Məhkəmə qərarları › İş №2(004)-5320/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5320/2025

09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5320/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, Ərizəçi oğlu X6 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. xx.xx.2007-ci il tarixdə xəstəlik nəticəsində Bakı şəhərində vəfat etmişdir. Bakı Şəhər Təcili və X4 Stansiyası 7 saylı yardımçı stansiyanın xx.xx.2007-ci tarixli arayışında həqiqətən həmin gün X2 aid çağırışda kişi cinsinə aid uşaq meyitinin aşkar olunduğunu qeyd etmişdir. Günəşli qəbirstanlığında dəfn olunub. Lakin hüquqi savadsızlığından ölüm şəhadətnaməsi almaq üçün müraciət etməyib. Ərizəçi müxtəlif dövlət orqanlarına müraciət edərkən həmin uşaq barədə məlumat verməyə məcbur olması, həmçinin gələcəkdə vərəsəlik işi ilə bağlı digər övladlarına problem yaranması səbəbi ilə ölüm haqqında şəhadətnamənin alınması zəruri olmuşdur. Ölüm haqqında şəhadətnaməni əldə etmək üçün Bakı 1 saylı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsinə müraciət edilmişdir. Bakı 1 saylı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin təqdim olunmaması səbəbi ilə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün uşağın həmin dövrdə qeydiyyatda olduğu Bakı şəhəri 9 saylı Uşaq Poliklinikasına xx.xx.2025-ci il tarixli məktub ekspres poçtla göndərilmiş, lakin hazıradək heç bir cavab verilməmişdir. Ona görə də Ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən olunur. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını, şahidlərin ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin AZ-İ №959422 saylı, xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 12 iyul 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası isə X5r. - Bakı şəhəri Təcili və X4 Stansiyası 7 saylı yardımçı stansiyanın 705 saylı, xx.xx.2007-ci il tarixli arayışına əsasən xx.xx.2007-ci il tarixdə saat 5:08 radələrində ünvan 1 ünvanda çağırış yerinə gələn 7 saylı k/s-nın həkimi kişi cinsinə məxsus uşaq meyidi aşkar etmişdir. - 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinin 27 avqust 2025-ci il tarixli arayışına əsasən X6 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2025-ci il tarixədək yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinin Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanladığı 27 avqust 2025-ci il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədi 'təqdim edə bilmədiyiniz üçün ərizənizin təmin edilməsi imkanları xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır. 19 sentyabr 2007-ci il tarixində 3 aylıq nəvəsi Bakı şəhərində vəfat edib. Onlar gələndə X12 artıq getmişdir. Xalqlar ərazisində qəbiristanlıqda dəfn olunub. Onu babasının yanında dəfn etmişlər. O, Ərizəçi övladı (oğlu) xx.xx.2007-ci il təvəllüdlü X1 xx.xx.2007-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. 19 sentyabr 2007-ci il tarixində səhər saatlarında ona zəng gəldi ki, uşaq vəfat edib. Onlar gələndə X12 artıq getmişdir. Qardaşının ilk övladı olub, atasının adını daşıyırdı, təxmini 3 aylıq idi. O, Ərizəçi övladı (oğlu) xx.xx.2007-ci il təvəllüdlü X1 xx.xx.2007-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktını təsdiq edir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi övladı (oğlu) xx.xx.2007-ci il təvəllüdlü X1 xx.xx.2007-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə və şahid ifadələri ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi övladı (oğlu) xx.xx.2007-ci il təvəllüdlü X1 xx.xx.2007-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar