Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5326/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən keçirilən hərrac müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyindən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" invenstisiya X1 filialı ilə arasında 26 avqust 2014-cü il tarixd 13-9-1-1-0-1248-14 nömrəli kredit müqaviləsi bağlanmışdır. İllik 25 faiz olmaqla 60 ay müddətə ödəmək şərti ilə 24000 manat istehlak məqsədilə kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq ona məxsus olan ev qiymətləndirilmişdir. Astara rayonun Kakalos kəndində yerləşən mülkiyyətində olan 0,08 hektar torpaq sahəsində yerləşən 29 kvadratmetr yaşayış 85.2 kvadratmetr yardımçı, 114,2 kvadratmetr ümumi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi 26 avqust 2014-cü il tarixli, 13-9-1-1-0-1248-14 nömrəli ipoteka müqaviləsi ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Üzürlü səbəblərə görə kredit üzrə borcunu vaxtında ödəyə bilməmişdir. Odur ki, "xxxx" İnvenstisiya komersiya Bankı ona qarşı 22.612,59 manat əsas borc, 5.470,30 manat faiz borcu və 288,91 manat dəbb pulu, cəmi 28.371,81 manat və ödənilmiş 30 manat dövlət rüsmunun tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi mülkiyyət hüququ əsasında ona məxsus fərdi yaşayış evinə yönəldilməsi yəni satılması, fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməsi, satışdan əldə ediləcək məbləğin kifayət etmədikdə qanunvericilikdə nəzərdə tutulan qaydada məndən tutularaq bankın xeyrinə ödənilməsi, habelə fərdi yaşayış evinin satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmasına dair iddia ərizəsilə Astara rayon məhkəməsinə müraciət etmişdir. Astara rayon Məhkəməsinin 24.12.2015-ci il tarixli 2(018)-961/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Ondan "xxxx" İnvestisiya kommersiya Bankın xeyrinə 26.08.2014-cü il tarixli, 13-9-1-1-0- 1248-14 saylı kredit müqaviləsi üzrə 22.612,59 manat əsas borcu 5.470,30 manat faiz borcu və 288,91 manat dəbbə pulu cəmi 28.371,81 manat məbləğində pul və 30 manat ödənilmiş rüsmunun əvəzinin tutulması, xüsusi mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Kakalos kəndində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilmsəi və həmin yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi qərara alınmışdır. Fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitinin qalan hissəsi ipoteka qoyan şəxsə qaytarılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanunun qüvvəyə minmiş və iş üzrə icra sənədi yazılaraq Astara rayon İcra və Probasiya şöbəsinə icra edilməsi üçün verilmişdir. Astara rayon və Probasiya şöbəsi fərdi yaşayış evinin hərracda satılması ilə əlaqədar 01.02.2021-ci il tarixli, 5/174328 nömrəli çıxarış məktubları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə müraciət etmişdir. ünvan 1 ünvan yerləşən "xxxx" MMC-də ipoteka predmetinin açıq hərracda satılması, qanunla müəyyən edilmiş qaydalar pozmaqla hərrac keçirilmişdir. Belə ki, satılacaq fərdi yaşayış evinin qiymətini aşağı salmaqdan ötrü formal olaraq hərrac 2 dəfə baş tutmaması elan edilmişdir. Bununlada hərrac təşkilatçısı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43 və 44-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmnin diqqətinə çatdırır ki, 5 nəfər ailə üzvümlə birlikdə yaşadığım fərdi yaşayış evinin faktiki dəyəri 200000 manatdan çoxdur. Lakin evinin 38250 manata qiymətləndirilməsi sadəcə ədalətsizlikdir. Beləliklə "xxxx" MMC-tərəfındən keçirilmiş hərracın nəticələri ilə razı deyil, hərrac qanunun tələbləri pozulmaqla keçirildiyindən etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o dəfələrlə banka da, müraciət edərək ona vaxt verilməsini xahiş etsə də, onun müraciətinə baxılmamışdır. Onun işləridə artıq qaydasına düşür. Odur ki, vaxt verilsə borcunu qaytara bilər. Bundan başqa artıq qış mövsümü gəlir. Onun himayəsində azyaşlı uşaqları və xətsə arvadı var. Onlar evdən çıxarılacağı təqdirdə yaşamaq üçün başqa yerləri yoxdur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı etiraz ərizəsi ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, Hərracın keçirilməsi haqqında Astara rayon icra və probasiya şöbəsinin 5/174328/16 saylı 01.02.2021-ci il tarixli sifariş məktubu 23.02.2021 tarixdə Bakı Hərrac Mərkəzi MMC-yə daxil olmuşdur. Sifariş üzrə Astara rayon məhkəməsinin 2(018)-961/2015, 24.12.2015-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı məxsus Astara rayonu, Kakalos kəndində 0,08 ha torpaq sahəsində yerləşən 29 kv.m yaşayış. 85,2 kv.m yardımçı, 114.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayı evi satılmalı və "xxxx" İKB-yə olan borc ödənilməli idi. Sifarişi aldıqdan sonra Bakı Hərrac Mərkəzi MMC ilkin hərracın təşkili üçün “Market” qəzetinin № 59 (10749) 26.02.21 - 04.03.21-ci il tarixli sayında elan verilmişdir. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. İlkin hərrac 15.03.2021-ci il tarixə, saat 11-00 təyin edilmişdir. Lakin alıcı olmadığı üçün ilkin hərrac baş tutmamışdır. Təkrar hərracın təşkili üçün “Market” qəzetinin 65 (10755) nömrəli, 19.03.2021-25.03.2021-ci il tarixli sayında elan verilmişdir. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. Təkrar hərrac 31.03.2021 il tarixə, saat 11:00 təyin edilmiş, alıcı olmadığı üçün təkrar hərrac baş tutmamışdır. “Market” qəzetinin № 67 (10757) 02 04.21 - 08.04.21ci il tarixli sayında təkrar hərracın baş tutmaması barədə elan verilmişdir. Əmlakı almaq tələbkar “Nikovl” İKB-yə təklif edilmiş, tələbkar tərəf əmlakı almağa razılıq vermişdir. Nəticədə əmlakın alqı-satqısına dair müqavilə və № Y-03, 08.04.2021 il tarixli yekun protokol imzalanmışdır. Həmçinin Bakı Hərrac Mərkəzi MMC-nin “Bakuauksion.az” saytında hərrac barədə məlumat yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən mülki işin onların iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Astara rayon Məhkəməsinin 24.12.2015-ci il tarixli icra vərəqəsin əsasən, cavabdeh İddiaçı “Nikoy” İnvestisiya Kommersiya bankının xeyrinə 26 avqust 2014-cü il tarixli, 13-G-1-0- 1248-14 saylı kredit müqaviləsi üzrə 22612.59 manat əsas borcu, 5470.30 manat faiz borcu və 288.91 manat dəbbə pulu, cəmi 28371.81 manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması; tutmanın cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Astara rayonu, Kakalos kəndində yerləşən 0,08 hektar torpaq sahəsində yerləşən 29 kvadratmetr yaşayış, 85,2 kvadratmetr yardımçı, 114,2 kvadratmetr ümumi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxsə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Hərracın keçirilməsi haqqında Astara rayon icra və probasiya şöbəsinin 5/174328/16 saylı 01.02.2021-ci il tarixli sifariş məktubu 23.02.2021 tarixdə Bakı Hərrac Mərkəzi MMC-yə daxil olmuş və "xxxx" MMC tələbkar "xxxx" İKB və borclu İddiaçı Astara rayon İcra və Probasiya şöbəsinin 5/174328/16 saylı 01.02.2021-ci il tarixli şifariş məktubuna əsasən Astara rayonu, Kakalos kəndində 0,08 ha torpaq sahəsində yerləşən 29 kv.m yaşayış, 85,2 kv.m yardımçı, 114.2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin 15.03.2021-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, 31.03.2021-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya 23.02.2021 və 19.03.2021-ci il tarixdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirşlər göndərmişdir. Bununla yanaşı hərrac barədə Market qəzetinin 19.03.21-25.03.21 və 02.04.21-08.04.21 tarixli saylarında elan verilmişdir. "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-03 nömrəli, 08.04.2021-ci il tarixli protokoluna əsasən, Astara rayon İcra və Probasiya İdarəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC cavabdehə məxsus Astara rayonu, Kakalos kəndində yerləşən 0,08 hektar torpaq sahəsində yerləşən 29 kvadratmetr yaşayış, 85,2 kvadratmetr yardımçı, 114,2 kvadratmetr ümumi sahədən ibarət 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan "xxxx" ASC həmin əmlakı 38250 manata əldə etmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 08.04.2021-ci il tarixli müqaviləyə əsasən, sözü gedən ev tələbkar "xxxx" ASC-yə 38250 manata satılmasına dair, "xxxx" MMC ilə "xxxx" ASC arasında alqısatqı müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bu barədə iddiaçıya rəsmi qaydada bildirişlər göndərilmiş, hərrac barədə Market qəzetində elan verilmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5326/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5326/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver