Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-533/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 29.11.2021-ci ildə məhkəməyə müraciət edərək, mərhum oğlu – 25.06.1973-cü ildə Bakı şəhərində doğulmuş X3 20.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı mərhum 25.06.1973-cü ildə Bakı şəhərində doğulmuş X9 onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. 20.05.2021-ci il tarixdə X9 vəfat etmiş və Şabran rayon qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi həmçinin qeyd etmişdir ki, çağırılmış təcili tibbi yardım həkimləri ünvana gec gəldiyinə görə şəxsi avtomobil ilə X5 xəsatəxanaya aparmışlar, lakin o, xəstəxanaya çatdırılarkən artıq öldüyündən ölüm faktının təsdiq etməsi üçün tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Onun müraciəti əsasında Yasamal Rayon İcra Hakimiyyətinin Yasamal Rayon Mənzil Kommunal İstismar Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayon prokurorluğunun 20.05.2021-ci il tarixli 5 saylı məktubuna əsasən Yasamal rayonu Şərifzadə küçəsində öz əcəli ilə qəflətən ölmüşdür. Bundan sonra o, oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, həmin orqan isə şəhadətnamə verilməsinin qeyrimümkünlüyü ilə bağlı imtina etmiş və ona ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin edilməsi xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, Şərifzadə küçəsində, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “1005 Xırdavat” adlı mağazada satıcı işləyir. 20.05.2021-ci il tarixdə saat 18 radələrində mərhum X9 onun işlədiyi mağazaya gəlmişdir. Bir qədər keçdikdən sonra oğlunun ağız nahiyyəsinin və əllərinin göyərməsini görmüşdür. Oğlundan ona nə baş verməsini soruşduqda, sonuncu huşunu itirərək yerə yıxılmışdır. O, qışqararaq ətrafdakı mağazada işləyən digər şəxslərdən kömək istəmişdir. Bu vaxt yaxınlıqda olan tanışları X10 və X4 dərhal mağazaya daxil olmuşlar. Onlar TTYS-na zəng edib həkim çağırmışlar, lakin gecikmə olduğundan X5 təcili xəstəxanaya çatdırmaq məqsədilə X7 məxsus avtomobilə uzadıb Respublika Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər X5 müayinə edərək artıq vəfat etdiyini bildirmişlər. Bundan sonra X2 rayonunda dəfn edilmişdir. Bu fakt isə Şabran şəhər nümayəndəliyindən verilmiş 15.09.2021-ci il tarixli 3871 nömrəli aktla öz təsdiqini tapır. Bununla yanaşı Respublika Klinik Xəstəxanasından verilmiş aktdan müəyyən edilir ki, qəbul şöbəsinə X9 çatdırılarkən o, artıq ölmüşdür. Göstərilənlərə əsasən Ərizəçi məhkəməddən ərizəsinin təmin edilməsini və X3 ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, uzun müddətdir ki, Ərizəçi və sonuncunun övladı X5 tanıyır. 20.05.2021-ci il tarixdə saat 18 radələrində o, Ərizəçi işlədiyi Şərifzadə küçəsində, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “1005 Xırdavat” adlı mağazanın yanında olarkən qəflətən qışqırıq səsi eşidib dərhal X4 ilə birlikdə mağazaya daxil olmuşlar. Bu vaxt X3 huşsuz vəziyyətdə yerdə uzanmasının şahidi olmuşlar. Onlar dərhal TTYS-na zəng edib həkim çağırmışlar, lakin gecikmə olduğundan ona məxsus avtomobilə X5 uzadıb təcili Respublika Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər X5 müayinə edərək artıq vəfat etdiyini onlara bildirmişlər. F.R.Rəfiyev həmçinin izahatında mərhum N.T.Fərzəliyevin bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 eyni mızmunlu izahat verərək X6 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.06.1973-cü ildə Bakı şəhərində doğulmuş X3 atası X8, anası isə Ərizəçidır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayon MKTB-nin 32 saylı MKİS-nin 297 saylı 06 iyun 2021-ci il tarixli arayışından görünür ki, ünvan 1-da yaşayan X9 Bakı şəhəri Yasamal rayon prokurorluğunun 20.05.2021-ci il tarixli 05 saylı məktubuna əsasən 20.05.2021-ci il tarixdə Yasamal rayonu Şərifzadə küşəsində öz əcəli ilə qəflətən rəhmətə getmişdir. Bakı şəhəri Yasamal rayonu 19 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş rəsmi imtinanın məzmunundan müəyyən edilir ki, ölüm haqqında şəhadətnamənin verilməsi aşağıdakı əsaslara görə mümkün olmamışdır: 1) X3 qəfləti ölümü (belə ki, qəfləti ölüm halı olduqda poliklinika ölüm səbəbi yaza bilmir) 2) ölümə səbəb ola biləcək xəstəliklər barədə heç bir tibbi sənədin olmaması və təqdim edilməməsi; 3) cavan yaş həddi və küçədə ölüm; 4) meyidi təsdiq edən həkim rəyinin olmaması. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X16 Tibbi Ərazi Birliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, 48 yaşlı ünvan 1-də yaşayan X3 meyidi valideyinlərinin avtomobili ilə İİ qəbul şöbəsinə qəbul olunmuşdur. Baxış zamanı X3 tənəffüs aktı və nəbzi vurmamış, ürək döyüntüləri mövcud olmamış və reanimotoloq tərəfindən bioloji ölüm təsdiq edilmişdir. Azərbaycan Respublikası Şabran rayonu İcra Hakimiyyətinin Başçısının Şabran şəhəri İcra nümayəndəsinin 3871 saylı 15.09.2021-ci il tarixli arayışından görünür ki, 25.06.1973-cü ildə Bakı şəhərində doğulmuş və 20.05.2021-ci il tarixdə vəfat etmiş X2 rayonunda dəfn edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin 24.11.2021-ci il tarixli 05/76-4303/15 nömrəli məktubundan müəyyən edilir ki, 20.05.2021-ci il tarixdə vəfat etmiş X3 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının qeydə alınması mümkün deyildir və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin qanuni nümayəndəsinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 25.06.1973-cü ildə Bakı şəhərində doğulmuş X9 Ərizəçi oğludur. X9 isə 20.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və mərhum Şabran rayon qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 25.06.1973-cü ildə Bakı şəhərində doğulmuş X3 20.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.06.1973-cü ildə Bakı şəhərində doğulmuş X3 20.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-533/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-533/2022
24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver