsi bağlanmış və o, əmək haqqı 500 manat olmaqla, işəmuzd şəkildə təmir üzrə mühəndis vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2023cü il göstərilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müqavilə bağlanmış və İddiaçı əmək haqqı 500 manat, iş rejimi 5 günlük olmaqla Cəmiyyətə mühəndis kimi işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-5/1-İ18660/2023 saylı məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamış, həmin məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan, kartdan çıxarışlardan görünür ki, İddiaçı 2023-cü ilin fevral-mart aylarında Şuşa rayonu ərazisində olmuş və orada yerləşən mağazalardan aldıqlarına görə ödənişlər həyata keçirmiş və ATM vasitəsi ilə 409858******5982 saylı kartdan məxaric və mədaxil etmiş, həmçinin işlə əlaqədar olaraq yazışmalar aparılmışdır. İş materiallarında olan “WhatsApp” yazışmalarından çıxarılmış fotoşəkillərdən görünür ki, İddiaçı 2023-cü ilin yanvar-fevral aylarında Qarabağ ərazisində yerləşən hündürmərtəbəli binanın tikilişində işləmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Cavabdeh MMC-adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1138, ünvan 1likası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsnə əsasən, o, aylıq əmək haqqı 500 manat olmaqla Cavabdeh MMC-yə təmir üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin ”a” bəndinə əsasən, öz təşəbbüsü ilə işdən azad edilmişdir (İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17- 5/1-İ18660/2023 saylı məktuba əsasən). İddiaçı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində inşa edilən hündürmərtəbəli binanın tikilişində, yəni 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşən hissəsində işləmiş, lakin Cavabdeh MMC tərəfindən İddiaçı onun bütün iş dövrü üçün işlədiyi günlərin sayına uyğun şəkildə hesablanmış əmək haqqı məbləği, həmçinin işlədiyi yerin hündürlükdə yerləşməsi ilə əlaqədar tarif maaşına edilən əlavələr və artım iddiaçının iddia etdiyi kimi bugünədək ona ödənilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həmin hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəf məhkəməyə gəlməyərək əmək haqqının ödənilib-ödənilməməsi, iddiaçının həmin aylarda işləyib-işləməsi, həmçinin ona işlədiyi günlər üçün ödənişlərin edilib-edilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, nə də hazırkı mübahisə ilə bağlı etirazını bildirməmişdir. Halbuki, MPMin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ona ödənilməli olan, lakin ödənilməyən əmək haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də, cavabdeh Cəmiyyətlə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağladıqdan sonra Şuşa rayonu ərazisində inşa edilmiş hündürmərtəbəli binanın tikintisində müqavilədə nəzərdə tutulmuş vəzifə üzrə işləmişdir. Lakin tərəflər arasındakı müqavilə 3 ay müdətində bağlanmasına baxmayaraq, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, həmin tikintidə yanvar ayı üzrə 11 gün, fevral ayı üzrə 20 gün, mart ayı üzrə isə 3 gün işləmişdir. Bu hal, yəni iddiaçının işlədiyi iş günlərinin sayı iş materialllarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmasa da, məhkəmə iddiaçının işlədiyi günlərin sayını onun düzgün qeyd etdiyini inandırıcı hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının həmin tikintidə işləməsi iş materiallarına əlavə edilmiş fotoşəkillər və “WhatsApp” yazışmaları ilə təsdiq olunur. Bundan əlavə, cavabdeh tərəf bununla bağlı da, heç bir yazılı etiraz təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Şuşa rayonu ərazisində inşa edilmiş hündürmərtəbəli binanın tikintisində işləyərkən onun aylıq əmək haqqısı müqaviləyə uyğun olaraq 500 manat göstərilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “22” avqust 2002-ci il tarixli, 137 №-li qərarı və onun 1 nömrəli əlavəsinə uyğun olaraq, iş yerinin 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşməsi ilə əlaqədar əmək haqqına artımın (əmsalın) 1.1 məbləğində, yəni 50 manat (500*1.1-500=50), həmin qərara uğun olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarının 1,2 məbləğində, yəni 100 manat (500*1.2-500=100) əlavə, ümumilikdə taarif maaşına edilən əlavələrlə birlikdə aylıq əmək haqqı məbləği 650 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin “22” avqust 2002-ci il tarixli, 137 nömrəli qərarının 1 saylı əlavəsinə əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində - 1,04 orta səviyyəsində - 1,08 yuxarı səviyyəsində - 1,12 əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində - 1,16 orta səviyyəsində - 1,20 yuxarı səviyyəsində - 1,24 Məhkəmə, iddiaçının “iş günləri olmasa da, işəgötürən tərəfindən işə cəlb olunduğu iş vaxtından artıq işlədiyi günlərə görə müvafiq olaraq yanvar ayı üzrə (5 gün) 361,11 manat, fevral ayı üzrə (8 gün) 520 manat, mart ayı üzrə (1 gün) 76,47 manat, ümumilikdə 957,58 manat məbləğ pulun və cəmi təşkil edən 2224,09 manat əmək haqqı məbləğinə görə Dövlət Sosial Müdafiə Fonduna 173,71 manat, işsizlikdən sığorta üzrə 11,12 manat, icbari tibbi sığorta 44,48 manat tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının həmin ərazidə işləməsi təqdim edilmiş fotoşəkillər və yazışmalarla öz təsiqini tapmış olsa da, onun iş vaxtından artıq işləməsi halı məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Həmçinin, iddiaçı onunla cavabdeh Cəmiyyət arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsini təqdim etmədiyindən, müqavilədə öhdəliklərin nədən ibarət olmasını görmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçı həmin hissə ilə bağlı və cəmi təşkil edən 2224,09 manat əmək haqqı məbləğinə görə Dövlət Sosial Müdafiə Fonduna 173,71 manat, işsizlikdən sığorta üzrə 11,12 manat, icbari tibbi sığorta 44,48 manat tutulmaların qeyd olunan məbləğdə təşkil etməsi barədə hər hansı sübutu təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da, bu faktların həqiqliyi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “əmək müqaviləsinə əsasən 500 manat müəyyən olunmuş taarif maaşı, tarif maaşına edilən əlavələrlə birlikdə əmək haqqının 650 manat təşkil etməsi, bunların nəzərə alınaraq yanvar ayı üzrə işlədiyi iş günlərinə görə (11 gün) 397,22 manat, fevral ayı üzrə (20 gün) 650,00 manat, mart ayı üzrə (3 gün) 114,71 manat əmək haqqı, ümumilikdə 1161,93 manat əmək haqqının cavabdeh tərəfindən tutularaq ödənilməsi” hissəsinə araşdırılmış sübutlar əsasında qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, tətbiq edilmiş qanunvericilyin tələblərinə uyğun olaraq iddiaçının aylıq əmək haqqısının 650 manat təşkil etməsi nəzərə alınaraq, yanvar ayı üzrə işlədiyi iş günlərinə görə 11 gün üçün 397,22 manat (yanvar ayı üzrə qeyri-iş günləri çıxıldıqdan sonra 18 gün üçün, 650 AZN/18gün x 11gün =36,11AZN x 11gün=379,22 AZN), fevral ayı üzrə 20 gün üçün 650,00 manat (fevral ayı üzrə qeyri-iş günləri çıxıldıqdan sonra 20 iş günü üçün, 650 AZN/20gün x 20gün =32,5 AZN x 20gün=650 AZN), mart ayı üzrə 3 gün üçün 114,71 manat (mart ayı üzrə qeyri-iş günləri çıxıldıqdan sonra 17 iş günü üçün, 650 AZN/17gün x 3gün =38.2352 AZN x 3gün=114,71 AZN), ümumilikdə 1161,93 manat öənilməmiş əmək haqqı Cavabdeh MMC-də tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə (6 gün üçün) 104,58 manat məbləğin kompensasiya edilməsi”nə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkəndə tətbiq edilir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Beləliklə, məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı aylıq əmək haqqı məbləği 650 manat müəyyən edilməklə həmin əmək haqqı məbləğinə uyğun istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi öhdəliyi Cavabdeh MMC üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya prosesində çəkilən xərcin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh MMC-dən 1161,93 (bir min yüz altmış bir manat doxsan üç qəpik) manat məbləğində ödənilməmiş əmək haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı aylıq əmək haqqı məbləği 650 (500+100+50=650) manat müəyyən edilməklə həmin əmək haqqı məbləğinə uyğun (işlədiyi dövr nəzərə alınmaqla) ödənilməmiş məzuniyyət haqqının hesablanaraq ödənilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar