Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5256/2020 10.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək X2nın xx.xx.2005-ci il tarixdə ölməsi faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsinin maraqlı şəxsə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X11 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ərizəçinin X1 ilə birgə nikahından xx.xx.2004-cü il tarixdə İsmayılİı rayonu Quba Xəlilli kəndində qızları X10 anadan olmuşdur. 2005-ci ilin mart ayının ilk günlərində X10 xəstələnmiş və müalicə olunması üçün Agsu rayon xəsləxanasına aparılmışdır. xx.xx.2015-ci il tarixdə vəfat etmiş və İsmayıllı rayon Qubaxəlilli kənd qəbristanlığında dəfn edilmişdir. X6 ölüm haqqında şəhadətnamə alınması üçün İsmayıllı rayon Qeydiyyat şöbəsinə müraciot olunmuş, 05/Q-394 saylı xx.xx.2020-ci il tarixli məktubla ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X10 nəvəsi olmuşdur. O, 2005-ci ildə rəhmətə getmişdir, 6 aylıq idi. Qəflətən uşağın halı pisləşmiş, Ağsu xəstəxanasına aparılmış, orada mualicə edilərək, sistem qoşulmuş və artıq uşağın vəziyyətinin yaxşı olduğunu bildirmişdirlər. Lakin evə gətirdikdən sonra, gecə qızdırması qalxmış və vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X2 qəflətən xəstələnmiş və Ağsu xəstəxanasına aparılmışdır. Sonra bir gecədə uşaq ölüm səbəbi də bilinmədən vəfat etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi ilə X1 xx.xx.2003-cü il tarixdə nikah bağlanmış və həmin nikahdan xx.xx.2004-cü il tarixdə X10 anadan olmuşdur. İş materiallarında olan İsmayıllı rayonu İcra hakimiyyəti Başçısı Qubaxəlilli kəndi üzrə icra nümayəndəliyinin 424 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X10 xx.xx.2015-ci il tarixdə vəlat etmiş və Qubaxəlilli kənd qəbrıstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs 05/Q-394 saylı xx.xx.2020-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Məmmədov X3 Humay Ceyhun qızının ölümünün qeydiyyata alınması barədə şöbəyə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə qismən təmin olunmalı, Ərizəçi X2nın xx.xx.2015-ci il tarixdə İsmayıllı rayonunda ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizəçi ölümü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə ölümün qeydiyyata alınmasında imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizəçi qızının ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən ərizə qismən təmin edilərək X4 xx.xx.2015-ci il tarixdə İsmayıllı rayonunda ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X4 xx xxxx 2015-ci il tarixdə İsmayıllı rayonunda ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5256/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5256/2020
10.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver