Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5281/2025 16.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00146 barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 13 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00146 barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişi mediator X3 tərəfindən təsdiq edilmişdir. Barışıq sazişinin mətninə əsasən tərəflər razılığa gəlmişdir ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək ananın yanında saxlanılacaq, Maraqlı şəxs hər ay əmək haqqsının ¼ miqdarını uşağın saxlanılması üçün aliment olaraq anaya ödəyəcək. Barışıq Sazişinin imzalanmasına baxmayaraq aliment tələbi ilə bağlı hissədə mümkün olmamışdır. Belə ki, alimentlə bağlı məhkəmə qərarı olmadığı üçün qərarın məcburi icraya yönləndirilməsi, cavabdehin rəsmi iş yerindəki aylıq gəlirlərindən tutularaq ərizəçiyə ödənilməsi mümkün deyildir. Cavabdeh tərəfindən isə aliment ödənişi ödənilmir. Daha sonra Ərizəçi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “barışıq sazişi”nin 3-cü bəndinin təsdiqi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək aliment hissədə barışıq sazişinin icra olunmadığını bilddirdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 13 saylı X1 Səidə Şahin qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 21 fevral 2025-ci il tarixli MŞB/13/2025-00146 saylı barışıq sazişindən görünür ki, “Maraqlı şəxs ilə Ərizəçi 03 dekabr 2015-ci il tarixində, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağladıqları, 2675 sayı ilə qeydə alınan nikahların məhkəmədə 3 ay barışıq müddəti verilmədən pozulması barədə; Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi Ərizəçi yanında, himayəsində saxlanılmasına və Maraqlı şəxs ilə Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2025-ci ilin iyul ayından başlayaraq hər ay əmək haqqının ¼ hissəsində aliment məbləğini Maraqlı şəxs Ərizəçi ödəməsi barədə razılaşdılar”. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2283/2023 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Maraqlı şəxs və Ərizəçi arasında 03 dekabr 2015-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 2675 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 531703 saylı, 20 iyun 2025-ci il nikahın pozulması haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah xx.xx.2025-ci il tarxdəxitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 321 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin sözügedən bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanmış 21 fevral 2025-ci il tarixli MŞB/13/2025-00146 saylı barışıq sazişinin 3-cü bəndi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanmış 21 fevral 2025-ci il tarixli MŞB/13/2025-00146 saylı aşağıdakı məzmunlu barışıq sazişinin 3-cü bəndi təsdiq edilsin: “Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2025ci ilin iyul ayından başlayaraq hər ay əmək haqqının ¼ hissəsində aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşdılar.” Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5281/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5281/2025
16.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver