Məhkəmə qərarları › İş №2(004)-5324/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5324/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5324/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1979-ci il təvəllüdlü oğlu X6 xx.xx.2022-ci il tarixdə saat 06 radələrində dünyasını dəyişmişdir. Dünyasını dəyişməsinin dəqiq səbəbini bilməsə də son vaxtlar xəstə olduğu hiss olunurmuş. Həmin gecə də oğlunun halı yaxşı olmadığı üçün Bakı şəhəri 8 saylı təcili tibbi yardımın əməkdaşları müraciətdən dərhal sonra gəlmişlər. O, dünyasını dəyişən vaxtı evdə sadəcə ərizəçi var idi. Ərizəçinin oğlu vəfat etdikdən sonra onu yudurdmuş, kəfənlətmiş və yas mərasimi ilə dəfn etmişdir. Ərizəçinin oğlunun dünyasını dəyişməsi ilə əlaqədar müraciətə cavab olaraq Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən verilmiş 18 sentyabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, xx.xx.1979-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X6 xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində yaşadığı ünvanda ölmüşdür. 18 sentyabr 2022-ci il tarixində vəfat etmiş X3 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə daxil olmuş ərizəyə 23 sentyabr 2022-ci il tarixli məktubla cavab verilmişdir. Həmin məktubda göstərilir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir”. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölümünün qeydə alınması faktının məhkəmə qaydasında müəyyən olunması zərurəti vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 17740054 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, X6 07 dekabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsinin arxivi tərəfindən verilmiş 28 dekabr 2006-ci il tarixli 2879/12 saylı arayışın notarial qaydada təstiq edilmiş surətindən görünür ki, X6 07 dekabr 1979-cu il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 944 nömrə ilə qeyd edilmişdir. X1, anası X2r. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun 04/22 nömrəli xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan 07 dekabr 1979-cu il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə saat 06 radələrində yaşadığı ünvanında ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 25 saylı xx.xx.2021-ci il tarixli göndərişdən görünür ki, İİV-li xəstə X6 ixtisaslaşdırılmış müalicəyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci tarixli xx/xx-3059/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində göstərmişdir ki, ərizəçi anası, mərhum Teymur Əbdülhəlimov qardaşıdır. Qardaşı immunçatışmazlığı virusu üzrə uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirmiş, son vaxtlar vəziyyəti ağırlaşmışdır. X6 xx.xx.2022-ci il tarixdə evdə vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində göstərmişdir ki, ərizəçi qaynanası, mərhum Teymur Əbdülhəlimov qaynıdır. Mərhum uzun müddət idi ki, QİÇSdən əziyyət çəkirmiş, son vaxtlar vəziyyəti ağırlaşmışdır. X6 xx.xx.2022-ci il tarixdə evdə vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilmişdir. 27 sentyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi olan Ərizəçi müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 07 dekabr 1979-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 dekabr 1979-cu il tarixində Bakı şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar